Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2012
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    154 nəzarətçi TQDK-nın bazasından xaric edilib
    Cari ilin qəbul imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən qəbul imtahanlarına 4707 müəllim cəlb edilib, nümunəvi fəaliyyətinə görə 433 nəzarətçi-müəllimə təşəkkür elan olunub, o cümlədən 26 nəfəri fəxri fərmanla təltif edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 154 nəzarətçi bazadan xaric edilib.

    18.12.12 Məqaləni oxumaq
     
    Türkiyədə ikinci kəşfiyyat peyki orbitə buraxılacaq
    Bu gün Türkiyədə "Göktürk-2" ikinci kəşfiyyat peyki orbitə buraxılacaq. Peyk Türkiyə vaxtı ilə saat 18:13-də Çinin "Jiuquan" bazasından buraxılacaq. Peykdən müdafiə məqsədləri üçün istifadə olunacaq.
    Ankarada peykdən ilk siqnal yerli vaxtla saat 21:25-də alınacaq. Peykdən ilk çəkilişlər dekabrın 25-30-da ötürüləcək.
    18.12.12 Məqaləni oxumaq
     
    İranın TAR davasına aydınlıq gətirilib
    “Azərbaycan nominasiyanı irəli sürərək komitəni inandırıb ki, tar bu ölkədə istifadə olunur və Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. İran Azərbaycana tarın mövcud təsvirini genişləndirməyi təklif edə və alətin istifadəsi ilə bağlı öz versiyasını təqdim edə bilər ki, buna da heç nə mane olmur”. 
    18.12.12 Məqaləni oxumaq
     
    “Biz İranı dünya azərbaycanlılarının evi sayırıq və bu evin qapısı həmişə bütün azərbaycanlıların üzünə açıqdır”

    İran səfiri: “Düşünürük ki, Azərbaycan ərazisindən İrana heç vaxt heç bir müdaxilə olmayacaq”

    İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin APA-ya müsahibəsi

     - İran-Azərbaycan münasibətlərinin mövcud durumunu necə qiymətləndirmək olar?

     - İran və Azərbaycan arasında hazırkı münasibətləri çox yüksək səviyyədədir. İki ölkənin rəhbərliyinin iradəsi odur ki, münasibətləri bütün sahələrdə inkişaf etməli, əlaqələrin inkişafına hər hansı maneə varsa, aradan qaldırılmalıdır. Mən Azərbaycan rəsmiləri ilə mütəmadi əlaqə yaradıram, münasibətləri inkişaf etdirməyə çalışırıq. Rəsmi səviyyədə heç bir problem íù÷âãê. Ola bilər ki, qeyri-rəsmi səviyyədə, hansısa ekspertlərin açıqlamalarında hər hansı mövqe, söz-söhbət olsun ki, münasibətlər istənilən səviyyədə deyil. Bu münasibətlərin inkişafının tərəfdarı olmayan və münasibətlərə zərər yetirmək üçün müəyyən hərəkətlərə yol verən hər hansı üçüncü qüvvələr ola bilər. Lakin hər iki tərəf bu üçüncü tərəfləri, amilləri yaxşı tanıyır və həmişə onların istəklərinə çatmaması üçün çalışır. İndiyə qədər bizim bu istiqamətdəki səylərimiz uğurlu olub. Ona görə də mən münasibətlərin gələcəyini parlaq görürəm.


    18.12.12 Məqaləni oxumaq
     
    Bayram günləri təsdiqləndi
    Nazirlər Kabineti 2013-cü ildə Novruz, Ramazan və Qurban bayramlarının keçiriləcəyi tarixi təsdiq edib. Qərara əsasən, 2013-cü ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 8, 9 avqust  Ramazan bayramı, 15, 16 oktyabr Qurban bayramı günü kimi qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
    18.12.12 Məqaləni oxumaq
     
