Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2012
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    BMT-nin baş katibi gözlənilmədən Yəmənə səfər edib
    BMT-nin baş katibi Pan Qi Mun gözlənilmədən Yəmənə səfər edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Mun paytaxt Sənada Yəmən Prezidenti Əbd Rəbbu Mənsur Hadi ilə görüşüb. BMT-nin baş katibinin səfəri 33 il Yəmən prezidenti olmuş Əli Abdulla Salehin hakimiyyəti təhvil verməsi ilə nəticələnmiş “hakimiyyətin təhvili sazişi”nin imzalanmasının 1-ci ildönümünə təsadüf edib. Xatırladaq ki, Yəməndə etirazçılar Salehin istefası tələbi ilə ilk dəfə 2011-ci ilin yanvarında küçələrə axışmış, bu isə Tunis və Misirdə də prezidentlərin devrilməsi ilə nəticələnən inqilabların ilham mənbəyi olmuşdu.
    20.11.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Biz çalışacağıq ki, Azərbaycan-Rusiya münasibətləri inkişaf edən xətt üzrə davam etsin”
    “Rusiya-Azərbaycan münasibətlərinin əvvəllərdə korlanmasına çalışan qüvvələr olub”. “KƏLAMİNFO”un məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova danışıb. B.Muradova bu münasibətləri korlamağa cəhd edən qüvvələrin nəinki əvvəllər, indi də olduğunu vurğulayıb. Vitse-spiker bildirib ki, lakin buna baxmayaraq, Azərbaycan və Rusiya arasındakı münasibətlər daim inkişaf edəcək. O, daimi inkişafa bariz nümunə kimi, hər iki ölkənin rəhbərliyi arasında olan xoş münasibətləri göstərib: “Biz çalışacağıq ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər bundan sonra da yüksələn və inkişaf edən xətt üzrə davam etsin”.
    20.11.12 Məqaləni oxumaq
     
    İranda hər 1000 nəfərdən 12-si intihara cəhd edir
    İranın Qərbi Azərbaycan əyalətində bir qadın intihar edib. Mətbuatda adı Fəridə D. kimi yayımlanın qadının yoxsulluq ucbatından özünü öldürdüyü yazılıb. Fəridənin həyatı barədə məlumat verilməsə də, onun Salmas şəhərinin Şəkəryazı kəndində yaşadığı bildirilir. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, rəsmi statistikaya görə, İranda hər 1000 nəfərdən 12-si intihara cəhd edir və bu il intihar edənlərin sayı ötən illərlə müqayisədə kəskin şəkildə artıb.
    20.11.12 Məqaləni oxumaq
     
    Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
    Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 21-dən 23-dək Sankt-Peterburqda səfərdə olacaq. "KƏLAMİNFO" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 38-ci plenar iclasında, “Çingiz Aytmatov dünyası: mədəniyyətlərin inteqrasiyası və dialoq” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Elton Məmmədov, Aslan Cəfərov, Rüfət Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Nümayəndə heyətinin üzvləri MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə, Elm və təhsil üzrə daimi komitələrinin iclaslarında iştirak edəcəklər. Millət vəkilləri Bioloji təhlükəsizlik üzrə MDB-yə üzv ölkələrin ümumi informasiya sisteminin formalaşmasına dair dövlətlərarası Sazişin hazırlanması ilə əlaqədar işçi qrupun iclasına qatılacaq, məsələ ilə bağlı öz fikirlərini bildirəcəklər.
    20.11.12 Məqaləni oxumaq
     
    Milli Məclisin gündəliyində 10 məsələ var
    Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, spiker Oqtay Əsədovun rəhbərliyi ilə keçirilən iclasda gündəlik təsdiq olunduqdan sonra müzakirələr başlayıb. Gündəlikdə 10 məsələ var. Bunlar “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişlərin təsdiq edilməsi haqqında, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Tacikistan Respublikasının Prezidenti E.Rəhmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında”, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Dövlət rüsumu haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" və “Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihələridir.
    20.11.12 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu Qəzzaya gedir
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Qəzzaya gedir. Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, nazir noyabrın 20-də Qəzzaya səfər edəcək. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, səfər Türkiyənin Qəzzaya və Fələstin xalqına dəstəyini ifadə etmək, son günlərdə yaşanan gərginliyi azaltmaq məqsədi daşıyır.
    20.11.12 Məqaləni oxumaq
     
