Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2012
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Asim Mollazadə senator Con Barroso ilə görüşüb
    Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-da Vayominq ştatından olan respublikaçı senator Con Barrosso ilə görüşüb. DİP-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, enerji təhlükəsizliyi problemləri müzakirə olunub. Millət vəkili senatora ölkəmiz və regionumuzdakı proseslər barədə ətraflı məlumat verib.
    10.12.12 Məqaləni oxumaq
     
    TQDK-nın əməkdaşları Səudiyyə Ərəbistanında beynəlxalq konfransda iştirak ediblər
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Qabiliyyət imtahanları üzrə sektorunun müdiri Samirə Həsənzadə və Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun aparıcı məsləhətçisi Cavanşir Orucov dekabrın 2-dən 4-dək Səudiyyə Ərəbistanının Ali Təhsilin Qiymətləndirilməsi üzrə Milli Mərkəzinin dəvəti ilə Riyadda keçirilən ölçmə və qiymətləndirmə üzrə ilk beynəlxalq konfransda iştirak ediblər. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, “Ali təhsil üzrə qəbul meyarları” mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın 30-a yaxın ölkəsindən 100-dən çox nümayəndə iştirak edib.
    10.12.12 Məqaləni oxumaq
     
    Əli Abbasov Aİ-yə üzv ölkələrin səfirlərini qəbul edib
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüş keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edib.

    Görüş zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə İKT sektorunun mövcud vəziyyəti, bu sahədə aparılan islahatlar və gələcək perspektivlər barədə xarici ölkə səfirlərini məlumatlandırıb. Azərbaycanın hazırda yeni inkişaf mərhələsində olduğunu diqqətə çatdıran nazir “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlandığını və informasiya texnologiyalarını daha da inkişaf etdirməklə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə, ölkədə ÜDM-nin həcmini iki dəfə artırmaq məqsədinin qarşıya qoyulduğunu bildirib: “Hədəf olaraq, iqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20 faiz artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur”.
    08.12.12 Məqaləni oxumaq
     
    Asim Mollazadə ABŞ-da bir sıra görüşlər keçirib
    Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ səfəri zamanı bir sıra senator və konqresmenlərlə görüşüb. DİP-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, A.Mollazadə senatorlar  Pat Tumile və Kelli Ayottla görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, regionda vəziyyət, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, Ermənistanın təcavüzü, regiondakı inkişafa və sülhyaratma prosesinə törədilən maneələr müzakirə edilib.

    A.Mollazadə həmçinin  konqresmenlər Pit Sesion, Co Uilson və Denni Rehberglə görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, regiondakı vəziyyət, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və terrorizmlə mübarizədə rolu, Ermənistanın təcavüzü, regiondakı münaqişələrin həlli yolları müzakirə edilib.
    07.12.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Xəzər regionundakı digər ölkələr Rusiya və İrandan asılı olmadan öz neft qaynaqlarına sahib olub”
    “Xəzər regionunun yeni dönəminin başlandığı 1994-cü ildən bu zamana qədər Xəzərə İran və SSRİ xaric heç bir əcnəbi dövlətin və korporasiyanın ayağı dəyməyib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Türkiyədə keçirilən Beynəlxalq Xəzər Forumundakı çıxışında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

    Ə.Həsənov Xəzər regionunun siyasi, iqtisadi, geostrateji mövqeyi, dəniz ətrafı ölkələrin hazırkı durumu barədə danışıb. O bildirib ki, Xəzər regionu keçən əsrin sonu, bu əsrin əvvəlindən etibarən nəinki bölgənin, ümumilikdə dünyanın enerji təhlükəsizliyi üçün çox mühüm əhəmiyyət daşıyır: “Hazırda Xəzər regionu dünyanın ən önəmli mərkəzlərindən biridir. Ona görə də dünyanın fərqli mərkəzlərinin diqqəti bu bölgədədir”.
    07.12.12 Məqaləni oxumaq
     
    Lamberto Zanyer: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranan vəziyyət ciddi narahatlıq doğurur”
    “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranan vəziyyət həqiqətən ciddi narahatlıq doğurur”. “KƏLAMİNFO” xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zanyer “RİA “Novosti”-yə müsahibəsində bildirib.

