Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Bakıda QDİƏT PM Baş Assambleyasının 40-cı iclası işə başlayıb
    Bu gün Bakıda, Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının 40-cı iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclası QDİƏT PM BA sədri, Milli Məclisin spikeri Oqtay Əsədov açıb. İclasda Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin QDİƏT sədri, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun müraciəti səsləndiriləcək. İclasda QİƏT PA-nın 20-ci ildönümü haqqında Bakı bəyannaməsi qəbul olunacaq. Həmçinin qurumun iqtisadi, ticarət, texnoloji və ekoloji, hüquqi və siyasi məsələlərdə dinləmələri keçiriləcək.
    27.11.12 Məqaləni oxumaq
     
    QDİƏT-in fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilib
    Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının (QDİƏT PM BA) 40-cı iclasında QDİƏT-in baş katibi Viktor Çvirkun bildirib. O, təcili olaraq kommunikasiya strategiyasının hazırlanmasının vacibliyini qeyd edib. Təşkilatın İstanbul sammitinin əhəmiyyətindən danışan baş katib bildirib ki, sammitin yekun olaraq bəyannamə qəbul edilib və burada üzv dövlətlər üzərlərinə ciddi öhdəliklər götürüb: “Bu öhdəliklərə əsasən region ölkələri arasında ticarət dövriyyəsinin artırılması üçün davamlı inkişaf strategiyasının hazırlanması, ekoloji problemlərin həlli, gender bərabərliyi, birgə nəqliyyat infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, gənclər sahəsində investisiyaların yatırılması və digər məsələlər öz əksini tapıb”.
    27.11.12 Məqaləni oxumaq
     
    Paytaxtın ümumtəhsil məktəblərində Azərbaycan tarixi aylığı keçirilir
    Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, eləcə də hər bir fənn üzrə sinifdənxaric tədbirlərin təşkili məqsədilə bu gündən etibarən tabeliyində olan ümumtəhsil məktəblərində Azərbaycan tarixi aylığı başlanıb. BŞTİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan tarixi aylığı dekabrın 25-dən davam edəcək. “Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir” adlı Azərbaycan tarixi aylığının yüksək səviyyədə təşkili, məktəblər üzrə fəaliyyətin koordinasiya edilməsi, aylığın yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi yaradılıb. Aylıq fəal təlim əsasında qurulmuş ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə, ən yaxşı metodik iş sistemi olan məktəb, ən yaxşı “Açıq dərs”, şagirdlərin Azərbaycan tarixi fənnindən ay ərzində keçilən mövzulara aid ən yaxşı yaradıcı işləri (referat, məqalə, və. s.) nominasiyaları üzrə keçirilir.
    27.11.12 Məqaləni oxumaq
     
    Tacikistanda “Facebook”a giriş məhdudlaşdırılıb
    Tacikistanda “Facebook” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən məlumat verir ki, bunu ölkənin İnternet Provaryderlər Assosiasiyasının hüquqşünası Pərvinə İbadova bildirib. Rabitə xidməti bazar günü bütün internet provadyerlərə və mobil operator xidmətlərinə SMS məlumat göndərərək «Facebook» şəbəkəsinə girişin blok olunduğunu bəyan edib. Artıq üç internet provayder sosial şəbəkəyə girişi məhdudlaşdırıb. Eləcə də üç mobil rabitə xidməti də bu addımı atıb. “Facebook”a giriş bu il artıq ikinci dəfədir ki, məhdudlaşdırılır.
    26.11.12 Məqaləni oxumaq
     
    Misir prezidentinin tərəfdarları küçələrə çıxıb
    Misirdə prezident Məhəmməd Mursi tərəfdarları küçələrə çıxıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ölkənin bir çox şəhərində Mursinin Konstitusiya dəyişikliklərinə dəstək mitinqləri keçirilib. Süveyş şəhərində 100-ə yaxın maşından ibarət karvanla Mursiyə dəstək yürüşü təşkil edilib. Nümayişçilər "Mətbuatı və ədliyyə sistemini təmizlə", "Vaxt demokratiyanın davam etməsi və köhnə iqtidardan qalan korrupsiyanın ortadan qaldırılması üçün prezidentin yanında olma vaxtıdır" kimi şüarlar səsləndiriblər.
    26.11.12 Məqaləni oxumaq
     
