Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2012
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Cəmil Çiçək: Ermənistan diasporun girovuna çevrilib
    “Erməni lobbisi Ermənistanı özünün tam və sərt nəzarəti altında saxlayır və bunun nəticəsidir ki, ölkə erməni diasporunun girovuna çevrilib”. “KƏLAMİNFO” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Cəmil Çiçək ATƏT PA sədri Rikkardo Miqliori ilə görüşdə bildirib. Çiçək bir daha bildirib ki, Ermənistan işğalçı dövlətdir və Azərbaycan torpaqlarının beşdə birini işğal edib.
    22.11.12 Məqaləni oxumaq
     
    “Azərbaycan İranın vasitəçiliyini rəsmən qəbul edib”
    Azərbaycan İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçiliyini rəsmən qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın mövqeyində dəyişiklik yaranıb: “İranın mövqeyində meyllənmə müşahidə edilir. Bu dəyişiklik qatı ermənipərəstlikdən dəyişkənliyə doğrudur”. M.Əhmədoğlu onu da qeyd edib ki, bu dəyişkənliyə baxmayaraq, İran hələ də DQ münaqişəsinin tənzimlənməsində özünün vasitəçiliyini Ermənistana qəbul etdirə bilməyib. M.Əhmədoğlu vasitəçilik missiyasında iştirak etmək fikrində olmasına baxmayaraq, İranın hələ də Ermənistana çox dəstək olduğunu qeyd edib.
    22.11.12 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: Sarkisyanı dəlixanaya göndərmək lazımdır
    “Ermənistanın baş naziri və xarici işlər naziri ruhi xəstədir. Onların ruhi əsəb dispanserinə ehtiyacları var”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu əlavə edib ki, Ermənistan parlamentinin spikerini isə orta məktəbə göndərmək lazımdır: “O qədər savadsızdır ki, hərfi tanımır. Prezidentləri Sarkisyanı isə əvvəlcə dəlixanaya, sonra isə orta məktəbə göndərmək lazımdır. Mən onların Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmsəi ilə bağlı verdiyi bəyanatlar, bu problemlə bağlı destruktiv mövqelərindən başqa bir məna çıxarda bilmirəm”.
    22.11.12 Məqaləni oxumaq
     
    Klinton: ABŞ İsraili dəstəkləyir
    ABŞ dövlət katibi Hillari Klinton İsraildə baş nazir Benyamin Netanyahu ilə görüşüb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Klinton ABŞ-ın İsraili dəstəklədiyini, Qəzzadan İsrailə atılan raket hücumlarının dayandırılmasının vacib olduğunu bildirib. Klinton ABŞ-ın İsrail və Qəzzada sülhün bərqərar olması üçün çalışdığını da deyib. 7 gündür İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində ölən fələstinlilərin sayı 135-i keçib. İsrail tərəfdən 5 adam ölüb. Onlardan biri hərbçidir. Bölgədə Misirin vasitəçiliyi ilə atəşkəs ola biləcəyi ehtimalı olsa da, axşam İsrail hava zərbələrini davam etdirib.
    21.11.12 Məqaləni oxumaq
     
    Ermənistan parlamentinin növbədənkənar iclası baş tutmayıb
    Ermənistan parlamentinin növbədənkənar iclası kvorum olmadığından baş tutmayıb. İclasda cəmi 44 deputat qeydiyyatdan keçib. Hakim Respublika Partiyasından və “Orinast Yerkir”dən olan deputatlar iclası boykot ediblər. Kvorumun baş tutması üçün 66 deputat gərəkdir. İclasın keçirilməsi təşəbbüsü Erməni Milli Konqresi, “Daşnaksütyun”, “İrs”, “Çiçəklənən Ermənistan” fraksiyalarından olan deputatlardan gəlib. Növbədənkənar iclasda Seçki Məcəlləsinə, Cinayət Məcəlləsinə dəyişikliklər var. İclasın boykot edilməsi ilə bağlı EMK parlament qarşısında etiraz aksiyası da keçirib.
    21.11.12 Məqaləni oxumaq
     
    ABŞ-da Konqresində rekord sayda qadın olacaq
    Noyabrın 6-da ABŞ-da Konqres seçkilərində Nümayəndələr Palatası və Senata rekord sayda qadın seçilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, yanvar ayında yeni Konqres işinə başlayan zaman Nümayəndələr Palatasında 80, Senatda isə 20 qadın olacaq. Onların çoxu demokratlardır. Konqresin Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelosi Nümayəndələr Palatasının tarixində ilk dəfə olaraq demokrat qadınlar və azlıqların nümayəndələrinin ağ kişi namizədlərdən sayca daha çox olduğunu qeyd edib: “Bu, dünya tarixində müxtəliflik baxımından ilk belə məclisdir, ilk dəfədir ki, parlamentdə bir partiyada qadın və azlıqlar sayca çoxluq təşkil edir”. 100 qanunvericinin mövcud olduğu Senatın 20 faizi indi qadınlardan ibarət olacaq. Bunların 16-sı demokrat, 4-ü isə respublikaçıdır.
    21.11.12 Məqaləni oxumaq
     
