Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Ombudsman Aparatının əməkdaşları başçəkmələr həyata keçiriblər
    Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən Müvəkkilin İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına və Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, başçəkmədə məqsəd rəftar və saxlanma şəraitinin araşdırılması olub. 3 saylı İstintaq Təcridxanasında saxlanılan bir neçə şəxslə görüş zamanı onlar rəftar və saxlanma şəraitindən şikayət etməyiblər. Təcridxananın kameralarına baxış keçirilib və müəyyən edilib ki, bir çox kameralarda təmir işləri aparılıb. Kameralar elektriklə işləyən radiatorlarla təmin edilib. Başçəkmə zamanı həmçinin məhkumlar üçün yeməkxanada hazırlanan yeməyin keyfiyyəti yoxlanılıb. Eyni zamanda təqsirləndirilən şəxslərin yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaları üçün nəzərdə tutulan telefon kabinələri hazır vəziyyətə gətirilib.
    22.11.12 Məqaləni oxumaq
     
    Xaricdə təhsil almaq istəyənlər üçün proqram təklif edilir
    Cenevrə Biznes Məktəbi 2013-2014-cü tədris ili üçün bir sıra ixtisaslar üzrə təhsil proqramları təklif edir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, məktəbdə azərbaycanlılar da iştirak edə bilərlər. İxtisaslar bakalavr səviyyəsi üzrə biznes administrasiyası, maliyyə, idman idarəçiliyi və marketinq, rəqəmsal marketinq və sahibkarlıq üzrədir. Magistratura səviyyəsi üzrə biznes administrasiyası, maliyyə, islam maliyyəsi və rəqəmsal marketinqdir. Doktorantura səviyyəsi üzrə isə biznes administrasiyası ixtisası üzrədir. Proqram haqqında daha ətraflı məlumatları, ərizə formalarını www.gbs-ge.ch internet səhifəsindən və Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
    22.11.12 Məqaləni oxumaq
     
    YAP daha bir beynəlxalq konfransın Bakıda keçirilməsini təklif edib
    Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının gənclər təşkilatının Asiya ölkələrinin Gənclər Birliyinin Forumu Bakıda keçirilə bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə qurumun bu gün Bakıda keçirilən iclasında Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov çıxış edib. O qeyd edib ki, bu tədbirin Bakıda keçirilməsi gənclərin işinə böyük töhfə olardı: “YAP bu tədbiri Bakıda yüksək səviyyədə təşkil edə bilər”. Azərbaycan tərəfi, həmçinin təklif edir ki, Asiya siyasi partiyalarının qadınlar təşkilatının yaradılması ilə bağlı qərar qəbul olunsun.
    22.11.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Ermənistanı sülhə vadar etmək olar”
    “Növbəti dəfə ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona edəcəkləri səfərdən yeni bir şey, hansısa təkliflər gözləmirəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı vəziyyətin bu şəkildə qalmasının özü anormal haldır: “Həmsədrlərin regiona səfəri nəticəsində danışıqlar prosesini bu vəziyyətdən çıxarmaq istiqamətində hansısa tərpəniş ola bilər. Səfərləri danışıqlar prosesində tərpənişin əlaməti kimi qiymətləndirmək olar”. Vitse-spiker deyib ki, beynəlxalq hüququn prinsipini pozan, konstruktivlikdən uzaq mövqe sərgiləyən Ermənistana təzyiq olmalıdır: “Təzyiqin ən müxtəlif formaları var və bunun arxasında konkret tədbirlər durur. Bu gün dünyada baş verən proseslər göstərir ki, təzyiq rıçaqları işə salınsa, Ermənistanı sülhə vadar etmək olar. Əks təqdirdə Azərbaycan öz ərazisində səlahiyyət və imkanlarına uyğun tədbirlər keçirməyə vadar olacaq. Bunun nə vaxt həyata keçiriləcəyini söyləmək çətindir, ancaq bu addım atılacaq”.
    22.11.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov Ovannisyana sərt cavab verdi
    “Ermənistanın sabiq xarici işlər naziri, Ermənistan İrs Partiyasının sədri Raffi Ovannisyanın sözləri beynəlxalq aləmin mövcud məsələlərlə qəbul etdiyi baxışları çərçivəsinə qətiyyən sığmır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib. O qeyd edib ki, R.Ovannisyanın nə deməsindən asılı olmayaraq istər BMT, istərsə Avropanın mühüm qurumları, o cümlədən də münaqişənin nizama salınması ilə məşğul olan ATƏT və onun həmsədrləri Azərbaycan torpaqlarının işğal olunması faktını dəfələrlə ifadə ediblər: “Bundan əlavə, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını açıq şəkildə bəyan ediblər. Mən hesab edirəm ki, bütün bunların hamısı Ermənistanın sabiq xarici işlər nazirinin səsləndirdiyi bu sərsəm bəyanatın tamamilə əsassız olduğunu təsdiqləyir”.
    22.11.12 Məqaləni oxumaq
     
