Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2012
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Gələn il TÜRKPA-nın Baş Katibliyinin yeni binası istifadəyə veriləcək
    Gələn il Bakıda TÜRKPA-nın Baş Katibliyinin yeni binası istifadəyə veriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən TÜRK PA-nın Hüquq Komissiyasının iclasında qurumun baş katibi Ramil Həsənov məlumat verib. O bildirib ki, 2013-cü ildə hazır olacaq binanın açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək: “Bu, Azərbaycan Prezidentinin TÜRKPA-ya göstərdiyi önəmin bariz nümunəsidir”. Qeyd edək ki, TÜRKPA hazırda Milli Məclisin binasında fəaliyyət göstərir.
    06.11.12 Məqaləni oxumaq
     
    Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi yenilənib
    Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi internet səhifəsi yenilənib. “KƏLAMİNFO” xəbər verir ki, səhifədə müasir internet texnologiyalarından istifadə olunaraq yenilənmələr aparılıb ki, bu da səhifənin daha da oxunaqlı olmasını təmin edib. İnternet səhifədə, həmçinin “Azərbaycan 2020 Gələcəyə Baxış” inkişaf konsepsiyası ilə tanış olmaq mümkündür. İnternet səhifədə prezident İlham Əliyevin keçirdiyi görüşlər, imzaladığı sənədlər, dövlət başçısının fəaliyyəti operativ şəkildə işıqlandırılır, bütün xəbərlər foto və video materiallarla müşayiət olunur. Saytın rus və ingilis versiyaları da mövcuddur.
    05.11.12 Məqaləni oxumaq
     
    Bakıda TÜRKPA-nın Hüquq Komissiyasının 2-ci iclası keçirilir
    Bakıda TÜRKPA-nın Hüquq Komissiyasının 2-ci iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, toplantıda “TÜRKPA üzv dövlətləri parlamentlərinin reqlamentləri və millət vəkillərinin səlahiyyətləri” və “TÜRKPA üzv ölkələri arasında qanunvericilik məsələləri üzrə əməkdaşlıq” mövzusu ilə bağlı hesabat və tövsiyə qərarları müzakirəyə çıxarılıb. Komissiyanın işində Türkiyə Parlamentinin millət vəkili, komissiyanın sədri Halük İpekin başçılığı altında Azərbaycan, Qazaxıstandan, Qırğızıstandan və Türkiyədən millət vəkilləri və TÜRKPA katibliyinin əməkdaşları iştirak edirlər. Komissiyanın işində həmçinin TÜRKPA baş katibi Ramil Həsənov da iştirak edir. R.Həsənov komissiya üzvlərinə TÜRKPA Beynəlxalq Katibliyinin fəaliyyəti haqqında məlumat verəcək. Komissiya üzvləri eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovla da görüşəcəklər.
    05.11.12 Məqaləni oxumaq
     
    Obama və Romni seçicilərin eyni dəstəyinə malikdir
    ABŞ-da prezidentliyə namizədlər Barak Obama və Mitt Romni seçicilərin eyni dəstəyinə malikdirlər. “KƏLAMİNFO” “Kommersant”a istinadən xəbər verir ki, bunu CNN-in keçirdiyi sorğunun nəticələri sübut edir. Tədqiqatın nəticələrinə görə, Mitt Romni və Barak Obamaya seçicilərin 49 faizi səs verməyə hazırdırlar. Seçicilərin 52 faizi Obamaya, Romniyə isə 51 faiz simpatiya bəsləyir. 51 faiz ölkənin əsas məsələləri üzrə Obama ilə, 50 faiz isə Romni ilə razıdır. Sorğu noyabrın 2-4-də 1010 amerikalı arasında keçirilib.
    05.11.12 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev Londonda ənənəvi "WTM 2012" Beynəlxalq Turizm Sərgisində iştirak edir
    Böyük Britaniyanın paytaxtı Londonda ənənəvi "WTM 2012" Beynəlxalq Turizm Sərgisi keçirilir. Sərgidə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Azərbaycan Dövlət Rəqs Ansamblının 4 nəfər üzvü və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin 2 nəfər əməkdaşı daxildir. Həmçinin sərgidə 11 yerli turizm şirkəti, "Geo Travel", "Gilan Tourism", "Millennium Tourism and Congress DMC", "SW travel", "ENC tours", "Billur tur", "Eurotourism", "The tour", "Turizm.az", "Victory tour", 2 mehmanxana "Four Seasons Hotel Baku", "Jumeirah Bilgah Beach Hotel" və Azərbaycan Qolf Federasiyası təmsil olunur.
    05.11.12 Məqaləni oxumaq
     
