Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2012
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Qarabağla bağlı sayta ermənilərin kiber hücumu olub
    KarabakhİNFO.com e-jurnalı ermənilər tərəfindən kiber hücuma məruz qalıb. Lakin hücumun qarşısı saytın texniki heyəti tərəfindən alınıb. Bununla barışmayan erməni hakerləri jurnalın şef-redaktoru Zaur Qəriboğlunun “Fecebook” səhifəsi guya irqi ayrı-seçkilik saldığına görə, bloka salınmış, eyni zamanda jurnalın erməni dili bölməsinin redaktoru Qafar Çaxmaqlının “Facebook” səhifəsi, elektron poçtları erməni haker qrupu tərəfindən dağıdılaraq, ona internet jurnalda fəaliyyətinə son qoyması ilə bağlı xəbərdarlıq edilib. İndi əsasən jurnalın “Facebok” səhifəsi və qrupu hədəfə alınıb. Xatırladaq ki, jurnal Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) layihəsi əsasında təsis olunub. Layihənin rəhbəri və ideya müəllifi AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovdur. Layihənin məqsədi Dağlıq Qarabağla bağlı həqiqətləri, faktları mümkün qədər əhatəli şəkildə dünyaya çatdırmaqdır.
    09.11.12 Məqaləni oxumaq
     
    Prezident Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib
    Prezident İlham Əliyev bu gün Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, ötən il aprelin 1-də prezident İlham Əliyev Əhmədli qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını vermişdi. Dövlət başçısının 2011-ci il 1 aprel tarixli sərəncamı ilə bu tibb müəssisəsinin inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdı. Əhmədli qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov məlumat verib ki, poliklinikanın 780 kvadratmetrlik əvvəlki binası sakinlərin tələblərinə cavab vermirdi. Səhiyyə ocağının müasir memarlıq üslubunda inşa olunmuş üçmərtəbəli yeni binasının sahəsi isə 3,6 min kvadratmetrdir. Prezident İlham Əliyev poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.
    09.11.12 Məqaləni oxumaq
     
    Bakıda sağlamlıq və termal turizm üzrə Azərbaycan-Türkiyə I beynəlxalq konqresi keçirilir
    Bu gün Bakıda sağlamlıq və termal turizm üzrə Azərbaycan-Türkiyə I beynəlxalq konqresi işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası, sanatoriya və kurortların, turizm şirkətlərinin nümayəndələri, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, turizm informasiya mərkəzlərinin nümayəndələri, Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, bəzi valilik, bələdiyyə qurumları, sağlamlıq və termal turizm müəssisələri, Türk Hava Yolları və Türkiyənin Bakıdakı səfirliyinin təmsilçiləri iştirak ediblər. Tədbirin təşkilatçısı olan “Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirib ki, Azərbaycanda və Türkiyədə sağlamlıq və termal turizmi geniş potensiala malikdir: “Beynəlxalq konqresin keçirilməsi iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsindən istifadə etməklə bu turizm növünün inkişaf etdirilməsinə və təbliğinə töhfə verəcək”.
    08.11.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “ABŞ son 1 il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində fəaliyyətini artırıb”
    Barak Obamanın yenidən prezident seçilməsi ABŞ ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da mövcud baza əsasında inkişafına səbəb olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib. O qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlər mövcuddur və bu münasibətlər iki ölkənin milli maraqlarına xidmət edir: “Bundan sonra da münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıyıq. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmlə mübarizənin aparılmasında Azərbaycan yaxından iştirak edir və bu istiqamətdə Azərbaycan və ABŞ-ın maraqları, həyata keçirdikləri siyasət üst-üstə düşür”.
    08.11.12 Məqaləni oxumaq
     
    Çin Prezidenti: Yeni iqtisadi modelə ehtiyac var
    Çində Kommunist Partiyasının qurultayı öz işinə prezident Hu Jintaonun çıxışı ilə başlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, prezident bildirib ki, Çin hədəf kimi daha yüksək məqsədlər seçməlidir: “Ona görə də daha çox işləməliyik”. Prezident rüşvət haqqında da danışıb: “Əgər rüşvətə boyun əysək, bu, partiyamız üçün ölümcül ola bilər, partiyamız, ya da dövlətimiz çökər”. Prezident deyib ki, daxili və xarici problemlərin həlli üçün yeni iqtisadi modelə ehtiyac var. Hu Jintao 2020-ci ilə qədər həm kəndlərdəki, həm də şəhərdə adambaşına düşən gəlir səviyyəsinin iki dəfə yüksəlməsinin hədəf olduğunu bildirib. Son vaxtlar Çində iqtisadi irəliləyiş azalıb. Yoxsulluq və qocalan əhalinin sayı artıb.
    08.11.12 Məqaləni oxumaq
     