    Millət vəkilinin ABŞ-da kitabı nəşr olunub
    Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında millət vəkili Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı nəşr edilib. “KƏLAMİNFO” xəbər verir ki, kitaba ön söz ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, eks-konqresmen Solomon Ortiz tərəfindən yazılıb. Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi əsasları araşdırılır, beynəlxalq təşkilatlar (BMT, Avropa Parlamenti, AŞPA, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı) tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması, işğal nəticəsində ölkədə fövqəladə humanitar vəziyyətin yaranması, Azərbaycanın tarixi və mədəniyyət abidələrinə, ətraf mühitinə və təbii sərvətlərinə, nəhayət sosial-iqtisadi durumuna dəymiş zərər təhlil edilir, Azərbaycana vurulmuş iqtisadi zərərin ilkin miqdarı indiki bazar qiymətləri ilə hesablanır, işğala görə Ermənistanın beynəlxalq-hüquqi məsuliyyəti və Azərbaycanın bu dövlətdən təzminat almaq hüququ araşdırılır.
    21.11.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Sinqapur Prezidenti Toni Tan ilə görüşüb
    Bu gün Sinqapurda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Prezidenti Toni Tanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki dövlət arasındakı münasibətlərdə çox mühüm və tarixi bir hadisədir. Bu səfər Sinqapur ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafına güclü təkan verəcək. Qeyd edilib ki, Sinqapur bu gün Cənub-Şərqi Asiya regionunun həyatında önəmli rola malikdir. Bu baxımdan Sinqapur Azərbaycanın Cənubi Qafqazdakı önəmli mövqeyini xatırladır. Diqqətə çatdırılıb ki, çox dinamik inkişaf edən iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı perspektivlər var. Bildirilib ki, dövlətlərimiz arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir. Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması barədə razılığa gəlinib.
    21.11.12 Məqaləni oxumaq
     
    Əli Abbasov Avropa Komissiyasının vitse-prezidenti Neli Krosun iddiasına cavab verdi
    Hər hansı istifadəçi kiber hücuma məruz qalarsa, öz provayderinə müraciət etməlidir. “KƏLAMİNFO” xəbər verir ki, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Avropa Komissiyasının vitse-prezidenti Neli Kros (Neelie Kroes) və onun siyasi məsələlər üzrə köməkçisinin noutbuklarının Bakıda kiber hücuma məruz qalması haqda iddialara münasibət bildirərkən deyib. “Hazırda ölkəmizdə 40-a yaxın provayder fəaliyyət göstərir” - deyən nazir bildirib ki, həmin provayderlər kiber-hücumları izləyir və nazirliyin Məlumat-Hesablama Mərkəzinə məlumat verir: “Mərkəz də həmin hücum faktını qeydə alır. Bizim provayderlərə və Məlumat-Hesablama Mərkəzinə heç bir müraciət daxil olmayıb. Biz o xanıma müraciət etmişik ki, hücumun vaxtını, kompüterin identifikasiya nömrəsini və kiber-hücum vaxtı internetdə olublarsa İP ünvanını bizə bildirsin. Biz qısa müddətdə araşdırma aparıb məsələyə aydınlıq gətirə bilərik. Lakin təəssüf ki, bizə hər hansı cavab verilməyib”. Qeyd edək ki, Bakıda keçirilən 7-ci beynəlxalq İnternet İdarəçilik Forumunda iştirak edən Avropa Komissiyasının vitse-prezidenti N.Kros və onun siyasi məsələlər üzrə köməkçisi Rayan Hit noutbuklarının kiber-hücuma məruz qaldığını iddia ediblər.
    21.11.12 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: Minsk qrupunun fəaliyyəti regionu sürətlə müharibəyə sürükləyir
    ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı olan fəaliyyəti regionu sürətlə müharibəyə sürükləyir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı”nda deyib. M.Əhmədoğlu bildirib ki, ATƏT-in Minsk qrupunun mövqeyi bu vaxta qədər tərəflər arasında nəinki etimad mühitinin yaradılmasına kömək etməyib, əksinə, kifayət qədər destruktivliyə şərait yaradıb. O qeyd edib ki, ATƏT-in Minsk qrupu XİN rəhbərlərinin dekabrda Dublində keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin praktik tənzimlənməsinə imkan verən Böyük Sülh Sazişini qəbul etdirə bilməyəcəksə, o zaman istefa verməlidirlər. O hesab edir ki, ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT yox, BMT çərçivəsində məşğul olmalıdırlar.
    21.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Noy.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930