|
Səhifələr : # 10 11 12 13 14 15 16 17 18 #
Dağlıq Qarabağ münaqişəsi hansı yolla həll edilsin?
|
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatı QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qarabağ debatları: hərb və ya sülh yolu?” mövzusunda debat təşkil edib. “KƏLAMİNFO”nun məlumatına görə, debatlarda münaqişənin hərb və sülh yolu ilə həllinə tərəfdar olan ekspertlər, QHT nümayəndələri, siyasətşünaslar iştirak ediblər.
Tədbirdə QAT sədrinin müavini Fəridə Ələsgərova bildirib ki, təmsil olunduğu qurum mövzu ilə bağlı silsilə debatlar keçirəcək. Onun sözlərinə görə, ilk debat DQ münaqişəsinin həllində xarici amillərin roluna həsr edilib.
|
07.11.12 Məqaləni oxumaq
|
|
|
İnformatika fənni üzrə elmi-metodiki seminar keçirilib
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edirdilər.
Seminar iştirakçıları 2013/2014-cü tədris ili üçün nəzərdə tutulan informatika üzrə qəbul proqramının müzakirəsini davam etdirdilər. Bir sıra bölmələrə redaktə xarakterli düzəlişlər edilməklə proqram qəbul edilib. Növbəti seminarda 2012-ci ildə keçirilən magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının (A, C variantları) statistik göstəricilər əsasında elmi-metodiki təhlili aparılacaq.
|
07.11.12 Məqaləni oxumaq
|
|
|
Barak Obama qalib gəldi
|
ABŞ-da prezident seçkilərinin qalibi yenidən Barak Obama qalib gəlib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Obamanın budəfəki qələbəsinə daha çox kritik vəziyyətdə olan ştatların səsi kömək olub. Belə ki, prezident seçilmək üçün 538 seçicidən 270-nin səsi kifayət edirdi. Amma Barak Obama Ohaya ştatından gələn seçkilərin nəticələrinə görə 274 səs yığa bilib. Bununla da Barak Obama Amerikanın 45-ci dövlət başçısı olub. Barak Obamanın rəqibi Mit Romni isə seçicilərin 203 səsini toplaya bilib.
|
07.11.12 Məqaləni oxumaq
|
|
|
Gürcüstanın keçmiş daxili işlər naziri həbs olunub
|
Gürcüstanın keçmiş daxili işlər naziri Baço Axalaya həbs olunub. Onun Tbilisidə, Gürcüstanın Baş prokurorluğunda saxlanıldığı bildirilir. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, Axalayanın vəkili deyib ki, sabiq nazirə qarşı vəzifədən sui-istifadə ittihamı irəli sürülüb. Rəsmi ittihamnamə 48 saat ərzində elan olunmalıdır. Axalayanın adı Gürcüstandakı həbsxana qalmaqalı ilə bağlı hallanırdı. Prezident Mixail Saakaşvilinin rəqibləri iddia edirdilər ki, məhbuslara işgəncə verilməsi birbaşa Axalayanın əmri ilə həyata keçirilirdi. Bu ittihamları rədd edən Axalayanın Gürcüstandakı seçkilərdən sonra ölkədən qaçdığı haqda xəbərlər də yayılmışdı.
|
07.11.12 Məqaləni oxumaq
|
|
|
ABŞ-ın iki ştatı marixuananın leqallaşdırılmasına səs verib
|
İlkin məlumatlara görə, ABŞ-ın Vaşinqton və Kolorado ştatının seçiciləri tibbi resept olmadan marixuananın leqallaşdırılmasına səs veriblər. Az əvvəl isə Massaçusets ştatının sakinləri yüngül narkotikin tibbi məqsədlər üçün istifadəsinin leqallaşdırılmasına səs veriblər. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, federal qanunlar marixuananın istənilən şəraitdə satışını qadağan edir. Vaşinqton və Koloradoda narkotikin tam şəkildə leqallaşdırılması yerli və federal qanunverici orqanlar arasında ziddiyyətləri gücləndirə bilər. Marixuananın leqallaşdırılması ilə bağlı səsvermə Oreqon, Arkanzas və Montanada da keçiriləcək.
