Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2012
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Türkmənistan prezidenti Sarkisyanla Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıb
    Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Ermənistana rəsmi səfəri çərçivəsində prezident Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. “KƏLAMİNFO” erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti Qarabağ probleminin yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll oluna biləcəyini deyib. Onun sözlərinə görə, uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür. Erməni prezident yalnız bu yolla problemin uzunmüddətli həllinin təmin edilə biləcəyini vurğulayıb.
    29.11.12 Məqaləni oxumaq
     
    ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi dekabrda postunu tərk edəcək
    ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Mark Qrossman dekabrda öz postunu tərk edəcək. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Laura Lukas məlumat verib. “O, bu vəzifədə iki illik xidmət müddətindən sonra dövlət katibi Hillari Klintonun razılığı ilə istefaya gedəcək” - deyə L.Lukasın bəyanatında bildirilir. Öz növbəsində, prezident Barak Obama tərəfindən varisi təyin olunduqdan sonra istefaya gedəcək Klinton “diplomatik nailiyyətlər”inə görə Qrossmana təşəkkür edib. M.Qrossman dövlət katibi tərəfindən ABŞ-da xüsusi nümayəndə vəzifəsinə 2010-cu ilin dekabrında Riçard Holbrukun ölümündən sonra təyin edilib.
    29.11.12 Məqaləni oxumaq
     
    Sergey Narışkin: “Rusiyada savadlı hüquqşünaslar azlıq təşkil edir”
    Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin hesab edir ki, ölkədə həddən çox hüquqşünas olsa da, yüksək ixtisaslı və savadlı hüquqşünaslar azlıq təşkil edir. “Rusiyada belə bir fikir mövcuddur ki, bizdə hüquqşünas bolluğudur. Mən bu fikrə əhəmiyyəıtli bir əlavə etmək istəyirəm - bizdə yüksək ixtisasa malik olmayan hüquqşünas bolluğudur” - deyə S.Narışkin bildirib. “KƏLAMİNFO” “İnterfaks”a istinadən xəbər verir ki, onun sözlərinə görə, təəssüf ki, heç də bütün hüquq kafedra və fakultələri “forma və məzmununa görə” keyfiyyətli təhsil vermir: “Əslində, savadlı və yüksək ixtisaslı hüquqşünas çatışmazlığı var”. Spikerin sözlərinə görə, bu çatışmazlıq bütün hakimiyyət orqanlarında və strukturlarda, o cümlədən qanunvericilik səviyyəsində də hiss olunur. “Mən bir daha deyirəm, savadlı və yüksək ixtisaslı hüquqşünaslarımız çatışmır” - deyə o vurğulayıb.
    28.11.12 Məqaləni oxumaq
     
    “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyincə, onlarla əlaqələrdən söhbət gedə bilməz”
    Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən “Qadın jurnalistlər klubu”nun təşkilatçılığı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin genel başqanı Dr. Akkan Suver və Vəqfin İdarə Heyətinin üzvü Dr. Fatih Saracoğlu ilə jurnalistlərin görüşü olub. “KƏLAMİNFO”nun məlumatına görə, görüşdə A.Suver və F.Saracoğlu Azərbaycana səfərlərinin məqsədi, Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının (QDİƏTPM BA) 40-cı plenar iclasındakı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumunda iştiraklarından bəhs ediblər.
    28.11.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
    Bu gün Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə ölkəmiz ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını xanım Ketrin Eştona çatdırmağı xahiş edib.
    28.11.12 Məqaləni oxumaq
     
    Prezident sərgilərlə tanış olub
    Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılıb. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış olublar. Dövlət başçısına və xanımına məlumat verildi ki, I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisində ölkəmizin idmançılarının nailiyyətləri, bu sahədə həyata keçirilən layihələr və digər tədbirlərə dair ekspozisiyalar nümayiş etdirilir. Sərgidə ölkəmizdə idman sahəsində görülən mühüm işlərə, o cümlədən idmançılarımızın nailiyyətlərinə dair eksponatlar nümayiş olunur. Diqqətə çatdırıldı ki, gənclər təşkilatlarının IV Respublika sərgisi prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib. Sərgidə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər, eyni zamanda, gənclərin ictimai fəallığı haqqında geniş məlumatlar təqdim olunur. Sərgi müddətində gənclər üçün müxtəlif mövzular üzrə təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
    28.11.12 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev QDİƏT Baş katibini qəbul edib
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Viktor Tvirkunu qəbul edib. Nazirlikdən “KƏLAMİNFO” verilən xəbərə görə, görüşdə QDİƏT ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ə.Qarayev QDİƏT ilə əməkdaşlığa böyük önəm verildiyini xüsusilə qeyd edib. 2007-ci ildə QDİƏT-nn Mədəniyyət üzrə İşçi Qrupunun ilk iclasını xatırladan nazir 2009-cu ildən etibarən Mədəniyyət və Turizm üzrə İşçi qrupların birləşdirilməsindən sonra təşkilatla əməkdaşlıqda irəliləyişlərin olduğunu V.Tvirkunun diqqətinə çatdırıb.
    27.11.12 Məqaləni oxumaq
     
    ADU-da beynəlxalq elmi konfrans keçirilir
    Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İ.Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov konfransın əhəmiyyətini qeyd edib. Rəhbərlik etdiyi universitetin Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutduğunu vurğulayan rektor burada gedən prosesləri yeni ideyaları inkişaf etdirmək, elmdə mütərəqqi fikirləri üzə çıxarmaq baxımından yüksək qiymətləndirib. S.Seyidov dilçilik məsələlərinə xüsusi diqqət yetirilməli və bu sahədə geniş araşdırmaların aparılmasına ehtiyac olduğunu vurğulayıb.
    27.11.12 Məqaləni oxumaq
     
    Serj Sarkisyan: “Dağlıq Qarabağ probleminin güc yolu ilə həlli variantını istisna edirik”
    Livana rəsmi səfər edən Ermənistan prezidenti Serj Sarkisyan Beyrutda keçirdiyi brifinqdə Dağlıq Qarabağ problemindən bəhs edib. “KƏLAMİNFO” erməni mətbuatına istinadən xəbər verir ki, o deyib ki, Ermənistan Cənubi Qafqazda sülh və sabitliyə yönəlmiş siyasət aparır: “Biz Dağlıq Qarabağ probleminin güc yolu ilə həlli variantını istisna edirik. Problemin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində dinc həlli öhdəliyinə sadiqik”.
    27.11.12 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: “Biz əminik ki, ərazi bütövlüyü çərçivəsində sülh, əmin-amanlıq bərpa olunacaq”
    “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində həyata keçirilən işlər təşkilata üzv ölkələr arasında iş birliyinin ciddi inkişafına səbəb olur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının (QDİƏT PM BA) 40-cı iclasında qurumun sədri, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. O qeyd edib ki, dünyada mövcud siyasi, ekoloji, iqtisadi problemləri ölkələrin birgə əməkdaşlığı olmadan həll etmək mümkün deyil: “Qara dəniz bölgəsi böyük potensiala malikdir”. Spiker onu da deyib ki, həll olunmayan problemlər də var: “Təəssüf ki, indiyədək həll edilməyən problemlər var. Dağlıq Qarabağ münaqişəsi kimi daim qığılcımlana biləcək problem hələ də həll olunmayıb. Beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərarlara baxmayaraq, hələ də münaqişə həll olunmayıb. Amma biz əminik ki, ərazi bütövlüyü çərçivəsində sülh, əmin-amanlıq bərpa olunacaq”. Daha sonra spiker Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına olan müraciətini oxuyub.
    27.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Noy.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930