Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2012
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    YAP funksioneri: “Onlar qanun qarşısında cavab verməlidirlər”
    “Açıq-aşkar görünür ki, özünü müxalif adlandıran bir qrup şəxsin şəhərin mərkəzində cəhd elədiyi aksiya birbaşa qanun pozuntusuna, ictimai asayişin pozulmasına yönəlib”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, bu aksiya etiraz aksiyası deyil, bir qrup gəncin xuliqanlıq cəhdidir: “Çox təəssüf ki, bəzi müxalif partiyaların liderləri də bu qrup gənclərdən öz siyasi maraqları üçün istifadə edir”. Deputat onu da vurğulayır ki, bütün qanun pozucuları kimi, həmin qrup gənclər də qanun qarşısında cavab verməlidirlər. Qeyd edək ki, noyabrın 17-də paytaxtın Fəvvarələr meydanında bir qrup müxalif gənc qanunsuz aksiya keçirməyə cəhd edib.
    19.11.12 Məqaləni oxumaq
     
    Obama: “Şikayət və müzakirələr üçün vaxt bitdi”
    Vaşinqtonda ABŞ Konqresi büdcə kəsirini müzakirəyə çıxarır. İlin sonunda qüvvəyə minəcək vergi artımı və xərclərin azaldılmasını nəzərdə tutan “maliyyə uçurumu” adlı planla bağlı Konqresdəki tərəflər öz mövqelərində qətiyyətlə dayanmağa çalışır. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama bütün fikirlərə açıq olduğunu, lakin ölkənin borclarının azaltması üçün iqtisadi xərclərin azaldılmasını yeganə çıxış yolu görən planı qəbul etməyəcəyini bildirib. “Biz tərəqqiyə gedən yolumuzu kəsə bilmərik. Əgər biz defisitin azaldılmasında maraqlıyıqsa, iqtisadi xərcləri gəlirlərlə birlikdə azaltmalı, zəngin amerikalılardan daha çox vergi ödəmələrini istəməliyik” - deyə prezident Obama bildirib.
    17.11.12 Məqaləni oxumaq
     
    Ötən il Azərbaycana gələn turistlər 1 milyard 223 milyon dollar xərcləyib
    2011-ci ildə Azərbaycana gələn turistlər 1 milyard 223 milyon dollar xərcləyib. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Turizm və reaksiya XXI əsrdə” I beynəlxalq elmi praktiki konfransda məlumat verib. O qeyd edib ki, ötən il Azərbaycana gələnlərin sayı 2 milyard 239 milyon nəfər olub. N.Səmədovun sözlərinə görə, Azərbaycana daha çox Gürcüstan, Rusiya, İran və Türkiyədən turistlər gəlib. Azərbaycandan xaricə gedən turistlərin sayı isə 3,5 milyon olub. Azərbaycan turistləri Dubay, Türkiyə, Gürcüstan və Rusiyaya gediblər: “2011-ci ildə turizm sektorunda çalışan işçilərin sayı 7 min 739 nəfər təşkil edib”. Nazirlik rəsmisi bildirib ki, 2012-ci ilin 6 ayının göstəricilərinə görə, mehmanxanların sayı 506-a çatıb. İki il ərzində dünyaca məşhur mehmanxanlar inşa edilib, hazırda 50-yə yaxın mehmanxana tikintisi aparılır.
    17.11.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Nabil Şaat ilə görüşüb
    Noyabrın 15-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyası çərçivəsində Fələstin nümayəndə heyətinin başçısı Nabil Şaat ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə Nabil Şaat İsrailin son günlər Qəzza bölgəsinə hücumu və itkilər barədə məlumat verərək, BMT Təhlükəsizlik Şurasının iclasının çağırıldığını və dünya ölkələrinin buna reaksiya verməli olduğunu bildirib. E.Məmmədyarov baş vermiş hadisə ilə əlaqədar narahatçılığını ifadə edib və Fələstinin BMT-nin tamhüquqlu üzvü olması məsələsinin ölkəmiz tərəfindən dəstəkləndiyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb.
    17.11.12 Məqaləni oxumaq
     