    Azərbaycan əsilli müğənni Türkiyə futbolçusu ilə evlənir
    Azərbaycan əsilli müğənni və Türkiyə futbolçusu nikaha girəcək. Belarusun “Eurovision” üzrə milli seçim turlarında bir neçə dəfə iştirak edən əslən azərbaycanlı olan müğənni Günəş Abbasova “Qalatasaray”ın sabiq futbolçusu Gökhan Cengiz ilə nişan mərasiminə hazırlaşır. Cütlüyün nişan mərasimi Yeni il axşamı Azərbaycan və Türkiyə adətləri ilə keçiriləcək. Nişandan 3-4 ay sonra isə cütlük toy edəcək.
    18.12.12 Məqaləni oxumaq
     
    “BMT və GUAM arasında əməkdaşlıq” adlı qətnamə qəbul edilib

    Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna adından “BMT və Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM arasında əməkdaşlıq” adlı qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib ki, mövcudluğunun 15 ili ərzində GUAM demokratiya və iqtisadi inkişafın təşviq olunmasına çalışan tam təsisatlanmış regional təşkilata çevrilib.

    Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, A. Mehdiyev 2004-cü ildə GUAM-ın BMT-də müşahidəçi status əldə etməsindən sonra təşkilatla BMT katibliyi arasında əməkdaşlığın inkişaf etdiyini, qətnamə layihəsinin qəbul edilməsinin bu əməkdaşlığı daha da gücləndirəcəyini və region ölkələrində sülh, sabitlik və inkişafa töhfə verəcəyini qeyd edib. 

    18.12.12 Məqaləni oxumaq
     
    "Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər"

    “Münaqişə tərəfləri arasında hər hansı üçüncü qüvvənin olmaması müharibənin hər an başlaya bilməsi üçün şərait yaradır”. Bu fikirləri Strateji Araşdırmalar Mərkəzində keçirilən brifinqdə qurumun direktoru Fərhad Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan sülh sazişi imzalamaqda və danışıqların aparılmasında maraqlıdır: “Lakin Ermənistan danışıqları süni şəkildə uzadır və əsas bəhanə kimi Ermənistanda keçiriləcək prezident seçkilərini göstərir. Ölkəmiz müharibədən imtina etməyib, çünki bu bizim təbii haqqımızdır. Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər. Çünki bunu qarşısında duran hər hansı bir fiziki sədd yoxdur”.

    18.12.12 Məqaləni oxumaq
     
    Siyavuş Novruzov: Azərbaycan NATO ilə fəal şəkildə əməkdaşlıq edir
    “Azərbaycan dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində NATO ilə fəal şəkildə əməkdaşlıq edir. Bu baxımdan, Əfqanıstan məsələsində NATO-nun yeni missiyasında Azərbaycanın bu təşkilatın tərəfdaşı kimi qəbul olunması məntiqli və əhəmiyyətlidir. Yəni ölkəmizin indiyədək göstərdiyi səylərin nəticəsidir ki, bu nüfuzlu beynəlxalq qurum özünün Əfqanıstanla bağlı 2014-cü ildən sonrakı missiyasında da Azərbaycana xüsusi önəm verib”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Azərbaycan beynəlxalq koalisiyanın tərkibində dünyada sülhyaratma prosesində fəal tərəfdaşlardan biridir. Ölkəmizin hərbçilərinin Kosovada və İraqda sülhün təmin olunmasında yaxından iştirak etdiyini xatırladan S.Novruzovun sözlərinə görə, hazırda silahlı qüvvələrimiz Əfqanıstanda da sülhyaratma missiyasında fəal iştirak edir.
    11.12.12 Məqaləni oxumaq
     
    Rusiya “insan haqlarını pozan” ABŞ rəsmilərinə viza verməyəcək
    Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, “insan haqlarını pozan” ABŞ rəsmilərinə viza verməyəcəklər. Bu, ABŞ Senatının Rusiyada hüquqşünas Sergey Maqnitskinin ölümü və insan haqları pozuntuları ilə bağlı başqa cinayətlərdə adı hallanan Rusiya rəsmilərinə qarşı sanksiyaları təsdiq etməsindən sonra edilib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Lavrov bildirib ki, Moskva cavab tədbirləri barədə Hillari Klintonu da məlumatlandırıb. Rusiya XİN ABŞ Senatının həmin qərarını “absurd teatrının oyunu” adlandırıb.
    11.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Dek.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31