Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2012
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    BDU 3 universitetlə əməkdaşlıq müqaviləsi imzaladı
    Bu gün Çin Xalq Respublikasının Sanjuan Universitetinin rektoru, professor Taşpulat Teyupu, Türkiyənin İqdır universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz və ABŞ-ın Tulane Universitetinin Hüquq fakültəsinin dekanı, professor David Meyerin başçılıq etdikləri nümayəndə heyətləri Bakı Dövlət Universitetində olublar. BDU-nun mətbuat və informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qonaqları ayrı-ayrılıqdan qəbul edən rektor, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib. Rektor Sanjuan, İqdır və Tulane universitetləri ilə BDU arasında olan əməkdaşlıqdan danışıb. Qonaqlar da öz növbələrində rəhbərlik etdikləri təhsil ocaqlarından danışıb və BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar. Sonda hər üç universitetlə əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilələr tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur.
    11.12.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Dublində bir sıra ikitərəfli görüşlər keçirib
    Xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyaya səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidze ilə görüşdə ikitərəfli münasibətlər, regional layihələr, o cümlədən dünyada baş verən siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Tailand Krallığının xarici işlər naziri Suraponq Toviçakçaykul ilə görüş zamanı iki ölkə arasında mövcud münasibətlər müzakirə olunub və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassun ilə görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətləri, regional enerji layihələri, bu sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Ketrin Eşton ilə görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    11.12.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin sifarişi ilə qısametrajlı film çəkiləcək
    “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” adlı qısametrajlı film çəkiləcək. Film Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan maliyyələşdirmə sazişinə əsasən “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL)” çərçivəsində çəkiləcək. Layihənin İcraçı Agentliyi kimi təyin edilən Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, məqsəd DİKPGL ilə bağlı Azərbaycan və ingilis dilində qısa metrajlı filmin hazırlanmasıdır. Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan qısametrajlı filmin hazırlanması üçün maraqlarını bildirməyə dəvət edir. Layihənin icrası 4 aydır. Xidmətlərə maraq göstərən şirkətlər müraciət məktubu, yerinə yetirilən müvafiq xidmətlərin təsviri, müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat və nizamnamə təqdim etməlidirlər. Seçim meyarları televiziya, maarifləndirmə və reklam xarakterli filmlərin çəkilişi sahəsində təcrübə, ingilis dilində video məhsulun hazırlanması üzrə təcrübə və çəkiliş və montaj üçün maddi texniki bazadan ibarətdir.
    10.12.12 Məqaləni oxumaq
     
    İranda “You Tube”un yerli versiyası
    İranda yeni “Mehr” saytı açılıb. Hakimiyyət ümid edir ki, bu “You Tube”nin yerli versiyası olacaq. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, İran hakimiyyəti 2009-cu il prezident seçkisindən sonra vaxtaşırı “YouTube”, “Facebook”, “Twitter” və digər məşhur saytlara qarşı senzura tətbiq edir. ABŞ İran hakimiyyətini ölkə sakinlərinin dünya ilə əlaqəsini qəsdən kəsməkdə ittiham edir.
    10.12.12 Məqaləni oxumaq
     