    Saakaşvili yeni hökuməti həbslərə görə kəskin tənqid edib
    Gürcüstan prezidenti Mixail Saakaşvili yeni hökuməti son vaxtlar ölkədə həyata keçirilən həbslərə görə kəskin tənqid edib. “KƏLAMİNFO” “Reqnum”a istinadən xəbər verir ki, prezident bildirib ki, həbslər cəmiyyətdə, eləcə də Gürcüstanın Qərb tərəfdaşlarında narahatçılıq yaradır. Prezidentin qənaətincə, yeni hökumətin nümayəndələri bəyan edirlər ki, hamı həbs olunacaq. “Geniş və ara söhbətlərində belə bir çıxışlara rast gəlirsən və bu da birmənalı olaraq narahatçılıq doğurur” - deyə o bəyan edib. Prezident vurğulayıb ki, bununla bağlı onun yadına fransız inqilabının lideri Robespyer düşüb. “Onun əmri ilə Fransada bir gündə onlarla insanın başını kəsirdilər. O, parlamentdə çıxış edib və bildirib ki, hamını həbs edəcəklər. Parlament dözdü, sonda isə onun özünün edam olunması barədə qərar çıxardı” - deyə Saakaşvili xatırladıb.
    22.11.12 Məqaləni oxumaq
     
    Gənc alimlərin beynəlxalq forumu keçiriləcək
    AMEA Geologiya İnstitutu 2013-cü ildə gənc alim və tələbələrin “Fundamental və tətbiqi geologiya elmi gənc alimlərin gözü ilə: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” adlı növbəti beynəlxalq ənənəvi forumunu keçirəcək. AMEA Geologiya İnstitutunun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, institutun Gənc Alimlər Şurası tərəfindən təşkil edilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunacaq. Forumun keçirilməsi Geologiya İnstitutunun Elmi Şurasının toplantısında qərara alınıb. Yığıncaqda AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə bu beynəlxalq tədbirin gənc alimlər üçün əhəmiyyətindən söz açıb. O bildirib ki, keçiriləcək tədbir gənc alimlərin yeni elmi tədqiqat işləri ilə tanış olması və təcrübə mübadiləsi aparması baxımından böyük əhəmiyyət daşıyır. Akademik qeyd edib ki, iki ildən bir keçirilən tədbir beşinci dəfə təşkil olunacaq. Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov tədbirlə əlaqədar nəzərdə tutulan məsələlər haqda məlumat verib.
    22.11.12 Məqaləni oxumaq
     
    Misir Türkiyədən pilotsuz təyyarələr alacaq
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə saziş imzalanıb. “KƏLAMİNFO” “Today Zaman”a istinadən xəbər yayıb ki, razılaşmaya əsasən Misir Türkiyədən bu ölkə istehsalı olan 10 ədəd “ANKA” tipli pilotsuz təyyarə alacaq. Bununla da Misir dövləti Türkiyə pilotsuz təyyarələrini alan ilk ölkə olacaq. Qeyd etmək lazımdır ki, Türkiyənin ilk pilotsuz təyyarəsi olan “ANKA” saatda 140 km uçuş qabiliyyətinə malikdir. Təyyarə 9144 metrlik hündürlüyə qalxmaqla 24 saat ərzində havada əməliyyat keçirə bilir.
    22.11.12 Məqaləni oxumaq
     
    Müəllimlər tələbələri güdəcək
    Artıq oxu vərdişlərini gizlətmək mümkün olmayacaq. Çünki dünyada ədəbiyyatsevərlərlə yanaşı, müəllim və tələbə kollektivinin sevimlisi olan e-kitab oxuyucuları artıq agent sisteminə birləşir. “KƏLAMİNFO” “Popsci”-yə istinadən xəbər verir ki, “CourseSmart” adlı proqramın avtomatik yüklənməsi ilə müəllimlər tələbələrinin oxuma vərdişlərini izləyə biləcəklər. Belə ki, tədris mərkəzi və iri təhsil ocaqları nəzdində istifadəyə verilmiş “Kindle”lər müəllimlərin e-kitabına birləşəcək. Bunun vasitəsilə müəllimlər tələbələrinin gün ərzində nə qədər oxuduqlarını, nə oxuduqlarını, hansı məlumatları yüklədiklərini görə biləcəklər. Məlumat üçün bildirək ki, Villanova, Rasmussen, Texas universitetləri artıq sistemə qoşulub.
    22.11.12 Məqaləni oxumaq
     
    Nazirlik iş adamlarına 37 650 manat cərimə tətbiq etdi
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ilin 1-15 noyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 98 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 26 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 17 iş üzrə 37650 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 18 iş üzrə 1296.53 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 135 iş üzrə 43077.9 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 3, icra qruplarına 16, məhkəmələrə isə 1 iş göndərilib.
    22.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Noy.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930