Adəm Abbaslı/AZADİNFORM. Milli Məclisinin deputatı Aydın Mirzəzadə Şimali Kiprə səfər edəcək. Millət vəlikinin “Azadinform”a dediyinə görə, onun Şimali Kiprə səfəri Doğu Akdeniz Universitetinin (DAU) və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin dəvəti ilə baş tutur. A.Mirzəzadə adı çəkilən qurumun təşkilatçılığı ilə DAU-də gerçəkləcək 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Azərbaycan – keçmişdən gələcəyə” adlı keçirilən beynəlxalq konfransa qatılaraq, “Türk xaqlarının həmrəyliyi dünyanın inkişafına töhfədir" mövzusunda çıxış edəcək. Eyni zamanda o, Şimali Kipr rəhbərliyi və DAU-nin rektoru və burada təhsil alan azərbaycanlı tələbələrlə də görüşəcək. Tələbələrlə görüş zamanı o, Kiprdə təhsil alan azərbaycanlı tələbələrin problemləri dinləyəcək və eyni zamanda onları maraqlandıran sualları cavablayacaq.
|