    Nikolayevdə azərbaycanlı uşaqlar üçün xüsusi sinif fəaliyyətə başlayıb
    Ukraynanın mərkəzi şəhərlərindən olan Nikolayevdəki orta məktəblərin birində azərbaycanlı uşaqlar üçün Azərbaycan dilində tədris aparan xüsusi sinif fəaliyyətə başlayıb. Şəhərin mərkəzindəki 42 nömrəli orta ümumtəhsil məktəbindəki xüsusi sinifdə məktəbin şagirdlərindən 25-dən yuxarı Ukrayna vətəndaşı olan azərbaycanlı uşaqlara həftə sonu iki gün Azərbaycanla bağlı fənlər tədris olunur. Sinif Nikolayev vilayətindəki Heydər Əliyev Cəmiyyəti tərəfindən yaradılıb. Cəmiyyətin sədri Yunus Alıyev deyir ki, Azərbaycan dili və Azərbaycan tarixinin tədris olunduğu sinifdə dərslər həftənin xüsusi günləri - altıncı və bazar günləri keçirilir. Y.Alıyev bildirir ki, bu xüsusi sinif üçün müəllimlər də Azərbaycandan gətirilib və bütün bunlara maddi dəstək Heydər Əliyev Cəmiyyəti tərəfindən göstərilir.
    05.11.12 Məqaləni oxumaq
     
    Polis Akademiyasının rəisi: “Ölkəmizdə azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb”
    “Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru Nazim Əliyev deyib.
    05.11.12 Məqaləni oxumaq
     
    ATƏT-in Media azadlığı üzrə nümayəndəsi və AŞ insan haqları komissarı Azərbaycana gəlib
    ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Muyjnieks Azərbaycana səfərə gəlib. ATƏT-in Bakı ofisindən “KƏLAMİNFO”ya verilən məlumata görə, D.Miyatoviç və N.Muyjnieks Bakıda keçiriləcək İnternet İdarəetməsi Forumu çərçivəsində “Təhlükəsizlik və onlayn KİV” forumunda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə görüşlər də planlaşdırılır. Səfər noyabrın 7-də başa çatacaq.
    05.11.12 Məqaləni oxumaq
     
    Medvedyev “Pussy Riot” qrupunu müdafiə etdi
    Rusiyanın baş naziri Dmitri Medvedyev hesab edir ki, “Pussy Riot” qrupunun həbs cəzası almış iki üzvü azad olunmalıdır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, o deyib ki, qrup üzvlərinin hərəkəti ilə razı deyil, ancaq onlar həbsdə kifayət qədər çox qalıblar. Hazırda onlar həbsxanada iki illik həbs cəzalarını çəkirlər. “Pussy Riot” Moskvada kilsədə “Məryəm ana, bizi Putindən xilas et” kimi şüarlar səsləndirmişdi.
    02.11.12 Məqaləni oxumaq
     
    “Dağlıq Qarabağda mümkün müharibə Rusiya üçün çox ciddi hərbi təhlükəyə çevrilə bilər”
    “Dağlıq Qarabağda mümkün müharibə Rusiya üçün çox ciddi hərbi təhlükəyə çevrilə bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Rusiyanın “Versiya” qəzeti yazıb. Qəzet yazır ki, Qarabağda hərbi əməliyyatlar başlarsa, onun coğrafiyası tək mübahisəli ərazilərlə məhdudlaşmayacaq, bu, ölkələrin sərhədlərinə doğru yaxınlaşacaq. Bununla bağlı Rusiya nəşri Ermənistandakı Rusiya hərbi bazasını xatırladıb: “Bu gün Rusiya hərbçiləri Ermənistanı xarici qüvvələrdən qorumaq üzrə üzərlərinə öhdəlik götürüblər. Düzdür, bu, Dağlıq Qarabağa aid deyil. Lakin ekspertlərin proqnozlarına görə, hərbi əməliyyatlar başlarsa, Rusiya qoşunları Ermənistan sərhədlərini qoruyacaq. Bununla da milli ordunun böyük bir hissəsinin işini azaldacaqlar. Bu da erməni qoşunlarının Dağlıq Qarabağda effektiv istifadəsinə imkan yaradacaq”.
    02.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Noy.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930