Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2012
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Joze Manuel Barroso: Ermənistan-Azərbaycan münaqişəsində mövcud status-kvo qəbuledilməzdir
    Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərov etimadnaməsini Avropa Komissiyasının prezidenti Joze Manuel Barrosoya təqdim edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səmimi və dostcasına mühitdə keçən söhbətin əvvəlində Avropa Komissiyasının Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edib. Joze Manuel Barroso Aİ-Azərbaycan münasibətlərinin inkişaf etdiyini, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini və bu çərçivədə bir sıra sahələrdə tərəqqinin müşahidə olunduğunu vurğulayıb, Azərbaycanın Avropada pozitiv imicinin formalaşdığını bildirib. Avropa Komissiyasının prezidenti Aİ-nin Azərbaycan ilə əməkdaşlığında enerji sahəsində strateji tərəfdaşlığımızın mühüm rol oynadığını qeyd edərək, Cənub Qaz Dəhlizinin çox tezliklə reallığa çevriləcəyindən əmin olduğunu ifadə edib.
    05.12.12 Məqaləni oxumaq
     
    ADU-da daha bir mərkəz açıla bilər
    Dekabrın 5-i Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının həmsədri, Macarıstanın xarici və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Macarıstanla Azərbaycan arasındakı əlaqələrin vacibliyindən söz açan rektor S.Seyidov ADU haqqında onlara məlumat verib. O, universitetdə 15 dilin tədris olunduğunu diqqətə çatdırıb. Milli Məclisin deputatı parlament səviyyəsində əlaqələrin inkişaf etdiyini də vurğulayıb və Azərbaycan-Macarıstan Parlament Dostluq qrupunun fəaliyyətindən danışıb.
    05.12.12 Məqaləni oxumaq
     
    İranın vitse-prezidenti Rusiyaya səfər edəcək
    İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədizadə Xəzər dənizi ilə bağlı keçiriləcək konfransda iştirak etmək üçün Rusiyaya səfər edəcək. İRNA-nın istinadən məlumatına görə, konfransda Xəzərin ətraf mühitinin mühafizəsi üzrə çərçivə konvensiyasına (Tehran Konvensiyası) qoşulan dövlətlər iştirak edəcək. Dekabrın 10-da başlayacaq tədbir 2 gün davam edəcək. Qeyd edək ki, Xəzərin ekologiyasına və mühafizəsinə həsr olunan Tehran Konvensiyası 5 Xəzəryanı dövlət (Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan) tərəfindən 2003-cü ilin noyabrın 4-də Tehranda imzalanıb, 2006-cı ilin avqustunda qüvvəyə minib.
    05.12.12 Məqaləni oxumaq
     
    Lavrovun sol əlinin biləyi sınıb
    Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı insident yaşanıb. “KƏLAMİNFO” “Zaman” qəzetinə istinadən xəbər verir ki, nazir İstanbuldakı otellərdən birində pilləkəndən yıxılıb. Nazir İstanbul klinikalarından birinə çatdırılıb. Onun sol əlinin biləyi sınıb. Qeyd edək ki, S.Lavrov dünən Rusiya prezidenti Vladimir Putini Türkiyəyə səfəri zamanı müşayiət edib. Bu gün isə o, Rusiya-NATO Şurasının nazirlər görüşündə iştirak etməlidir.
    04.12.12 Məqaləni oxumaq
     
    Bəşər Əsədin tərəfdarlarının müxalifət sıralarına qoşulması davam edir
    Suriya lideri Bəşər Əsədin tərəfdarlarının müxalifət sıralarına qoşulma prosesi davam edir. “KƏLAMİNFO” “Reuters”ə istinadən xəbər verir ki, Suriyadakı bir mənbə Xarici İşlər Nazirliyinin mətbuat katibi Cihad Makdissinin ölkədən qaçdığını söyləyib. Mənbə: “Yeganə söyləyə biləcəyim şey Makdissinin hazırda Suriya xaricində olmasıdır” deyib. Onun müxalifətə qoşulduğu və Londona getdiyi bildirilir. Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzinin rəhbəri Rami Abdulrəhman Prezident Administrasiyasındakı bəzi şəxslərin Makdissiyə istefa verməsi üçün təzyiq etdiklərini söyləyib. Makdissinin hökumətin rəsmi mövqeyini ifadə etməyən açıqlamaları səbəbilə vəzifəsindən azad edildiyi iddia olunurdu.
    04.12.12 Məqaləni oxumaq
     
