Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu 2012-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib. AMEA-nın Yer Haqqında Elmlər Bölməsi və Geologiya İnstitutu Elmi Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə institut tərəfindən neft-qaz, geodinamika, palçıq vulkanizmi, hidrogeologiya və geologiya elminin digər istiqamətlərində aparılmış tədqiqatların gedişatı və nəticələri barədə məlumat verilib.
|