Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2012
    Səhifələr : 1 2 3 4 5  #
    Saakaşvili Yerevana gedib
    Gürcüstan prezidenti Mixail Saakaşvili Avropa Xalq Partiyasının “Şərq tərəfdaşlığı” sammitinin ikinci sammitində iştirak etmək üçün Yerevana gəlib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, səfər çərçivəsində onun Avropa Komissiyasının prezidenti Jozu Manuel Barrozu ilə görüşü nəzərdə tutulub. Sammitdə iştirak etmək üçün AXP sədri Vilfred Martens və Moldova baş naziri Vladimir Filat da Yerevana gələcək. Avropa Xalq Partiyasının “Şərq tərəfdaşlığı” birinci sammiti bu ilin iyulunda Batumidə keçirilib.
    01.12.12 Məqaləni oxumaq
     
    Suriya hakimiyyəti ölkədə interneti kəsib
    Suriya hakimiyyəti ölkədə internet əlaqəsini kəsib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın internet monitorinq şirkətləri xəbər verir. «Renesys» şirkəti bunun günorta baş verdiyini deyir. Məlumatı ABŞ-ın «Akamai Technologies» şirkəti də təsdiqləyib.
    30.11.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin tabeliyində olan dərnək üzvlərinin əl işlərinin müsabiqəsinə yekun vurulub
    Təhsil Nazirliyinin tabeliyində olan texniki yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsi keçirilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqə 2 mərhələdə - rayon (şəhər) və respublika mərhələsində yumşaq oyuncaqlar, hərəkətdə olan oyuncaqlar, dekorativ-tətbiqi sənət və təbii materiallardan hazırlanan işlər nominasiyaları üzrə 10-13 yaşlı uşaqlar arasında təşkil olunub. Respublika Texniki Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə çıxış edən mərkəzin direktoru Qorxmaz Əliyev bildirib ki, müsabiqədə 48 rayon, şəhər Texniki Yaradıcılıq Mərkəzi iştirak edib və respublika mərhələsinə 289 iş təqdim olunub. Q.Əliyev məktəblilərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi baxımından müsabiqənin əhəmiyyətinə toxunub və dərnəklərə cəlb olunan uşaqlar arasında təcrübə mübadiləsinə yol açdığını nəzərə çatdırıb.
    30.11.12 Məqaləni oxumaq
     
    Sayalı Sadıqova: Dərsliklərdə başa düşülməyən kifayət qədər termin var
    “Hazırda dərsliklərdə başa düşülməyən kifayət qədər terminlər var. Uşaqlar o terminləri oxuyanda başa düşə bilmirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova söyləyib. S.Sadıqova hesab edir ki, dərsliklərdə elə terminlər verilməlidir ki, onları uşaqlar başa düşə, dərk edə bilsinlər. Elmi dili terminlərlə ağırlaşdırmaq olmaz. S.Sadıqovanın sözlərinə görə, bəzən eyni anlayışlı terminlər tarix, ana dili, ədəbiyyat və başqa dərsliklərdə müxtəlif cür verilir. Bu işə nəzarətin gücləndirilməsinin vacibliyini diqqətə çatdıran S.Sadıqova bu məsələ ilə bağlı onlara da müraciət olunduğunu söyləyib: “Məsələn, riyaziyyatla bağlı müraciətlər olur. Bəzilərində ekvalent ədədlər, bəzilərində bərabərhüquqlu ədədlər gedir. Belə sinonim terminləri aradan qaldırmaq lazımdır”.
    30.11.12 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: “Azərbaycanın gələn ilki büdcəsi müstəqillik tarixində ən böyük büdcədir”
    “Azərbaycanın gələn ilki büdcəsi müstəqillik tarixində ən böyük büdcədir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Milli Məclisdə 2013-cü il dövlət büdcəsi layihəsinin qəbulundan sonra çıxış edən spiker Oqtay Əsədov bildirib. O qeyd edib ki, büdcə layihəsində millət vəkillərinin bir qisminin təklifləri nəzərə alınıb: “May ayında büdcə dəyişiklikləri məsələsi qalxsa, digər millət vəkillərinin təklifləri də əksini tapacaq. Amma onu deyim ki, gələn ilin büdcəsi ötən ilkilərlə müqayisədə daha uğurludur”.
    30.11.12 Məqaləni oxumaq
     
