|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
Timoşenko aclığı dayandırıb
|
Ukraynanın həbsdə olan sabiq baş naziri Yuliya Timoşenko parlament seçkilərinə etiraz olaraq keçirdiyi aclıq tətilini dayandırıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Ukraynanın səhiyyə nazirinin müavini Raisa Moisenkonun bildirdiyinə görə, Timoşenko 17 günlük aclıq tətilinə bu gün alman həkimlərlə Xarkov xəstəxanasında görüşündən sonra son qoyub.
Müxalifət lideri aclığa oktyabr ayının 29-da seçkilərdən bir gün əvvəl başlayıb. Beynəlxalq müşahidəçilər və ABŞ seçkiləri tənqid edib.
Yuliya Timoşenko vəzifəsindən sui-istifadə ittihamı ilə 7 il azadlıqdan məhrum edilib. Sabiq baş nazir həbsinin prezident Viktor Yanukoviçin siyasi rəqibini aradan götürmək cəhdinin nəticəsi olduğunu deyir.
|
16.11.12 Məqaləni oxumaq
|
|
|
Nazarbayev: “Hicab bizim yolumuz deyil”
|
Qazaxıstan prezidenti Nursultan Nazarbayev hicabı yerli mədəniyyətə uyğun olmadığını bildirib. Bunu prezident Astanada gənclər hərəkatının qurultayında səsləndirib. “Biz müsəlmanları dəstəkləyirik və gələcəkdə də dəstəkləyəcəyik. Lakin ərəb əşyaları - qadınların başlarını bağladığı hicab - bizim yolumuz deyil” - deyə Nazarbayev vurğulayıb. «KƏLAMİNFO» «RSN»-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, qazaxlar hər zaman köçəri olublar və öz inkişaf yolları var. O əlavə edib ki, Qazaxıstan qadınlarının müsəlman baş örtükləri taxmalarını istəmir.
|
16.11.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov: “Azərbaycan Suriyadakı vəziyyətdən dərin narahatlıq keçirir”
|
“Bu gün İslam Ümməti çoxsaylı çağırış və əngəllərlə üzləşib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Yaxın Şərq regionunda son hadisələr qlobal siyasətin əsas və həlli təcili olan məsələlərdən birinə çevrilib. Təəssüflər olsun ki, davam edən münaqişələr və müharibələr insanların ağrı-acılarını daha da dərinləşdirir və nəticədə minlərlə mülki vətəndaş həlak olur və çoxsaylı insanlar öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır: “Bu istiqamətdə, biz Azərbaycanda Suriyadakı vəziyyətdən dərin narahatlıq keçiririk.
|
16.11.12 Məqaləni oxumaq
|
|
|
Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı Komissiyaya 10 şikayət daxil olub
|
Bu il dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı vətəndaşlar tərəfindən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 10 şikayət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində DQMK-nin sədri Bəhram Xəlilov deyib.
B.Xəlilov bildirib ki, həmin şikayətlər Komissiya tərəfindən araşdırılıb. Onun sözlərinə görə, şikayətlərin 6-sı əsassız olub. Şikayətlərin 2-si əsaslı olub və təmin edilib. Digər 2 şikayət isə hazırda qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılır.
|
16.11.12 Məqaləni oxumaq
|
|
|
“Müsəlman qardaşları” Misiri İsraillə əlaqələri kəsməyə çağırıb
|
Misirdə “Müsəlman qardaşları” hərəkatı Misir hökuməti İsraillə əlaqələri kəsməyə çağırıb. “Müsəlman qardaşları”ı bildirir ki, İsrailin Qəzzaya hücumu cinayətdir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, “Müsəlman qardaşlar”ı ərəb dövlətlərini də heç bir tədbir görməməkdə qınayıblar. Onlar Ərəb Dövlətləri Liqasını cavab addımı atmağa çağırıblar.
