Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2012
    Səhifələr : 1 2 3 4 5 » #
    Millət vəkili Şimali Kiprin rəhbəri Dərviş Əroğlu ilə görüşüb
    Doğu Akdeniz Universiteti və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin dəvəti ilə Şimali Kiprdə olan millət vəkili Aydın Mirzəzadə 29 dekabrda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu ilə görüşüb.  A.Mirzəzadə Şimali Kipr rəhbərinə, Azərbaycanın bugünki durumu, daxili və xarici siyasətindəki uğurlar, Ermənistanın torpaqlarımızın işğalından doğan fəsadlar barəsində məlumat verildi. Bildirildi ki, Azərbaycan xalqı Kipr xalqının problemlərindən xəbərdardır və onu tezliklə həll edilməsini arzulayır.
    Dərviş Əroğlu Azərbaycan xalqına məhəbətti olduğunu və uğurlarından sevindiyini bildirdi. 
    30.12.12 Məqaləni oxumaq
     
    Prezident Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub
    Bu gün Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. 
    Respublikamızda maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı imzaladığı sərəncamlar dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir.
    30.12.12 Məqaləni oxumaq
     
    SOBANI SON DƏFƏ QALADI…
    Mirzə Cəlil hər zaman deyirdi ki, uşaqları yaxşı yedirmək lazımdır, yoxsa xəstələnib məhv olarlar. Ancaq güclü qidaya pulu çatmırdı, ona görə də həyəcanlanır, əzab çəkir, əsəbi və gərgin olurdu. Kiməsə ağız açmağa isə üzü gəlmir, utanırdı. Ürəyində ağır götür-qoy edir, daim fikir çəkir, ona yetərincə qiymət verilmədiyinə çox üzülürdü.
    Biz odun ala bilmirdik. Mirzə Cəlilin yatdığı qaranlıq otaqdan başqa bütün otaqlarımızın pəncərəsi şimala açılırdı. Çox soyuqdu, xüsusilə də xəzri əsəndə evimiz buzxanaya dönürdü.
    30.12.12 Məqaləni oxumaq
     
    Cəmiyyətimizin məcburi evlilik problemi
    A.Çexov: “Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaq bir işdir…”
    30.12.12 Məqaləni oxumaq
     
    İbadət yerləri – VI
    Kəlam yurnalı olaraq Azərbaycanda mövcud olan, məscidlər haqqında silsilə yazıları davam etdirir. Bu yazılarda ölkəmizin bütün regionlarında mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan ibadət evləri haqqında geniş məlumat təqdim edirik.
    Bu dəfə yenə də Azərbaycanın bəzi regionlarında olan ibadət evləri barədə məlumatlar təqdim edəcəyik. Bu rayonlarda məscid sarıdan problem olmasa da, elə bölgələr var ki, ibadət evləri sarıdan kasadlılıqdır. Əlbəttə, bununla həmin regionda dindar əhalinin az olmasını demək olmaz. Bəzən insanların məscid tikməyə imkanı olmur, imkanı olan adamlar isə məscid əvəzinə restoran tikib pul qazanmağı düşünür. Hətta elə regionlar var ki, 1 dənə də olsun məscid yoxdur. Hələlik isə ölkəmizin daha 5 rayonu - Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarındakı məscidlərin vəziyyəti barədə məlumat verək.
    30.12.12 Məqaləni oxumaq
     
    Əql və din

    Din fəlsəfəsinin prioritet mövzularından olan "əql və din" mövzusu insan əqlinin dindən kömək almadan əldə etdiyi elmi-fəlsəfi nailiyyətlərin dini görüşlər və həqiqətlərlə əlaqəsini müəyyənləşdirməyə yönəlib. Dindəki ilahi dəyərlərin, o cümlədən yeganə Allaha inamın əqli qanunlarla uyğun gəlib-gəlməməsini aydınlaşdırmaq bu mövzunun əsas istiqamətini təşkil edir. Şübhəsiz, dini əqidə və ayinlər çərçivəsində əqlin işi dini həqiqətlərin az da olsa əqli sübutlarla əsaslandırılması yox, bütövlükdə Allaha iman gətirilməsində əqli sübutların lazım olub-olmamasını araşdırmaqdır. Yəni burada müzakirə olunan əsas mövzu əqlin dindəki rolunun çərçivəsidir.

