Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2012
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    BMT internetə nəzarət problemini müzakirə edəcək
    Bu gün Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkil etdiyi Beynəlxalq Dünya Telekommunikasiya Konfransı (BDTK) işə başlayıb. Dekabrın 14-dək davam edəcək konfrans və “BDTK-12” görüşündə 1988-ci ildə qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Qaydaları (BTQ) nəzərdən keçiriləcək. Konfransda rabitə şəbəkələrinin iş prinsiplərinin yeni redaksiyasını müzakirəyə qoymaq planlaşdırılır. Müzakirə ediləcək digər məsələlər arasında internetin idarə edilməsi ilə bağlı yeni təkliflər paketinə də baxmaq planlaşdırılır. Qeyd edək ki, konfransda iştirak edən bir sıra ölkələr domen sisteminin idarə edilməsi səlahiyyətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) verilməsini təkid edir. Həmin ölkələrin əsas 2 arqumenti var: birincisi, hazırda internetin domen sistemi Amerikanın “ICANN” təşkilatı tərəfindən idarə olunur və o, öz növbəsində ABŞ-ın Ticarət Nazirliyindən asılıdır. İkincisi, ölkələrin əksəriyyəti şəxsi milli domen zonalarını müstəqil idarə etmək səlahiyyəti əldə etmək üçün səlahiyyətlərin BMT-yə verilməsini xahiş edirlər.
    04.12.12 Məqaləni oxumaq
     
    Azərbaycan Prezident Administrasiyasında qəbul günləri açıqlandı
    Azərbaycan Prezident Administrasiyasında (PA) qəbul günləri açıqlanıb. “KƏLAMİNFO” PA-nın mətbuat xidmətinə istinadən qəbul günlərini təqdim edir. Prezidentin İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov dekabrın 10-u, müdafiə məsələləri üzrə müşaviri Vahid Əliyev dekabrın 11-də vətəndaşları qəbul edəcək. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov isə dekabrın 17-də qəbul günü keçirəcək. Bundan başqa PA-nın şöbə müdirlərinin də qəbul günləri açıqlanıb. Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dekabrın 19-u, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov dekabrın 7-si, Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dekabrın 3-ü, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev dekabrın 12-si, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 18-i, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev dekabrın 13-ü, Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev dekabrın 24-ü, Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dekabrın 6-sı, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dekabrın 5-i, Kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov dekabrın 27-si, Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov isə dekabrın 28-i vətəndaşları qəbul edə biləcəklər.
    04.12.12 Məqaləni oxumaq
     
    “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilir
    Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, BMT İnkişaf Proqramı, PwC Azərbaycan şirkəti və Azərbaycan Gənclər Fondunun birgə təşkil etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov, BMT İnkişaf Proqramının Azərbaycanda Rezident nümayəndəsi Antonius Bruk, PwC şirkətinin Baş Qlobal Məsləhətçisi Yan Sturesson, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, nəqliyyat nazirinin müavini Musa Pənahov, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko, Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov iştirak edir.
    04.12.12 Məqaləni oxumaq
     
    Milli Məclis rəhbərliyinin qəbul günləri açıqlandı
    Azərbaycan Milli Məclisinin rəhbərliyinin dekabr ayı üçün qəbul günləri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Belə ki, birinci vitse-spiker, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov dekabrın 10-da vətəndaşları qəbul edəcək. Vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov isə müvafiq olaraq dekabrın 17 və 24-də qəbulda olacaqlar.
    03.12.12 Məqaləni oxumaq
     
    ABŞ-da yeni kəşfiyyat qurumu yaradılacaq
    “Vaşinqton Post” qəzetinin dərc etdiyi xəbərdə deyilir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsinin casus şəbəkəsindən daha böyük biri şəbəkə yaratmaq kimi “iddialı” planı var. “KƏLAMİNFO” xəbər verir ki, qəzet yazır ki, layihənin məqsədi baş verə biləcək təhlükələrə yönələcək casus xidməti yaratmaqdır. Xəbərdə qurumun MKİ və elit hərbi birləşmələrlə daha da sıx əməkdaşlıq edəcəyi bildirilib. Qəzet Müdafiə Kəşfiyyatı İdarəsinin böyüyərək dünya üzrə 1600 kəşfiyyat “kollektorlarının” cəlb olunacağının gözlənildiyini yazır. İdarənin xaricdəki əməkdaşlarının ümumi sayının son zamanlar üç rəqəmli ədədə qədər artaraq “görünməmiş” həddə çatdığı bildirilir. Qəzet ABŞ rəsmilərinə istinadən gizli əməliyyatçı nəslinin yetişdirilməsinə beş il vaxt sərf olunacağını bildirib. Kəşfiyyat agentlərinin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanacağı, lakin kəşfiyyat xarakterli tapşırıqları Müdafiə Nazirliyindən alacağı qeyd olunub.
    03.12.12 Məqaləni oxumaq
     
    Ramiz Mehdiyev yeni təyinatlardan danışdı
    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəhbərlik etdiyi struktura bir neçə şəxsin müavin təyin olunması məsələsinə münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən R.Mehdiyev deyib ki, bu qərar ilk növbədə Administrasiyadakı işin həcminin böyük olması ilə bağlıdır: “Administrasiyada işin həcmi çox böyükdür. Bu qərar digər tərəfdən şöbə müdirlərinin statusu və səlahiyyətlərinin artırılmasıdır. Burada heç bir başqa fikir ortada yoxdur. Sadəcə, işin çoxluğu və vəzifələrin artırılmasıdır”. R.Mehdiyev qeyd edib ki, müavin təyin olunan şəxslər əvvəlki vəzifələrində də qalıblar.
    03.12.12 Məqaləni oxumaq
     
    TQDK vergi orqanlarına imtahan verənlərin nəticəsini açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə dekabrın 2-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”a TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahan saat 11:00-da başlamış və 4 binada - Bakı Dövlət Universitetinin 1-ci, 2-ci və yeni tədris korpusu və Azərbaycan Texniki Universitetinin 5-ci korpusunda baş tutub. İmtahanda iştirakı nəzərdə tutulan 2138 nəfər namizəddən 421 nəfəri imtahanda iştirak etməyib, 1 nəfər isə imtahan qaydaların pozduğu üçün (mobil telefon keçirməyə cəhd) imtahandan uzaqlaşdırılıb. İmtahanda iştirak edən 1716 nəfər namizəddən 541 nəfər müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçib. İmtahanda ən yüksək nəticə 96 bal olub.
    03.12.12 Məqaləni oxumaq
     
    Ramiz Mehdiyev: Azərbaycan liberal prinsiplərə əsaslanan özünün iqtisadi modelini yaradıb
    20 il ərzində Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək, dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib və liberal prinsiplərə əsaslanan özünün iqtisadi modelini yaradıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransında açılış çıxışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. O qeyd edib ki, bu müddət ərzində yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində ciddi uğurlar qazanılıb: “Əslində? Azərbaycan dövlətçiliyinin uğurları onun əsasını qoyan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərin həyata keçirilməsi ilə mümkün olub. Ulu öndər Heydər Əliyevin siyasi kursu təkcə Azərbaycan Respublikasının deyil, bütünlükdə regionun gələcək inkişaf perspektivini, onun dünyaya siyasi və iqtisadi inteqrasiyasına yardım göstərib”.
    03.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Dek.2012
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31