    Qafqazın dini liderləri İstanbulda toplaşıb
    İstanbulda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-dən veriblər. İclas şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə nümayəndə heyətinin Avrasiya İslam Şurasının növbəti toplantısında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfəri ərəfəsində baş tutub. İclasda Qafqazdakı mövcud dini-mənəvi vəziyyət, ənənəvi dini dəyərlərin qorunub saxlanılması istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb. Bölgədə milli və dini zəmində separatçılıq meyillərindən narahatlıq bildirilən iclasda həmin məsələdə məhz bu amildən sui-istifadənin yolverilməzliyi qeyd edilib, bu kimi halların qarşısının alınmasının zəruriliyi vurğulanıb. Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan Mirzəyev, Kalmıkiya Respublikasının müftisi Sultanəhməd Karolayev, Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.
    20.11.12 Məqaləni oxumaq
     
    İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədi
    Noyabrın 15-17 tarixlərində Cibuti Respublikasının paytaxtı Cibuti şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasının sonunda Cibuti Bəyannaməsi qəbul edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Bəyannamədə üzv ölkələrin Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi əks olunub. Bəyannamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilir. Həmçinin, konfrans zamanı siyasi qətnamələr arasında Ermənistanın Azərbaycana qarşı təcavüzü, iqtisadi qətnamələr arasında Azərbaycana iqtisadi yardımın göstərilməsi, mədəni-ictimai qətnamələr arasında isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarında İslam tarixi və mədəniyyətinə aid abidələrin dağıdılması və təhqir edilməsi ilə bağlı qətnamələr qəbul edilib.
    19.11.12 Məqaləni oxumaq
     
    İsrail ordusu Qəzzadakı bəzi binaların bombalanma görüntülərini yayıb
    İsrail ordusu Qəzzadakı bəzi binaların bombalanma görüntülərini yayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ordunun həyata keçirdiyi hücumlar donanma gəmiləri, pilotsuz təyyarələr və raketlərin üzərindəki kameralarla qeydə alınıb. Görüntülərdə “İslami Cihad” təşkilatının komandanlarından Əhməd Nahelin olduğu bildirilən bir evə 2 raket atılması və baş verən güclü partlayışlar əks olunub. Digər bir görüntüdə isə Qəzzadakı “Əl Aksa” televiziyasının binasının damının vurulduğu görünür.
    19.11.12 Məqaləni oxumaq
     
    İranın xarici işlər naziri: “Suriya xalqı da digər xalqlar kimi fundamental haqlara sahib olmalıdır”
    İranın xarici işlər naziri Əli Əkbər Salehi Tehranda Suriya hökumətini və müxalifləri bir araya gətirən “Milli dialoq” toplantısının sonunda açıqlama verib. “KƏLAMİNFO” “Hurriyyət”ə istinadən xəbər verir ki, toplantıda hökuməti və müxalifəti təmsil edən 130 və xarici ölkələrdən 40 nümayəndənin iştirak etdiyini bildirən Salehi bütün tərəflərin Suriyadakı böhranın sülh yolu ilə həllini istədiyini söyləyib. Suriya hökumətinin xalqın legitim tələblərinə cavab verməsinin şərt olduğunu vurğulayan nazir: “Suriya xalqı da digər xalqlar kimi azadlıq, çoxpartiyalı sistem və ədalətli seçkilər kimi fundamental haqlara sahib olmalıdır” deyib. Nazir bildirib ki, tərəflər problemin suriyalılar tərəfindən həll olunması məsələsində həmfikirdirlər. Tərəflərin problemin həlli üçün birgə komitə yaratmaq məsələsində razılığa gəldiklərini söyləyən Salehi bu komitənin də suriyalılardan ibarət olacağını qeyd edib.
    19.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Noy.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930