    “Ümid edirəm ki, XİN rəhbərləri Dublində görüşüb, ortaq nəticəyə gələ biləcəklər. Bu baş versə, onlar Minsk qrupunun həmsədrləri ilə birgə bəyanatla çıxış edib, bu şəkildə məsələ ilə bağlı irəliləyiş əldə edə bilərlər” - deyə L.Zanyer bildirib. Onun sözlərinə görə, hazırkı ab-havanı nəzərə alsaq, hətta ən kiçik addım belə münaqişə prosesi üçün çox önəmlidir: “Lakin Azərbaycan, eləcə də Ermənistandakı qarşıdakı prezident seçkilərinin önəmi baxımından daha da irəli getmək vacibdir”. L.Zanyer gələcəklə bağlı fikirlərini açıqlayarkən qeyd edib ki, danışıqlar yolu ilə münaqişəni həll etmək, eləcə də əvvəlcədən götürdükləri öhdəlikləri effektiv şəkildə yerinə yetirmək üçün tərəflər siyasi iradə nümayiş etdirməlidirlər.
    07.12.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov İran səfirini qəbul edib
    Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bu gün İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muhsen Pakain ilə partiyanın mənzil qərargahında görüşüb. Partiyanın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur duyduğunu nəzərə çatdıran səfir Muhsen Pakain ölkələrimiz arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edən YAP sədrinin müavini Əli Əhmədov ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflərin və təşəbbüslərin bundan sonra da dəstəklənəcəyinə və reallaşacağına tam əminliyini qeyd edib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    06.12.12 Məqaləni oxumaq
     
    Xaricdə doktorantura təhsili almaq istəyənlər üçün fürsət
    İslam İnkişaf Bankı 2013-2014-cü tədris ili üçün bu təşkilata üzv olan ölkələrin vətəndaşları üçün dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili və doktoranturadan sonrakı tədqiqat işi üzrə təqaüd proqramı təklif edir. “KƏLAMİNFO” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq. Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını bu internet səhifəsindən (http://www.isdb.org/irj/portal/anonymousNavigationTarget=navurl://c28c70fde436815fcff1257 ef5982a08) və Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə formaları və digər lazımi sənədlər 24 dekabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim oluna bilər.
    06.12.12 Məqaləni oxumaq
     
    Səməd Seyidov İstanbulda enerji məsələləri ilə bağlı müzakirələrə qatılıb
    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Xəzər Strateji İnstitutunun enerji məsələlərinə həsr olunmuş forumunda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Deputat tədbirdə müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək, fikirlərini açıqlayacaq. Səfər dekabrın 6-da başa çatacaq.
    06.12.12 Məqaləni oxumaq
     
    TÜRKPA baş katibi Beynəlxalq Xəzər Forumunda iştirak edəcək
    TÜRKPA baş katibi Ramil Həsənov sabah Xəzər Strateji İnstitutu tərəfindən İstanbulda təşkil ediləcək Beynəlxalq Xəzər Forumunda iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Forum Avrasiya, ABŞ və Avropadan görkəmli liderləri enerji, enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi, siyasi məsələləri və Xəzər regionunda investisiya imkanlarını müzakirə etmək məqsədilə bir araya gətirir. Görüş zamanı 3 əsas məsələ: Avrasiya enerji dinamikasında Xəzər Enerji resurslarının rolu; Xəzərin İqtisadi İnkişafı: İpək Yolunun dirçəldilməsi, diversifikasiyası və davamlı artım və son olaraq Avrasiyada sülh və sabitliyə nail olunması: Perspektivlər və Problemlər müzakirə ediləcək. Forumdan sonra Xəzər Mükafatları mərasimi keçiriləcək.
    06.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Dek.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31