    Tələbələrin topladığı kreditin sayı qaldırıldı
    Bakalavr səviyyəsində təhsil alan tələbələrin kredit sayı qaldırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bənd Nazirlər Kabinetinin "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nda etdiyi dəyişikliklərdə əks olunub. Təhsil Nazirliyinin təklifi nəzərə alınaraq edilən dəyişikliyə görə, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilib. Dəyişikliyə görə, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qeyd edək ki, əvvəlki Qaydalarda qeyd olunub ki, bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalıdır.
    10.12.12 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Siyasi partiyalar büdcədən ayrılan vəsaiti cəmiyyət üçün faydalı məsələlərə sərf etməlidirlər”
    «Ölkəmizdə siyasi partiyalara dövlət maliyyəsinin ayrılması çox təqdirəlayiq haldır. Ümumiyyətlə, partiyaların dövlət büdcəsindən maliyyə alması təcrübəsi başqa ölkələrdə də var. Azərbaycanın da sosial-iqtisadi imkanlarının artması siyasi partiyalara dövlət büdcəsindən yardım ayrılmasına imkan verib». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, dövlət büdcəsindən ayrılan 2,5 milyon manat vəsait siyasi partiyaların inkişafına dəstək verəcək, eləcə də bu maliyyə partiyaların cari xərclərinə sərf olunacaq. Onun sözlərinə görə, müvafiq qanunvericilik siyasi partiyaların maliyyə mənbələrini göstərir. Belə ki, dövlət yardımı ilə yanaşı, üzvlük haqları, müxtəlif mənbələrdən alınan ianələr və s. daxildir.
    10.12.12 Məqaləni oxumaq
     
    SAM-ın eksperti Finlandiyanın Helsinki şəhərində mübadilə proqramında iştirak edir
    Dekabrın 4-16-sı tarixlərində SAM-ın aparıcı elmi işçisi, enerji üzrə ekspert Gulmira Rzayeva Helsinki Universitetinin Aleksanteri İnstitutu tərəfindən qonaq elmi işçi qismində mübadilə proqramında iştirak etmək üçün dəvət alıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, proqram Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Geniş Avropa Təhlükəsizlik Təşəbbüsünün bir hissəsi olan “Cənubi Qafqaz sərhədlər xaricində: münaqişələr, əməkdaşlıq və inkişaf” layihəsi çərçivəsində həyata keçirilir. Proqramda, həmçinin Kembric Universitetin doktorantı, ADA-nın elmi işçisi Murad İsmayılov da iştirak edir. Səfər çərçivəsində 11 dekabr tarixində Gulmira Rzayeva və Murad İsmayılov Yohansu Universitetində, 12 dekabr Tampere Universitetində və 13 dekabr tarixində isə Aleksanteri İnstitutunda məruzə ilə çıxış edəcəklər. Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov da iştirak edəcək.
    10.12.12 Məqaləni oxumaq
     
    Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb
    Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişatı və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur. Səfər zamanı bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarının imzalanacağı da gözlənilir.
    10.12.12 Məqaləni oxumaq
     
    İslam haqda yeni film Qərbi qorxudub
    Belçika hökuməti islamın əsaslarını şübhə altına qoyan növbəti filmin təqdimatının efirə çıxması ilə bağlı ölkədə terror təhlükəsi həddini qaldırıb. «KƏLAMİNFO» xəbər verir ki, «De Standaart» nəşri yazır ki, artıq internetdə İspaniyada Pakistan mənşəli keçmiş müsəlman İmran Firasatın çəkdiyi filmin rəsmi treyleri yayılıb. Müəllif bildirib ki, qarşısına məqsəd olaraq islamın sülh dini və ya əksinə, müharibə dini olduğunu üzə çıxarmağı qoyub. Onun sözlərinə görə, bu suala cavabı Məhəmməd peyğəmbər şəxsiyyətinin xarakterini açmaqla almaq istəyib.
    10.12.12 Məqaləni oxumaq
     
    Berluskoni parlament seçkilərində yenidən namizəd olacaq
    İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni gələn il keçiriləcək parlament seçkilərində yenidən namizəd olacaq. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, üç dövr İtaliyanın baş naziri olmuş Silvio Berluskoni yenidən hakimiyyətə gəlmək fikrindədir. İtaliyada ən varlı şəxslərdən sayılan Berluskoni 2011-ci ildə maliyyə böhranı səbəbindən istefa verərək baş nazir postunu Mario Montiyə təhvil vermişdi. Bu ilin oktyabr ayında korrupsiya faktı ilə bağlı məhkəməsi keçirilən italiyalı siyasətçi həbs olunmaq təhlükəsindən canına qurtarıb.
    10.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Dek.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31