Fransada katoliklikdən, protestantlıqdan İslam dininə pənah aparanların sayı artır. Söhbət əlbəttə, cəmiyyətin şüurlu kəsimindən gedir. O kəsimindən ki, İslamı ilk baxışdanca qəbul edir. Əlbəttə, fərqli tendensiyalar da mövcuddur. Məsələn, fransız qadınları müsəlmanlığı etnik müsəlmanalara - ərəblərə, türklərə və farslara ərə getmək üçün edirlər… Amma etnik xristianın İslama meyl göstərməsinin səbəbi başqadır. Müəyyən mənada bu məsələdən də bəhs etməyə çalışacağıq. Əslində tutaq ki, fransız-müsəlman amili Avropa üçün heç də yenilik deyil. Hələ məşhur fransalı filosof və səyyah Rene Henon ötən əsrin 20-ci illərində İslam dinini qəbul etmişdi. Ümumənsə Fransanın Şərqdə koloniyaları olub və koloniyanın dini metropoliyaya həmişə hansısa cazibədarlıq verib. Digər tərəfdən, ölkənin bu günlərdə dünyasını dəyişmiş tanınmış yazıçısı Roje Qordini yada salaq. O, İkinci Dünya Müharibəsi vaxtı müqavimət hərəkatına qoşulub. Sonra respublikanın Kommunist Partiyasının fəal xadimlərindən birinə çevrilib. 1982-ci ildə isə İslamı qəbul edib. Yazıçının bu dinlə bağlı təsəvvürləri İraqa qarşı 1991-ci ilin В«Səhrada tufanВ» əməliyyatından və 2001-ci ilin 11 sentyabr terrorundan sonra daha da möhkəmlənib. Halbuki belə düşünməyənlər, hadisə və proseslərin mahiyyətinə varmadan qərar çıxaranlar çoxdur.
|