    SAM “Frankfurt Qaz Forumu–2012”-nin akademik tərəfdaşıdır
    Noyabrın 27-də Frankfurtda “Frankfurt Qaz Forumu–2012” keçiriləcək. Strateji Araşdırmalar Mərkəzindən (SAM) “KƏLAMİNFO”ya verilən məlumata görə, təşkilatçısı Frankfurtda yerləşən Enerji Stream CMG GmbH adlı beynəlxalq neft və qaz konsaltinq firmasının hədəfi Avropada artan təbii qaz tələbatına sərmayələri dəstəkləmək və qaz infrastruktur layihələrinə tələbatı artırmaqdan ibarətdir. Avropa Birliyi (AB) Enerji komissarı Günther Oettinger birinci illik Frankfurt Qaz Forumunun əsas məruzəçisi olacaq. Qeyd edək ki, təbii qaz forumu Frankfurt şəhərində ilk dəfə olaraq təşkil olunacaq. AB Komissarı Oettinger təbii qaz marşrutları və resurslarının şaxələndirilməsi ilə Avropa üçün effektiv enerji siyasəti həyata keçirir. AB enerji siyasətinə açar rolunu Xəzər dənizindəki nəhəng Şahdəniz təbii qaz yatağı oynayır. Azərbaycan “Şahdəniz” konsorsiumu gələn il ərzində “Nabucco West” boru kəməri, Transadriatik qaz kəməri (TAP) və Trans Anadolu kəməri (TANAP) arasında Xəzər qazını Avropaya daşıyacaq olan boru kəməri layihəsini seçəcək.
    17.11.12 Məqaləni oxumaq
     
    Ərdoğan yazılı cavab verəcək
    Türkiyə baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Çevrilişləri Araşdırma Komissiyasının suallarına yazılı cavab verəcək. Komissiya sözçüsü İdris Şahin komissiyanın keçirdiyi toplantıda məsələnin müzakirə olunduğunu və baş naziri dəvət etmək üçün komissiya sədri Nemət Başa səlahiyyət verildiyini bildirib. Millət vəkili qeyd edib ki, Baş nazirliklə aparılan danışıqlarda baş nazir Ərdoğanın proqramının sıx olması və xarici səfərləri səbəbilə komissiyanın suallarına yazılı cavab verəcəyi müəyyənləşdirilib. Bu çərçivədə komissiya üzvləri noyabrın 16-dək baş nazirə suallarını hazırlayacaqlar.
    17.11.12 Məqaləni oxumaq
     
    Mahmud Kərimov: Elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması üçün müəyyən tədbirlər görülür
    “AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA prezidenti, akademik Mahmud Kərimov İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransda deyib. M.Kərimov deyib ki, ölkə başçısının gələcəklə bağlı əhəmiyyətli çağırışları respublikada biliyin ön plana keçməsi, əmək fəaliyyətinin İKT-nin imkanlarından istifadə etməklə daha yüksək səviyyədə qurulması, elektron elmin formalaşması üçün zəmin yaradır və bu istiqamətdə alimlər öz töhfələrini verməlidir.
    17.11.12 Məqaləni oxumaq
     
    Milli Məclisdə gələn ilin büdcə zərfi ilə bağlı müzakirələr başa çatıb
    Bu gün Milli Məclisdə üç gündür davam edən gələn ilin büdcə zərfi ilə bağlı müzakirələr başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, büdcə paketinin müzakirəsi zamanı səslənən təkliflər baxılması üçün hökumətə göndərilib. Büdcə zərfinə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir. Qeyd edək ki, Hökumət deputatların təkliflərinə noyabrın 30-da keçiriləcək plenar iclasda cavab verəcək.
    17.11.12 Məqaləni oxumaq
     
    Prezident Ramzan Kadırovu qəbul edib
    Prezident İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı ölkəmizlə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun ikinci dəfə ölkəmizə səfər etməsini xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd edib. Çeçenistanda sabitliyin bərqərar olunduğunu və genişmiqyaslı layihələrin həyata keçirildiyini vurğulayan dövlət başçısı əldə olunan uğurlar münasibətilə onu təbrik edib.
    17.11.12 Məqaləni oxumaq
     
    Prezident BVF-nin Departament direktorunu qəbul edib
    Prezident İlham Əliyev bu gün Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Masud Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əlaqələrimizin uğurlu inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə, həmçinin ölkəmizdə bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən islahatların və makroiqtisadi sabitliyin təmin olunmasının önəmi vurğulanıb, Azərbaycanın prioritet elan etdiyi informasiya-kommunikasiya texnologiyaları, turizm, kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    17.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Noy.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930