BDU-nun diplomları Türkiyədə tanınacaq
|
Bakı Dövlət Universitetinin (BDU) verdiyi diplomlar Türkiyədə tanınacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BDU rektoru Abel Məhərrəmov bildirib.
O qeyd edib ki, bu, diplomların qarşılıqlı tanınması üzrə Ankara Universiteti ilə BDU arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçiriləcək: “Memoranduma əsasən BDU hüquq fakültəsinin 30 tələbəsi və Ankara Universitetinin 30 tələbəsi ikili diplom alacaqlar. Bu günədək Türkiyə tələbələrinin Azərbaycanda aldıqları diplomlar Türkiyədə tanınmırdı və aparılan danışıqlar nəticəsində belə nəticəyə gəldik”.
|
14.11.12 Məqaləni oxumaq
|
|
|
Prezident “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib
|
Prezident İlham Əliyev bu gün Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, ən gəmi kapitanı Rasim Nəzərov gəmi-bərələrin istismara hazır olması barədə Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı “Balakən” gəmi-bərəsi ilə yaxından tanış olub.
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov gəmiçiliyin nəqliyyat donanmasının yenilənməsi ilə bağlı görülən işlər barədə Prezidentə məlumat verib. Bildirilib ki, istismara hazır olan gəmi-bərələr ötən ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilib.
|
14.11.12 Məqaləni oxumaq
|
|
|
Prezident Almaniya Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri xanım Karolina Piperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, xanım Karolina Piper Almaniyanın xarici işlər naziri Guido Vestervellenin salamlarını dövlət başçısına çatdırıb.
Karolina Piper Azərbaycan müstəqillik əldə etdikdən sonra Almaniyanın ölkəmizi daim dəstəklədiyini vurğulayıb. Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq səfər zamanı Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılmasından məmnunluğunu ifadə edib. O, Almaniyanın xarici ticarət palatasının regionda ilk dəfə Azərbaycanda açılmasının əhəmiyyətini yüksək qiymətləndirib.
|
14.11.12 Məqaləni oxumaq
|
|
|
Prezident Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə ölkəmizdə idmanın bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, o cümlədən London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar yüksək qiymətləndirilib, ölkəmizin müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
14.11.12 Məqaləni oxumaq
|
|
|
Klinton 20 illik sirrini açıb
|
Amerikalıları maraqlandıran məsələ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun vəzifəsini tərk edəndən sonra hansı işlə məşğul olacağıdır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, 2016-cı ildə keçiriləcək prezident seçkilərinə qatılacağı istisna edilməyən Hillari Klinton “New York Tayms”a verdiyi açıqlamasında bildirib ki, “sadəcə yatmaq, istirahət etmək, məşq etmək və zövq üçün səyahət etməyi düşünürəm. Əsas məsələ istirahət etməkdir. Adi görünə bilər, amma 20 ildir dincəlmirəm. Bu, 20 illik sirrim də sayıla bilər. Görəsən, yorulmadığım bir an olacaqmı? Vəzifəmi tərk edəndən sonra bəlkə telekanallardan birində interyer və dekorasiyalarla bağlı proqramın aparıcısı oldum”.
|
13.11.12 Məqaləni oxumaq
|
|
|
Əli Əhmədov nazirlərə irad tutdu
|
Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin dövlət büdcəsinin müzakirələri zamanı Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bir sıra nazirləri tənqid edib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Əhmədov bəzi nazirlərin müzakirəyə qatılmamasına kəskin etiraz edib: “Onlar bununla dövlət büdcəsinə və parlamentə hörmətsizlik edirlər. Gəlsinlər, otursunlar, dinləsinlər. Burada deyilənlər qulaqlarına girsin, beyinlərinə girsin. Mümkün olan şeylər nəzərə alınsın. Amma ilk növbədə onların burada iştirak etməsi vacibdir”.
|
13.11.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Cibutiyə səfər edəcək
|
Cari ilin 15-16 noyabr tarixlərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyasında iştirak etmək məqsədi ilə Cibuti Respublikasına səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”a Xarici İşlər Nazirliyindən veriblər.
Tədbirdə “Beynəlxalq münasibətlər və dinlərarası dialoqa İslami yanaşma” mövzusu ətrafında müzakirələrin aparılması planlaşdırılır.
Həmçinin tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
|
13.11.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanla Ukrayna arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib
|
Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Ukraynanın müdafiə naziri Salamatin Dmitri Albertoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.
Salamatin Dmitri Albertoviç səmimi qəbula görə minnətdarlığını bildirib. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Mişenko Aleksandr Pavloviç iştirak edib.
|
13.11.12 Məqaləni oxumaq
|
|
|
Suriya-Türkiyə sərhədində döyüş gedir
|
Azad Suriya Ordusu Türkiyə ilə sərhəddəki Ceylanpınar məntəqəsi ilə üzbəüz məntəqəni ələ keçirmək üçün hücuma keçib. Tanklardan da istifadə olunan döyüşdə Əsəd əsgərləri də tanklarla cavab verir. “KƏLAMİNFO” xəbər verir ki, Türkiyə mediasının xəbərinə görə, səhər saat 4-dən başlayan döyüş davam edir. Yaralıların Türkiyənin Ceylanpınar dövlət xəstəxanasına gətirilməsi gözlənilir.
Şanlıurfanın Ceylanpınar yaşayış məntəqəsindəki məktəblərdə dərslər dayandırılıb. Çoxlu sayda təcili yardım maşınlarının siqnal səsləri eşidilir. Türkiyə tərəfdən hərbçilər hazır vəziyyətə gətirilib.
|
09.11.12 Məqaləni oxumaq
|
|
|
Misir Mərdanov: “Orta məktəblərimizdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazırıq”
|
“Fransanın Azərbaycandakı səfirliyi ilə birgə ölkələrimiz arasında təhsil sahəsi üzrə birgə əməkdaşlığın inkişafına, orta məktəblərimizdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazırıq”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşündə səsləndirib.
M.Mərdanov ikitərəfli əlaqələrin yalnız ali təhsil müəssisələri çərçivəsində deyil, təhsilin digər pillələri üzrə də genişləndirilməsinin önəmini vurğulayıb. Nazir Fransanın KNOUS təşkilatı ilə imzalanan müqavilə çərçivəsində görülən işlərə və bu baxımdan müəyyən problemlərin mövcud olduğuna Azərbaycan-Fransa təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması baxımından bir sıra təkliflər irəli sürən Paskal Mönye səfirliyin müvafiq sahə üzrə nəzərdə tutduğu işlərdən danışıb. Səfir bu məqsədlə birgə işçi qrupunun yaradılmasını və 3 illik proqram hazırlanmasını təklif edib.
|
09.11.12 Məqaləni oxumaq
|
|
|
|