|
07.11.12 Məqaləni oxumaq
|
|
|
Ərdoğan İndoneziyaya gedib
|
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İndoneziyaya gedib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, dünən gecə saatlarında İndoneziyaya yola düşən baş nazir Yaxın Şərq, Afrika və Asiya liderlərinin Beşinci Demokratiya Forumunda iştirak edəcək. Səfərdə Ərdoğanı baş nazirin müavini Bəşir Atalay və Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik müşayiət edir.
|
07.11.12 Məqaləni oxumaq
|
|
|
Türkiyə və Azərbaycan teatrları bir araya gələcək
|
Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan Türkiyədən yaradıcılıq ezamiyyətindən qayıdıb. O, Türkiyə EKsanat Teatrının rəsmi dəvəti ilə teatrın aktyorlarına “ustad dərsləri” keçib.
Bu barədə “KƏLAMİNFO”ya məlumat verən İ.Soltanın sözlərinə görə, yaxın gələcəkdə EKsanat Teatrı və Bakı Uşaq Teatrının birgə planlaşdırdıqları çox maraqlı layihəyə start veriləcək: “Layihənin birinci (hazırlıq) mərhələsi çox uğurla başa çatıb. Türkiyənin Sinop şəhərində gerçəkləşən mərhələsinin nəticəsi olaraq, EKsanat Mərkəzi tərəfindən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Bakı Uşaq Teatrının ünvanına təşəkkür məktubu ünvanlanıb. Layihənin ikinci mərhələsinin noyabrın sonu Bakıda gerçəkləşməsi gözlənilir”. Layihənin rəhbərləri EKsanatMərkəzinin direktoru Erhan Kaya və Bakı Uşaq Teatrının rəhbəri İ.Soltandır.
|
07.11.12 Məqaləni oxumaq
|
|
|
TQDK Qeyri-Hökumət Təşkilatları nümayəndələrinə müraciət etdi
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 23 noyabr 2012-ci il tarixində Komissiyanın yaranmasının 20 illiyinə həsr olunmuş “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – 20 il: inkişaf mərhələləri” adlı beynəlxalq konfrans keçiriləcək. Komissiyadan “KƏLAMİNFO”ya verilən məlumata görə, konfransa fiziki şəxslər (ölkəmizin təhsildə qiymətləndirmə sahəsi üzrə mütəxəssisləri) və hüquqi şəxslər (təşkilatlar, o cümlədən Qeyri-Hökumət Təşkilatları) qatıla bilərlər. Bunun üçün anket formasını dolduraraq noyabrın 12-dək qeydiyyatdan keçmək tələb olunur.
|
07.11.12 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Azərbaycanda internet fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur”
|
“Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. Bu sahəyə yönəldilən vəsait, xüsusən də dövlət başçısı İlham Əliyevin internetin inkişafına və ölkədə daha geniş coğrafiyanı əhatə etməsinə göstərdiyi diqqət informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırır”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda jurnalistlərə müsahibəsində deyib. Əli Həsənov bildirib ki, internet ölkəmizin həm siyasi, həm ictimai, həm də vətəndaşların ümumi həyatına elə daxil olub ki, artıq bundan sonra Azərbaycanı internetsiz təsəvvür etmək mümkünsüzdür. “Beynəlxalq İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi də ölkəmizdə bu sahənin inkişafını daha da sürətləndirəcək. Azərbaycan gələn il süni peykini buraxmaq istiqamətində fəaliyyət göstərir. İnternet provayderlərinin sayının gündən-günə artması, süni peykimizin buraxılması gələcəkdə sektoru daha da gücləndirəcək və bu da digər sahələrdə olduğu kimi, Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirəcək” deyən PA-nın rəsmisi qeyd edib ki, dünyada internetdən həm faydalı, həm də ziyanlı məqsədlər üçün istifadə edilir.
|
07.11.12 Məqaləni oxumaq
|
|
|
Prezident Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun iştirakçılarına təbrik göndərib
|
Prezident İlham Əliyev BMT və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun iştirakçılarına təbrik ünvanlayıb. “KƏLAMİNFO” xəbər verir ki, təbrikdə deyilir: “İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır”.
|
07.11.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 10 11 12 13 14 15 16 17 18 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|