Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Hacı Mirəziz Seyidzadənin “Mərsiyə və rövzələr” adlı albomu işıq üzü görüb
    İlahiyyat üzrə fəlsəfə doktoru Qazi Hacı Mirəziz Seyidzadənin Məhərrəm ayı münasibəti ilə “Mərsiyə və rövzələr” adlı albomu işıq üzü görüb. “Azadinform” xəbər verir ki, üç diskdən ibarət olan alboma 16 mərsiyə və rövzə daxildir.

    Qazi Hacı Mirəziz Seyidzadə öz səsi ilə mərsiyələri bədii qiraət, rövzələri isə özünəməxsus avazla oxuyur. Nəfis tərtibat və keyfiyyətlə diqqət çəkən albomun 1-ci diskinə “Kərbəlada şiələr gər şahidin mehman idi”, “Şiə bu icadi-aləmdən ibarətdir ğərəz”, “Ləb teşnə görüb Əsğəri çün Həzrət Abbas”, “Buyurdu Xətmul-Ənbiya Səfinətun-nəca, Hüseyn”, “Qoy Fatimə gedim, meydanda can verim”, “Ey göruhi bihəya, nə yaru, nə yavər qalıb”, “Gəldi zibəski Şamidə ahu-fəqanə Əhli-Beyt”, 2-ci diskə “İmam Hüseyn (ə) ağanın Kərbəla çölünə daxil olması”, “Aşura gecəsi, Cənab Əli Əkbərin su gətirməsi”, “Həzrət Əbülfəzl ağanın rəcəzi və Suffeynə girir”, “Məni binəvayə axır, sölə mehribanım Əminə”, “Bilmirəm Şimr Xudadən nə qədər qafil imiş”, 3-cü diskdə isə “Ruzi-Məhşər çun Xudadən hökm nəfxi-sur olur”, “Hürr Dilavərin tövbə etməsi”, “Hərçənd günahilə səravaru bəlayuq”, “Hindistan Padşahi, Sultan Qeysin əhvalatı” mərsiyə və rövzələr daxildir.
    24.11.12 Məqaləni oxumaq
     
    SAM-ın eksperti Frankfurt şəhərində “Frankfurt Qaz Forumu”nda iştirak edəcək
    27-28 noyabr 2012-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində “Frankfurt Qaz Forumu” keçiriləcək. Strateji Araşdırmalar Mərkəzi (SAM) bu əhəmiyyətli forumda akademik tərəfdaş qismində çıxış edəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Forumda mərkəzin enerji məsələləri üzrə aparıcı elmi işçisi Gülmira Rzayeva “Azərbaycanın Cənub Qaz Dəhlizinə baxışı: milli prioritetlər və beynəlxalq öhdəliklərin balanslaşdırılması” mövzusunda məruzə ilə çıxış edəcək. Forumda Avropanın enerji sahəsi üzrə komissarı Günter Otinger (Belçika), Avropa Birliyinin Azərbaycan Respublikası üzrə nümayəndə heyətinin rəhbəri Roland Kobiya, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Beynəlxalq Nabucco Qaz Boru kəmərlərinin icraçı direktoru Reinxard Mitşek (Vyana, Avstriya), BP-nin Şah dəniz layihəsi üzrə vitse-prezidenti Al Kuk (İngiltərə), “Xəzər dəniz Təchizat və Ehtiyatlar, Mərkəzi Asiya, Təchizat və Ticarət RWE GmbH Almaniya”nın rəhbəri Volfqanq Piter, TAP layihəsinin rəhbəri Kjetil Tunqland, “Qazprom Eksport” şirkətinin “Müqavilə Təşkili və Qiymətin Formalaşdırılması” üzrə İdarə Heyətinin sədri Sergey Komlev (Rusiya) və digər məruzəçilərin çıxışları planlaşdırılır.
    24.11.12 Məqaləni oxumaq
     