    Obama Əsədə açıq xəbərdarlıq edib
    ABŞ prezidenti Barak Obama Suriya prezidenti Bəşər Əsədə açıq xəbərdarlıq edib. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, Obama humanitar yardım təmin etməyə və müxalifətlə görüşlərə davam edəcəklərini, Suriya xalqının haqlı istəklərinə dəstək verəcəklərini söyləyib: “Bu gün Əsəd və onun komandanlığı altında olanları açıqca demək istəyirəm ki, dünyanın gözü üstünüzdədir. Kimyəvi silahlardan istifadə qəbul edilə bilməz. Bu silahlardan istifadə kimi faciəvi səhvə yol versəniz, bunun nəticələri olacaq və məsuliyyət daşıyacaqsınız. 21-ci əsrin 20-ci əsrin ən qorxunc silahlarıyla qaraldılmasına icazə verə bilmərik”.
    04.12.12 Məqaləni oxumaq
     
    ADU-da treninq keçirilir
    Dekabrın 4-ü Azərbaycan Dillər Universitetində (ADU “Ekoloji təhlükəsizlik və Azərbaycanda süni və təbii fəlakətlər: beynəlxalq təcrübə mübadiləsi” mövzusunda 2 günlük treninq öz işinə başlayıb. Treninq ADU, Xarici İşlər Nazirliyi, Azərbaycan Beynəlxalq NATO Məktəbi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb. Treninqdə Fövqəladə Hallar, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, bir sıra ali təhsil müəssisələri və QHT nümayəndələri iştirak edir. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Nato Məktəbinin icraçı direktoru Hüseyn Pənahov rəhbərlik etdiyi məktəbin fəaliyyətindən danışıb və həyata keçirilən layihələrdən söz açıb.
    04.12.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatı AŞ PA-da milli azlıqların vəziyyətindən danışıb
    Dekabrın 3-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) gender bərabərliyi və qeyri-diskriminasiya komitəsinin yığıncağı keçirilib. Komitə üzvləri gündəliyə çıxarılan “Gender bərabərliyi və ailə-iş münasibətləri”, “Cənubi-Şərqi Avropada gender bərabərliyi”, “Avropada ənənəvi milli azlıqların hüquqları və vəziyyəti”, “Milli azlıqların hüquqları”, “Qadınların siyasətdə iştirakı və siyasi partiyalar “Qadınlara qarşı zorakılıq” və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Komitədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova məruzəçi təyin olunduğu “Əmək bərabərliyinin yaş diskriminasiyası” mövzusu üzərində iş, onun beynəlxalq əhəmiyyəti barədə danışıb, həmkarlarını maraqlandıran suallara cavab verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya deputat özü verib.
    04.12.12 Məqaləni oxumaq
     
    Elman Babayev DSMF-də informasiya azadlığı üzrə məsul şəxs təyin edilib
    Dövlət Sosial Müdafiə Fondunda informasiya azadlığı üzrə məsul şəxs müəyyən olunub. Fonddan “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinə uyğun olaraq qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Dövlət Sosial Müdafiə Fondunda informasiya azadlığı üzrə məsul şəxs müəyyən olunub.
    04.12.12 Məqaləni oxumaq
     
    Pakistan Hərbi-Dəniz Qüvvələri komandanı: Pakistan Azərbaycan torpaqlarının işğaldan azad olunmasında hər cür kömək göstərməyə hazırdır
    Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Hərbi-Dəniz Qüvvələri (HDQ) komandanı admiral Məhəmməd Asif Sandila ilə görüşüb. Pakistandakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Daşqın Şikarov Azərbaycanla Pakistan arasında mövcud olan dostluq münasibətlərdən, siyasi, hərbi, iqtisadi və digər sahələrdəki əməkdaşlıqdan danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanın mövqeyini tam dəstəklədiyinə və tutduğu işğalçı mövqeyi səbəbindən Ermənistanı bir ölkə kimi tanımadığına görə admiral Məhəmməd Asif Sandilaya minnətdarlığını bildirib.
    04.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Dek.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31