    Azərbaycanda Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib və təyinatlar olub
    Novruz Məmmədov, Zeynal Nağdəliyev və Əli Əsədov Prezident Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb. Prezidentin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, prezidentin sərəncamları ilə Novruz İsmayıl oğlu Məmmədov, Zeynal Səfər oğlu Nağdəliyev və Əli Hidayət oğlu Əsədov Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər. Qeyd edək ki, Novruz Məmmədov və Zeynal Nağdəliyev indiyədək Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdiri, Əli Əsədov isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıblar. Prezident Administrasiyasına akademik Ramiz Mehdiyev rəhbərlik edir.
    30.11.12 Məqaləni oxumaq
     
    Ərdoğan: Suriyanın açarı Rusiyanın əlindədır
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İspaniyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İspaniya nümunəsini gətirərək “PKK silahla təzyiq göstərməsə, BDP səs ala bilməz, elektoratı yoxdur” deyib. Baş nazir BDP-yə “Siyasəti terrorizə edərsən, qarşını kəsərlər” - deyə mesaj göndərib və İspaniyada siyasətlə terroru qarışdıranların siyasətdən uzaqlaşdırıldığını söyləyib. Baş nazir PKK-dan tələblərinin silahların susması deyil, atılması olduğunu deyib: “Silahlar atılmalıdır. Susmaq deyə bir şey olmaz. Kandildə durursa, dursun. Bizim addımlarımız eyni şəkildə davam edər”. Baş nazir Suriya ilə bağlı sualın cavabında hazırda açarın Rusiyanın əlində olduğunu deyib və Putinin dekabrın 3-də Türkiyəyə səfər edəcəyini xatırladıb. Ərdoğan İraq hökumətinin ölkənin şimalındakı gərginliklə bağlı Türkiyəni ittiham etməsinə də münasibət bildirib: “Bunlar xəyaldır. Bizim işimiz-gücümüz yoxdurmu ki, İraqın daxili işləriylə məşğul olaq?”
    30.11.12 Məqaləni oxumaq
     
    Hadı Rəcəbli: “Qanun layihəsində yer alan bəzi məqamlar İslam dini ilə ziddiyyət təşkil edir”
    “Reproduktiv sağlamlığın qorunması haqqında” qanunda süni mayalanma ilə bağlı məsələlər İran və Türkiyədə keçirilən əməliyyatlar kimi olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O qeyd edib ki, hazırda ümumilikdə, dünyada tətbiq edilən təcrübəni Azərbaycana gətirmək gündəmdədir: “Yəni özümüzdən Amerika kəşf etmirik, bu, dünyada var”. O, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində yer alan bəzi məqamların İslam dini ilə ziddiyyət təşkil edə biləcəyini etiraf edib: “İslamda belədir ki, qətiyyən başqasının mayasından istifadə etmək olmaz. İran bunu siğə ilə edir. Bir adamın mayasını yalnız bir adama verməyə icazə var. Onlar deyir ki, bir adamın mayası ilə çox adam mayalansa, qardaşın bacını mayalandırmasına təsadüf etmək olar. Bizdə də mayalandırma ilə bağlı dəqiq uçot olacaq”.
    30.11.12 Məqaləni oxumaq
     
    Prezident səfirin etimadnaməsini qəbul edib
    Bu gün Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Damir Dzankonun etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, diplomat fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Damir Dzanko etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm məsələlərin müzakirə edildiyini qeyd edib. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat, infrastruktur, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
    30.11.12 Məqaləni oxumaq
     
    Prezident Latviyanın Baş naziri ilə görüşüb
    Bu gün Prezident İlham Əliyev Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərləri bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib. Latviyaya rəsmi səfəri zamanı Baş nazir Valdis Dombrovskislə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib. Əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsində Hökumətlərarası birgə Komissiyanın rolunu vurğulayan dövlətimizin başçısı əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib.
    29.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Noy.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930