    30.12.12 Məqaləni oxumaq
     
    Masallının ruhani dünyası
    Şeyxülislam Hacı Allahşükür Paşazadə: "Mədəniyyət tarixində dinin yerini danmaq tarixin özünü danmaq deməkdir".
    30.12.12 Məqaləni oxumaq
     
    Poeziya

    QƏSİDƏ

     

    Ey camaat, insan olmaq bir səadətdir bizə.

    Xəlq edən Rəhmanu Rahimdən səxavətdir bizə.

     

    Bir ovuc torïağa can vermiş Xudayi-ləmyəzəl

    Bu ətadan tək təmənnası, itaətdir bizə.

     

    Kölgəsi var üstümüzdə çox günah etsəkdə biz

    Hər necə bəxş eyləsə ruzi, şəfaətdir bizə.

     

    Öz həbibin ümmətə qurban edən Xaliqdu bu

    Hikmətu fəzlində məna bi nəhayətdir bizə.

     

    Gah Rəsulundan keçər, gah balasın məzlum edər

    Hikmətin dərk etməsək çox-çox cəhalətdir bizə.

     

    Gah Əliyyəl Murtazanı qanına qəltan edər

    Müctəba zəhrilə həm feyzi kəramətdir bizə.

     

    Hansı eşq ilə Xuda gör kim sevir öz bəndəsin

    Hansıdır son töhvəsi kimdi ki, hacətdir bizə.

     

    Kərbəla şahi imamul insu-can məzlum Hüseyn

    Şahi  bi həmta ki, sevdası əlamətdir bizə.

     

    İsti qum üstündə nəşi dini bərïa eylədi 

    Bu səbəbdəndir ki, dünya mülkü rahətdir bizə.

     

    Ta qiyamət ol nəcibin boynumuzda haqqı var

    Tarixin yad eyləmək vacib əmanətdir bizə.

     

    Kərbəla dərsi, ibadət dərsi, qeyrət dərsidir.

    Həşrə tək mömin sayılmaqçün kifayətdir bizə.

     

    Ey xanımlar, Həzrət Zeynəb sizə ibrətdisə

    Ey cavanlar Şibhi-Peyğəmbər də ibrətdir bizə.

    Göstərək qeyrət vətənçün din üçün, namus üçün

    Kərbəla səqqası Abbasdan xitabətdir bizə.

     

    Bu əqaiqdə Əziz Pünhan kimi sidq eyləyək

    Biz müsəlmanıq sədaqət çün, ədalətdir bizə.

     

    QƏZƏLLƏR

     

    Məskənimdir eşqə dair hər fəza, axtar məni,

    Ləblərinlə ruha verməkçün cəza, axtar məni.

     

    Bəxtə aldanma yalandır, taleyin əndişəsi,

    Hər necə olsa qədər, olsa qəza axtar məni.

     

    Söyləmişlər eşqdən bihuş olan biəqldir,

    Əql ilə, ya əqlsiz sən ol riza, axtar məni.

     

    Taïmamaq yoxdur deməklə bir deyil dərk eylə ki,

    Yoxluğumçun tutmamış matəm, əza, axtar məni.

     

    Beylə ruhəm lacüvərd göylər olubdur məskənim,

    Tutsa da qara buludlar nasəza, axtar məni.

     

    Sən Əziz Pünhanı gəz, axtar, dəmadəm çəkmə əl,

    Qoyma ki, zəhmət çəkib hər gün yaza, axtar məni.

     

    * * *

     

    Qələmim göz yaşı içdikcə dönüb qan yazaram,

    Qara-ağ taleyimi, gör necə əlvan yazaram.

     

    Ürəyim sakit olunca, vüsalın zövqü ilə,

    Hicrə can verməməyə, min dənə fərman yazaram.

     

    Siz gəlin yanıma eşqin əlacın məndə taïın,

    Hər kimin şikvəsi var, dərdinə dərman yazaram.

     

    Mənə hüsn elmi tanışdır, nə gərək təfsirə,

    Bircə göz bəs eləyər hüsnünə dastan yazaram.

     

    Qələmin köksümə güc gəlməyə çatmaz hünəri,

    Bir nəfəs ïüskürərəm yüz dənə divan yazaram.

