İran səfiri: “Düşünürük ki, Azərbaycan ərazisindən İrana heç vaxt
heç bir müdaxilə olmayacaq”
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin APA-ya müsahibəsi
- İran-Azərbaycan münasibətlərinin mövcud durumunu
necə qiymətləndirmək olar?
- İran və Azərbaycan arasında hazırkı münasibətləri çox yüksək
səviyyədədir. İki ölkənin rəhbərliyinin iradəsi odur ki, münasibətləri bütün
sahələrdə inkişaf etməli, əlaqələrin inkişafına hər hansı maneə varsa, aradan
qaldırılmalıdır. Mən Azərbaycan rəsmiləri ilə mütəmadi əlaqə yaradıram, münasibətləri
inkişaf etdirməyə çalışırıq. Rəsmi səviyyədə heç bir problem íù÷âãê. Ola bilər
ki, qeyri-rəsmi səviyyədə, hansısa ekspertlərin açıqlamalarında hər hansı
mövqe, söz-söhbət olsun ki, münasibətlər istənilən səviyyədə deyil. Bu münasibətlərin
inkişafının tərəfdarı olmayan və münasibətlərə zərər yetirmək üçün müəyyən hərəkətlərə
yol verən hər hansı üçüncü qüvvələr ola bilər. Lakin hər iki tərəf bu üçüncü tərəfləri,
amilləri yaxşı tanıyır və həmişə onların istəklərinə çatmaması üçün çalışır.
İndiyə qədər bizim bu istiqamətdəki səylərimiz uğurlu olub. Ona görə də mən
münasibətlərin gələcəyini parlaq görürəm.
|