    TQDK-nın 20 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir
    Bu gün Bakıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 20 illiyi ilə əlaqədar "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası-20 il: inkişaf mərhələləri" adlı beynəlxalq konfrans işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, konfransı açıq elan edən TQDK-nın sədr müavini Namiq Babayev bildirib ki, Azərbaycan Prezidentinin fərmanı ilə yaradılmış Tələbə-məzun Dövlət Elektron Məlumat Sisteminə indiyədək ali məktəblər tərəfindən 83 min tələbə haqqında məlumat daxil edilib. TQDK sədri Məleykə Abbaszadə isə bildirib ki, bu bazaya 1992-2012-ci illərdə qəbul imtahanlarında iştirak edən şəxslər haqqında məlumatlar yerləşdirilib: “Bazaya ölkədə fəaliyyət göstərən bütün ali və orta ixtisas məktəbləri, bir sıra dövlət qurumları qoşulublar”. M.Abbaszadə hazırda ali məktəblərin kontingentinin bu baza ilə yoxlanılmasının mümkün olduğunu qeyd edib. O deyib ki, TQDK tərəfindən yeni şagird-məzun məlumat sistemi də yaradılıb: “Hazırda orta məktəblərdən bu bazaya məlumatlar daxil olur”.
    24.11.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Türkiyə axtarış və xilasetmə xidmətlərini əlaqələndirir
    Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” Saziş ratifikasiya üçün müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, sənəd barədə komitə sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, sazişdə qeyd olunur ki, sənəd 5 illik müddətə imzalanır və bu müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hansınınsa narazılığı olmadığı təqdirdə daha 5 il müddətinə uzadılır: “Saziş Türkiyə və Azərbaycan arasında münasibətlərin hüquqi müstəvidə bir daha möhkəmlənməsinə səbəb olacaq”.
    24.11.12 Məqaləni oxumaq
     
    Avropa Birliyinin yeni büdcəsi hazırlanır
    Avropa Biliyi ölkələri liderləri 2014-2020 illəri əhatə edəcək Avropa Birliyinin yeni büdcəsini hazırlamaq üçün Brüsseldə toplaşıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Avropa Birliyinin prezidenti Herman Van Rompuy yeni büdcənin 973 milyard avro məbləğində nəzərdə tutulmasını təklif edib. Müzakirələrin bu gün sona çatacağı gözlənilir.
    24.11.12 Məqaləni oxumaq
     
    Elşad İskəndərov: "Qarabağ münaqişəsi Avrasiya İslam Şurasının prioritetləri sırasındadır"
    Türkiyənin İstanbul şəhərində "Ənənədən gələcəyə: Avrasiyada İslam üfüqü" adı altında keçirilən Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı öz işini yekunlaşdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, 30-dan artıq ölkənin 100-dən çox dini təsisatının rəhbərinin iştirak etdiyi Zirvə Toplantısında yekun bəyannamə qəbul edilib. Bəyannamənin müzakirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun təklifi ilə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin pislənməsi yekun bəyannamənin 1-ci maddəsində öz əksini tapıb. Həmin maddədə qeyd olunub ki, başda Orta Şərq, Suriya və Fələstində axıdılan müsəlman qanının tez bir zamanda dayandırılması və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğalın dayandırılması üçün beynəlxalq aləmin üzərinə düşən insani vəzifənin yerinə yetirilməsi, dinindən və inancından asılı olmayaraq, əzəli, mənəvi dəyərlərin sahibi olduğunu düşünən bütün dini qurumlara bu məsələdə sülh və təhlükəsizliyin təmin olunması üçün səslənməyi özlərinə vəzifə olaraq görürlər:
    24.11.12 Məqaləni oxumaq
     
    İrana qarşı sanksiyalar Ermənistana təsirsiz ötüşmür
    “İrana qarşı iqtisadi sanksiyalar tək Mahmud Əhmədinejad rejiminə deyil, qonşularına da zərbə vurur”. “KƏLAMİNFO” “İzvetisiya” qəzetinə istinadən xəbər verir ki, ziyan çəkən əsas ölkələr sırasında Ermənistan xüsusi seçilir. Qəzet yazır ki, İran rialının devalvasiyası İran biznesmenlərinə Ermənistandan qoyun əti almasını əlverişsiz edib. Bu da Ermənistanın bazarında qoyun ətinin qiymətinin iki dəfə aşağı düşməsinə səbəb olub. “İranlıların addımından sonra biz ildə 50 min dollar itiririk” - deyə qəzetə Ararat rayonunun sakini Aqo Xasanyan bildirib. İranlılar ənənəvi olaraq Ermənistanda qoyunların yetişdirilməsi ilə məşğul olurlar. Aqonun sözlərinə görə, keçən il bir quzunu 150 dollar verirdilərsə, indi 75 dolara da sata bilməzsən. Onun ailəsi bir il ərzində İrana 800 qoyun satıb. İran marşrutuna nativ isə yoxdur. Onlar təyyarə ilə BƏƏ-yə qoyun aparmaq istəsələr də, nəqliyyat xərci üzündən bu mümkün olmayıb. Lakin buna baxmayaraq, İrana heyvan aparanlar var.
    23.11.12 Məqaləni oxumaq
     
