|
Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
“Təmiz Şəhər” ASC-nin şöbə müdiri ADNA tələbələri üçün mühazirə oxuyub
|
“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə ekoloji təhsilin və yeni sahə olan tullantıların düzgün şəkildə idarəolunmasını təbliğ etmək məqsədilə Azərbaycan Dövlət Neft Akademiyası tələbələrinə mühazirələr oxunub. ASC-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, mühazirələr ADNA-nın “Dağ-mədən mühəndisliyi” ixtisasında və “Tempus” proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə təhsil alan tələbələri üçün təşkil edilib. “Təmiz Şəhər” ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev tələbələrə tullantıların idarəolunması sahəsində ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Mühazirələr gənclər arasında böyük marağa səbəb olub və bu cür mühazirələrin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulanıb.
Qeyd edək ki, 2012-ci ilin noyabr ayından Azərbaycan Diplomatik Akademiyasının “Yaşıl klubu” ilə birgə Akademiyada, dekabr ayından etibarən isə Bakı Dövlət Universitetinin Ekologiya fakültəsində tələbələr üçün seminarlar keçiriləcək.
|
01.11.12 Məqaləni oxumaq
|
|
|
İtaliya universitetləri ilə ADU arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
|
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Azərbaycanda səfərdə olan İtaliya nümayəndə heyətinin bir neçə üzvünü qəbul edib. ADU-nun mətbuat ximətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, rektor qonaqlara universitet haqqında məlumat verib. Səməd Seyidov İtaliya universitetləri ilə ADU arasındakı xüsusi əməkdaşlıqdan danışıb. O, İtalyan dilinin tədrisinin ADU-da uğurla aparıldığını qeyd edib. Rektor hazırda tərcümə fakültəsində 40 tələbənin italyan dili öyrəndiyini bildirib.
S.Seyidov, həmçinin ADU-da İtaliyadan olan müəllimlərin çalışdığını vurğulayıb. İtaliyanın Peruca Universiteti ilə əlaqələrə toxunan S.Seyidov İtaliyanın Milan Tərcüməçilik İnstitutu ilə əlaqələrinin yüksək səviyyədə olmasından söz açıb, bu günlərdə ADU-nun nümayəndə heyətinin sözügedən instituta səfərinə toxunub.
|
01.11.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|