     

    Gahi məşuqələrin mərhəmətin vəsf edərəm,

    Gahi aşiqləri məşuqinə qurban yazaram.

     

    Bu Əziz Pünhanı incitmə ki, ey qaşi-kəman,

    Yazdığım hər qəzəli hüsnüvə ehsan yazaram.

    30.12.12 Məqaləni oxumaq
     
    Yaxşı adam
    Əlbəttə adam olan şəxs yaxşı olmalıdır. Pis adamı heç kim sevməz. Pis adam haqqında nəinki düşünəndə insan narahat olur, ïis adam hətta yada düşəndə belə insan əsəbləşir onun haqqında nəsə bir tədbir görmək istəyir. Yaxşı adam isə heç zaman yaddan çıxmır, həmişə xatırlanır, xatırlandıqca da sevilir. 


    30.12.12 Məqaləni oxumaq
     
    İmam Hüseyn (Ə) Ərbəini əbədiyaşardır
    Çökməkdə olan İslam dini mam Hüseynin (ə) fədakarlığı ilə   dirçəldi. İslam dininin dirçəldilməsində İmam Hüseynin rolu əvəzsizdir desək heç də yanılmarıq. Ona görə də bu fədakarlıqları canlı saxlamaq lazımdır. Çünki onları canlı saxlamaq İslam dinini canlı saxlamaq deməkdir. Aşura gününü və Ərbəini əziz tutmaq İslam dininin düşmənləri ilə mübarizə aïarmaqdır. Bu məsələ ümumilikdə Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini eynilə diqqətdə saxlamaq deməkdir.
    Həzrət İmam Hüseyn (ə) müsibəti heç bir əimmənin  (s) başına gəlməmişdir. Onun müsibəti bütün müsibətlərdən daha böyük və ağrılıdır.
    61-ci hicri ilinin Muhərrəm ayında İmam Hüseyni (ə), övladlarını və səhabələrini Kərbəla səhrasında şəhid elədilər. Əhlibeytini  (ə) əsir götürüb Kufə və Şama aïardılar. Bu dağ görmüş karvan İmamın Ərbəinində Kərbəlaya gəldi və Aşura gününün acısını təzələdilər. O günlər Həzrət Peyğəmbər (ə) ailəsi üçün çox dəhşətli və  ağır günlər idi.  İslam düşmənləri İmam Hüseyn  (ə) və onun köməklərini şəhid edərək İslam dinini yer üzündən silmək istəyirdilər. Kərbəla qatilləri çalışırdılar ki, bu hadisəni insanların zehinlərindən silsinlər. Onlar hətta İmam Hüseynin (ə) ziyarətinə gələnləri belə işgəncə ilə öldürürdülər. Mütəvəkkil Abbasi dövründə Kərbəlada dəfn olanların qəbirlərini şumladılar və yerlə yeksan etdilər. Bu qəbirlərin ziyarətinə gəlməyini də insanlara qadağan etdilər. Əhli-beyt (ə) davamçıları İmamın ziyarəti üçün hər bir vasitədən istifadə edirdilər. Ərbəin ziyarəti bu vasitələrin ən başlıca hadisələrindən idi. 
    Möminin əlamətlərindən biri də Ərbəin günü İmam Hüseyni (ə) ziyarət etməsidir. Həzrət İmam Həsən Əsgəri (ə) buyurur: "Möminin əlaməti beşdir. Gecə və gündüz 51 rəkət vacib və nafilə namazlarını qılmaq, Ərbəin ziyarəti, gümüş üzüyü sağ əlin barmağına taxmaq, səcdə zamanı alnını torïağa qoymaq və namazda Bismillahları yüksək səslə demək". Bu mötəbər hədisdən göründüyü kimi möminin vəzifələrindən  biri də Ərbəin ziyarətidir. Həzrət İmam Sadiqdən (ə) belə bir hədis var. O cənab buyurur: "O zaman ki, bizim qəbirlərlə sizin aranızdakı yol uzaq olarsa, onda mənzillərinizin ən yuxarı  hissəsinə - damına çıxın və orada iki rəkət namaz qılın, bizim qəbirlərə tərəf işarə edərək salamlar göndərin. Həqiqətən, həmin salam və namazlar bizə çatacaqdır". 
    30.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « Dek.2012»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31