    Gürcüstanda “Qızılgül inqilabı” günü bayram kimi qeyd olunmayacaq
    2003-cü ildən ilk dəfə olaraq Gürcüstanda “Qızılgül inqilabı” günü bayram kimi qeyd olunmayacaq. Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze hakimiyyətdən devrildikdən sonra hər il ölkədə bu gün rəsmən bayram günü qeyd olunur. İndiki prezident Mixail Saakaşvilinin hakimiyyətə gəlməsi ilə nəticələn həmin gün həm də Gürcüstanda Müqəddəs Georgi günü kimi qeyd edilir. “KƏLAMİNFO» «Novosti Qruziya»ya istinadən xəbər verir ki, “Qızılgül inqilabı”nın rəsmən keçirilməyəcəyini prezidentin mətbuat xidməti də təsdiq edib. Lakin buna baxmayaraq, bu gün “Facebook” sosial şəbəkəsində hamını inqilab bayramını qeyd etməyə çağırışlar edilib.
    23.11.12 Məqaləni oxumaq
     
    Şərqşünas alim: Erməni tarixçilərinin əzəli Azərbaycan torpaqlarına qarşı irəli sürdükləri iddialar əsassızdır
    AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov İstanbulda keçirilən “Osmanlı arxiv mirasının qorunması və idarə edilməsi” adlı Beynəlxalq konqresdə iştirak edib. Şərqşünaslıq İnstitutundan “KƏLAMİNFO”ya verilən məlumata görə, konfransda C.Qasımov “Rəvan (İrəvan) və Naxçıvanın etnik-siyasi tarixinin öyrənilməsində Osmanlı dövləti tərəfindən hazırlanan müfəssəl dəftərlərin əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. C.Qasımov öz məruzəsində 1590 və 1728-ci illərdə İrəvan və Naxçıvanla bağlı olaraq, Osmanlı dövləti tərəfindən tərtib edilən müfəssəl və icmal dəftərləri haqqında məlumat verərək, erməni tarixçilərinin adları çəkilən əzəli Azərbaycan torpaqlarına qarşı irəli sürdükləri iddiaların əsassız olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edək ki, konfransda 30-dan çox xarici ölkə tarixçiləri iştirak edib.
    23.11.12 Məqaləni oxumaq
     
    TQDK-da İbtidai sinif müəllimlərinin elmi-metodiki seminarı olub
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında tam orta məktəblərin 1-ci sinifləri üçün riyaziyyat dərsliyi və müəllimlər üçün elmi-metodiki vəsaitin müzakirəsi olub. “KƏLAMİNFO” xəbər verir ki, seminar iclasında Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, dərslik müəllifi Nayma Qəhrəmanova, Bakı və Sumqayıt şəhərlərinin ibtidai sinif müəllimləri iştirak ediblər. Seminarda Bakı Dövlət Universitetinin professoru M.Yaqubov, müstəqil ekspert Ə.Osmanlı, 82 saylı tam orta məktəbin müəllimi Ə.Namazov, 313 saylı tam orta məktəbin müəllimi A.Cümşüdov, 278 saylı tam orta məktəbin müəllimi T.İsmayılov, “Tərəqqi” texniki-humanitar liseyinin müəllimi T.İmanova, 144 saylı tam orta məktəbin müəllimi O. Səfərova, 151 saylı tam orta məktəbin müəllimi N. Əliyeva gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini veriblər.
    23.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Noy.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930