    DAU azərbaycanlı bir tələbəyə ödənişsiz təhsil almaq şansı qazandıracaq
    “Şimali Kiprin və Avropanın qabaqcıl universitetlərindən biri olan Doğu Akdeniz Universitetinin Azərbaycanın bir çox ali təhsil ocağı ilə rəsmi əməkdaşlığı davam edir. Belə ki, uğurla davam edən qarşılıqlı əməkdaşlıq hər iki ölkənin təhsil ocaqlarına faydalı nəticələr göstərir. Sevindirici haldır ki, təhsilinə və ictimai fəallığına görə təhsil haqqından azad edilən azərbaycanlı bəzi tələbələrimiz də DAU da təhsil almaqla yanaşı Vətənimizi yüksək səviyyədə təbliğ etməyə çalışırlar” Bu sözləri Doğu Akdeniz Universitetinin Azərbaycan üzrə rəsmi təmsilçisi Orxan Həsənoğlu söyləyib.
    26.11.12 Məqaləni oxumaq
     
    Təhsil sistemində fəaliyyət göstərən idman məktəbləri və müəllimlərin fəaliyyətləri qiymətləndirilir
    Təhsil sistemində fəaliyyət göstərən uşaq - gənclər idman və şahmat məktəbləri, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədi ilə müsabiqə keçirilir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqə 12 nominasiya üzrə təşkil olunub. Müsabiqə qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
    26.11.12 Məqaləni oxumaq
     
    “Özəl və dövlət sektorunda korporativ idarəetmə” mövzusunda “Master class” təşkil olunacaq
    Dekabrın 4-ü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Pricewaterhouse Coopers (PwC) Azərbaycan şirkəti tərəfindən “Özəl və dövlət sektorunda korporativ idarəetmə” mövzusunda “Master class” təşkil olunacaq. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, təlim PwC-nin Dövlət və İctimai Sektor üzrə Xidmətlər Praktikasının Qlobal lideri Yan Sturesson tərəfindən keçiriləcək. Yan Struesson korporativ idarəetmə, strateji inkişaf, innovasiya və liderlik sahəsində dövlət və özəl sektora xidmətlərin göstərilməsi üzrə PwC-nin Baş Qlobal Məsləhətçidir. O, hazırda Dünya İqtisadi Forumunun (“World Economic Forum”) və Qlobal Məsələlər Şurasının (“Global Agenda Council”) “Qlobal təşkilatlarda idarəetmənin gələcəyi (“Future of governance in global organizations”) forumunun üzvüdür.
    26.11.12 Məqaləni oxumaq
     
    Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib
    Bu gün Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliağa Hüseynov görüşdə bildirib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri günü-gündən inkişaf edir: “Sevindirici haldır ki, Pakistan parlamentinin hər iki palatasında Azərbaycanla dostluq qrupları mövcuddur”. İşçi qrupunun üzvü Eldar İbrahimov isə bildirib ki, bu gün Pakistan və Azərbaycan eyni problemləri yaşayır. “Pakistan Dağlıq Qarabağ probleminin həllinə öz köməkliyini təklif edib, biz də hər zaman Pakistana öz dəstəyimizi göstərəcəyik. Pakistan hərbçiləri açıq şəkildə deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində silah lazımdırsa silah, canlı qüvvə lazımdırsa canlı qüvvə verə bilərik”.
    26.11.12 Məqaləni oxumaq
     
    QİƏT PM-in Assambleya Bürosunun 47-ci iclası keçirilib
    Bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində qurumun Assambleya Bürosunun 47-ci iclası olub. “KƏLAMİNFO” xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri, QİƏT PM-in sədri Oqtay Əsədov bildirib ki, QİƏT çərçivəsində keçirilən bütün görüşlər əməkdaşlığınızın inkişafı üçün geniş imkanlar açıb. “İnanıram ki, Bakıda keçirilən bu görüş, eləcə də müzakirə olunan məsələlər və qəbul olunan qərarlar həm QİƏT çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrimizin inkişafına təkan verəcək. Eyni zamanda, QİƏT-in gələcək fəaliyyətinin səmərəliliyinin artırılması üçün faydalı olacaq”. Sonra iclasın gündəliyi müzakirə olunaraq təsdiqlənib. İclasda büronun keçən il keçirilən 46-cı büro iclasının protokolları, Parlament Məclisinin Bakıda keçirilən iki komitəsinin tövsiyə xarakterli qərarları, 40-cı ümumi iclasın gündəliyinə daxil olunan məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Qeyd edək ki, noyabrın 26-da Bakıda QİƏT PM-in Hüquqi işlər və siyasi komitəsinin də əlavə iclası keçirilib.
    26.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Noy.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930