    Türkiyə Ermənistandan Suriyaya uçan təyyarəni Ərzurum aeroportunda endirib
    Türkiyə Ermənistandan Suriyanın Hələb şəhərinə uçan təyyarəni Ərzurum aeroportunda endirib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, təyyarədə hazırda axtarış aparılır. Axtarışın günortaya qədər davam edəcəyi bildirilir. Ermənistan təyyarənin humanitar yardım apardığını bildirir. Bundan əvvəl oktyabrın 15-də də Türkiyə Ermənistandan Suriyaya uçan təyyarəni məcburən öz ərazisində endirmişdi. Həmin vaxt içində yardım olan 1400 qutu bir-bir yoxlamadan keçirilmişdi. Axtarışdan sonra təyyarənin uçuşa davam etməsinə icazə verilmişdi.
    08.11.12 Məqaləni oxumaq
     
    İlqar Orucov: Akademiya magistr hazırlığı prosesində iştirak edə bilər
    “Azərbaycan Milli Elmlər Akademiyasında təhsilin magistratura pilləsində tədrisinin təşkilinin mümkünlüyü çoxdandır ki, bir neçə dəfə təklif edilib və müzakirə olunub. Bunun üçün həm elmi kontingent, həm də maddi-texniki baza var. Ona görə də hesab edirəm ki, Akademiya bu prosesdə iştirak edə bilər”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.
    08.11.12 Məqaləni oxumaq
     
    "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” sorğusunun təqdimatı olacaq
    Noyabrın 13-ü Strateji Araşdırmalar Mərkəzi "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” mövzusunda aparılan sosioloji sorğunun təqdimat mərasimini keçirəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Azərbaycan Dini Araşdırmalar Mərkəzinin direktoru Elçin Əsgərov çıxış edəcək. SAM-ın direktoru Fərhad Məmmədov “Azərbaycanda dini durumun öyrənilməsi zərurəti və sosioloji tədqiqatın əsas xüsusiyyətləri”, qurumun elmi işçisi Sahib Cəfərov “Azərbaycanda İslam” sosioloji tədqiqatın təqdimatı”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov “Azərbaycanda Dövlət və din münasibətləri: mövcud reallıqlar və ictimai gözləntilər” mövzularında çıxışlar edəcəklər.
    08.11.12 Məqaləni oxumaq
     
    Azərbaycanla Türkiyə təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
    Təhsil naziri Misir Mərdanov Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə M.Mərdanov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş münasibətlərə toxunub, iki ölkənin təhsil sahəsindəki əlaqələrin inkişafı üçün olduqca geniş potensialın mövcudluğunu nəzərə çatdırıb. Ölkəmizdə fəaliyyət göstərən Türk liseyləri və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün münasibətlərin yeni müstəvidə inkişafı məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini qeyd edib.
    08.11.12 Məqaləni oxumaq
     
    Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılışı olacaq
    Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılışı keçiriləcək. “KƏLAMİNFO”ya palatadan verilən məlumata görə, tədbir noyabrın 12-də “Four Seasons Hotel Baku”da baş tutacaq. Təntənəli açılış tədbirinə Almaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini Kornelia Pieper, “Ticarət və İnvestisiyalar üzrə Alman-Azərbaycan yüksək səviyyəli işçi qrupunun” həmsədri və Almaniya hökumətinin Azərbaycan ilə iqtisadi əməkdaşlıq qrupunun əlaqələndiricisi Brauner (Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi), Trayer (Almaniya Sənaye və Ticarət Palatası), Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və həmçinin Azərbaycan tərəfindən hökumət nümayəndələri qatılacaqlar. Açılış mərasimində, həmçinin hər iki ölkənin siyasət və iqtisadiyyat sahəsindən yüksək rütbəli nümayəndələr, yerli və xarici sahibkarlar iştirak edəcəklər.
    08.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Noy.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930