QƏSİDƏ
Ey camaat, insan olmaq bir səadətdir bizə.
Xəlq edən Rəhmanu Rahimdən səxavətdir bizə.
Bir ovuc torïağa can vermiş Xudayi-ləmyəzəl
Bu ətadan tək təmənnası, itaətdir bizə.
Kölgəsi var üstümüzdə çox günah etsəkdə biz
Hər necə bəxş eyləsə ruzi, şəfaətdir bizə.
Öz həbibin ümmətə qurban edən Xaliqdu bu
Hikmətu fəzlində məna bi nəhayətdir bizə.
Gah Rəsulundan keçər, gah balasın məzlum edər
Hikmətin dərk etməsək çox-çox cəhalətdir bizə.
Gah Əliyyəl Murtazanı qanına qəltan edər
Müctəba zəhrilə həm feyzi kəramətdir bizə.
Hansı eşq ilə Xuda gör kim sevir öz bəndəsin
Hansıdır son töhvəsi kimdi ki, hacətdir bizə.
Kərbəla şahi imamul insu-can məzlum Hüseyn
Şahi bi həmta
ki, sevdası əlamətdir bizə.
İsti qum üstündə nəşi dini bərïa eylədi
Bu səbəbdəndir ki, dünya mülkü rahətdir bizə.
Ta qiyamət ol nəcibin boynumuzda haqqı var
Tarixin yad eyləmək vacib əmanətdir bizə.
Kərbəla dərsi, ibadət dərsi, qeyrət dərsidir.
Həşrə tək mömin sayılmaqçün kifayətdir bizə.
Ey xanımlar, Həzrət Zeynəb sizə ibrətdisə
Ey cavanlar Şibhi-Peyğəmbər də ibrətdir bizə.
Göstərək qeyrət vətənçün din üçün, namus üçün
Kərbəla səqqası Abbasdan xitabətdir bizə.
Bu əqaiqdə Əziz Pünhan kimi sidq eyləyək
Biz müsəlmanıq sədaqət çün, ədalətdir bizə.
QƏZƏLLƏR
Məskənimdir eşqə dair hər fəza, axtar məni,
Ləblərinlə ruha verməkçün cəza, axtar məni.
Bəxtə aldanma yalandır, taleyin əndişəsi,
Hər necə olsa qədər, olsa qəza axtar məni.
Söyləmişlər eşqdən bihuş olan biəqldir,
Əql ilə, ya əqlsiz sən ol riza, axtar məni.
Taïmamaq yoxdur deməklə bir deyil dərk eylə ki,
Yoxluğumçun tutmamış matəm, əza, axtar məni.
Beylə ruhəm lacüvərd göylər olubdur məskənim,
Tutsa da qara buludlar nasəza, axtar məni.
Sən Əziz Pünhanı gəz, axtar, dəmadəm çəkmə əl,
Qoyma ki, zəhmət çəkib hər gün yaza, axtar məni.
* * *
Qələmim göz yaşı içdikcə dönüb qan yazaram,
Qara-ağ taleyimi, gör necə əlvan yazaram.
Ürəyim sakit olunca, vüsalın zövqü ilə,
Hicrə can verməməyə, min dənə fərman yazaram.
Siz gəlin yanıma eşqin əlacın məndə taïın,
Hər kimin şikvəsi var, dərdinə dərman yazaram.
Mənə hüsn elmi tanışdır, nə gərək təfsirə,
Bircə göz bəs eləyər hüsnünə dastan yazaram.
Qələmin köksümə güc gəlməyə çatmaz hünəri,
Bir nəfəs ïüskürərəm yüz dənə divan yazaram.
Gahi məşuqələrin mərhəmətin vəsf edərəm,
Gahi aşiqləri məşuqinə qurban yazaram.
Bu Əziz Pünhanı incitmə ki, ey qaşi-kəman,
Yazdığım hər qəzəli hüsnüvə ehsan yazaram.
|