Misir İsrailin Qəzzaya hücumundan sonra İsraildəki səfirini geri çağırıb. İsrailin Misirdəki səfirinə isə nota təqdim olunub.
|
16.11.12 Məqaləni oxumaq
|
|
|
Hadı Rəcəbli: "Bəzi deputatlarımız xarici səfərlərə həsrətdirlər "
|
“Bizim deputatların bəziləri xarici ezamiyyətə getməkdən beziblər, bəziləri isə xarici ezamiyyət üzünə həsrətdirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qurumun 2013-cü il xərclər smetası barədə qanun layihəsinin müzakirəsi zamanı Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
O qeyd edib ki, baxmayaraq ki, bu səfərlər beynəlxalq qurumlarda təmsil olunmaq prinsipi ilə həyata keçirilir, istənilən halda bu məsələ nəzərə alınmalıdır: “10-15 ildir deputat kimi fəaliyyət göstərənlər var ki, xarici səfərlərə həsrətdirlər. Onların da xarici ölkələrdə olması fəaliyyətləri üçün müsbət hal olardı”.
|
16.11.12 Məqaləni oxumaq
|
|
|
Ramzan Kadırov Heydər Əliyev Fondunda olub
|
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub. “KƏLAMİNFO” xəbər verir ki, qonaqlara ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Qonaqlar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.
|
16.11.12 Məqaləni oxumaq
|
|
|
Bütün Qafqazın Şeyxi: Azərbaycan dünya üçün tolerantlıq beşiyi ola bilər
|
“Azərbaycanda olan tolerantlıq, dövlət-din münasibətləri çox yüksək səviyyədədir ”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA İnsan Hüquqları İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Şeyx deyib ki, Azərbaycandakı bu cür tolerantlığı təkcə özü yox, başqa ölkələrin rəhbərləri, ictimai-siyasi xadimləri də deyir: “Bu da onu göstərir ki, bizim getdiyimiz yol düzgün yoldur. Bu yolda bəzi maneələr, çətinliklər də var. Ancaq buna baxmayaraq, düzgün yolumuzu davam etdiririk.”
|
15.11.12 Məqaləni oxumaq
|
|
|
Allahşükür Paşazadə: Milli maraqlara uyğun dini dərsliklər hazırlanmalıdır
|
“Əhalinin dini maarifləndirilməsinə ehtiyac var. Maarifləndirmənin biri yolu da kitablar, dərsliklərin hazırlanmasıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA İnsan Hüquqları İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Şeyx hesab edir ki, xüsusi bir mətbəə yaradıla və orada əhalinin maarifləndirilməsi ilə bağlı vəsaitlər çap edilə bilər. Dini dərsliklərin bəziləri tərəfindən düzgün qarşılanmadığını diqqətə çatdıran Şeyx deyib ki, oxumaq istəyənlər həmin dərsliklərdən istirahət və başqa günlərdə istifadə edə bilərlər. Yəni bu, məcburi deyil. A.Paşazadənin sözlərinə görə, dərsliklər Azərbaycanın milli maraqları, adət-ənənələrinə uyğun olmalıdır.
|
15.11.12 Məqaləni oxumaq
|
|
|
ADU professoru Beynəlxalq cəmiyyətin Direktorlar Şurasında təmsil olunacaq
|
Azərbaycan Dillər Universitetinin 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev AUDEM (Dünya Universitetlərinin Demokratiya Uğrunda Alyansı) cəmiyyətinin Direktorlar Şurasına üzv seçilib. “KƏLAMİNFO” xəbər verir ki, Dünya Universitetlərinin bu Alyansı 1990-ci ildə ABŞ-ın Nyu-York Dövlət Universiteti tərəfindən təsis edilib və ABŞ Dövlət Departamentinin dəstək verdiyi cəmiyyətlər sırasındadır. AUDEM-in 23-cü illik konfransı bu il oktyabrın 28-30-da Polşada keçirilib. 80-dən çox nüfuzlu universiteti birləşdirən bu cəmiyyətin əsas məqsədi demokratik dəyərlər, sivil-hüqüqi dövlət quruculuğu, qloballaşma dövründə mədəniyyətlərarası inteqrasiya məsələlərinin yaranmasında universitetlərin rolunun daha da gücləndirilməsindən ibarətdir. AUDEM-in üzvü olmaq üçün universitetlər müəyyən kriteriyalara cavab verməlidir. Azərbaycandan bu cəmiyyətə ilk olaraq 2007-ci ildə Azərbaycan Dillər Universiteti qəbul olunub. Sonrakı illərdə Xəzər Universiteti və Azərbaycan Turizm İnstitutu da AUDEM-in üzvü olub.
|
15.11.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|