Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Filippin hökuməti ölkənin ən böyük müsəlman üsyançı qrupu ilə sülh sazişi imzalayıb
    Filippin hökuməti və ölkənin ən böyük müsəlman üsyançı qrupu 43 illik üsyanı bitirmək üçün sülh sazişi imzalayıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu gün imzalanan sazişə görə 2016-cı ilə qədər ölkənin cənubunda yerləşən Mindanaoda yeni Banqsamoqo adlanan muxtar vilayət yaradılacaq. Sazişdə Keçid Komissiyasının 15 üzvünün yeni müsəlman administrasiyası üçün qanun layihəsi üzərində işləməsi də razılaşdırılıb.
    15.10.12 Məqaləni oxumaq
     
    AMEA sistemi üzrə doktoranturaya qəbul imtahanları başlayıb
    Bu gündən etibarən 2012-2013-cü tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi təşkilat və müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə ixtisas fənnindən doktoranturaya qəbul imtahanları başlayıb. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, doktoranturaya ixtisas fənlərindən qəbul imtahanları oktyabrın 15-16-17-də (Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu üzrə oktyabrın 18-də) keçiriləcək. Fəlsəfə fənnindən imtahanların oktyabrın 22-dən 31-dək keçirilməsi nəzərdə tutulub. Xarici dil fənnindən imtahanlar isə 1-14 noyabr tarixlərində keçiriləcək. Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturanın 288 plan yerinə 354 nəfər sənəd verib.
    15.10.12 Məqaləni oxumaq
     
    Medal və fəxri ada layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olunub
    Təhsil Nazirliyində prezident İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində medal və fəxri ada layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Tədbirdə təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də bir qrup təhsil işçisinin peşə bayramları ərəfəsində “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif edildiyini bildirib. Misir Mərdanov təhsil sahəsində əldə olunan uğurlara toxunaraq ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına, müəllimlərə göstərilən diqqət və qayğıdan söz açıb. Son illərdə fəxri ad və medallara layiq görülənlərlə bağlı statistik rəqəmləri nəzərə çatdıran təhsil naziri bütün bunlara görə təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirib. Nazir qeyd edib ki, ölkə başçısının sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 58 nəfər təhsil işçisi “Tərəqqi” medalı ilə təltif olunub, 65 nəfərə “Əməkdar müəllim” fəxri adı verilib.
    15.10.12 Məqaləni oxumaq
     
    Saakaşvili hökumətin istefasını qəbul edib
    Gürcüstan prezidenti Mixail Saakaşvili hökumətin istefasını qəbul edib.

    “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, prezident sərəncamına görə, yeni icra hakimiyyəti orqanları formalaşana qədər köhnə hökumət iş başında olacaq. Gürcüstan hökumətinin yeni tərkibinin parlamentdə oktyabrın 20-21-də təsdiqlənəcəyi gözlənir.
    12.10.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinə məktəblərlə bağlı daxil olan rayon və şəhərlərin adı açıqlanıb
    Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2012-ci ilin sentyabr ayında 1441 müraciət daxil olub. Müraciətlərdən 1308-i telefonla, 133-ü isə elektron poçtla qəbul edilib.

    Müraciətlərin əksəriyyəti yeni dərs ilinin başlanması ilə əlaqədar sorğu xarakterlidir. Digər sorğular tələbələrin ali və orta ixtisas məktəblərinə köçürülməsi, bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması barədədir.
    Ötən ay daxil olan 69 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, onların əksəriyyəti yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, ümumi təhsil məktəbləri üzrə Bakı şəhərindən 29, digər şəhərlərdən 7 (Sumqayıtdan 3, Gəncədən 2, Mingəçevir və Şirvan şəhərlərinin hər birindən 1), Astara və Ağstafa rayonlarının hər birindən 3, Gədəbəy, Sabirabad, Samux, Qəbələ rayonlarının hər birindən 2, Abşeron, Lənkəran, Masallı, Şəki, Şəmkir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Kürdəmir, Balakən, Goranboy, Neftçala, Beyləqan, Laçın, Oğuz rayonlarının hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.
    12.10.12 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Bu, kənar qüvvələrin sifarişidir...”
    “Azərbaycan dünyəvi ölkədir və digər dünyəvi ölkələrdə olduğu kimi bizim ölkənin də məktəblərində şagirdlərin geyimini tənzimləyən xüsusi qaydalar var, hamı da buna əməl etməlidir. Dünyanın istənilən dünyəvi ölkəsində də hicabdan və digər dini geyimlərdən istifadə edilmir”.

    Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.
    O qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycan din, vicdan azadlığı yüksək səviyyədə təmin olunub və bununla bağlı aksiyalar qondarmadır, bu, kənar qüvvələrin sifarişidir: “Ona görə də Azərbaycanda din və hicab adı altında təxribatla məşğul olmaq isə yersizdir. Təəssüflər olsun ki, bəzi qruplar dini təşkilat adı altında hicab məsələsindən sui-istifadə edərək Azərbaycan daxilində qarşıdurma yaratmaq istəyirlər”.
    12.10.12 Məqaləni oxumaq
     
    ATƏT nümayəndələri RİTN-də olublar
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ATƏT-in nümayəndələri ilə görüş keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov, anti-semitizmlə mübarizə üzrə şəxsi nümayəndəsi Rabbi Andrev Baker, irqçilik, ksenofobiya və diskriminasiya ilə, həmçinin xristianlara və digər dinlərin üzvlərinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Katerin Makqines iştirak edib.

    Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, RİTN informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinə məsul olan qurumdur. Bundan irəli gələrək nazirlik ölkədə telekommunikasiya, informasiya texnologiyaları və poçt sahəsinin inkişaf etdirilməsi missiyasını daşıyır. Nazir müavini əlavə edib ki, internetin inkişaf etdirilməsi də nazirliyin əsas hədəflərindən biridir.
    12.10.12 Məqaləni oxumaq
     
    Azərbaycan kitabları Frankfurtda sərgilənir
    Almaniyanın Frankfurt şəhərində 63-cü beynəlxalq kitab sərgisi keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgidə ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Frankfurtun Messe Sərgi şəhərciyində 40 kvadrat metr sahədə gözəl dizayna malik olan “Azərbaycan” stendi qurulub.

    Tədbirdə ölkəmizi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, M.F.Axundov adına Milli Kitabxananın məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir. “Azərbaycan” stendi sərgi məkanının ən görkəmli yerində, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan, M.F.Axundov adına Milli Kitabxananın fondlarından gətirilən 350 adda nəfis kitab və 700 nəşr məhsulu nümayiş etdirilir. Oktyabrın 13-də sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti və Almaniyanın Mainz Universitetinin bir sıra alimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulur.
    11.10.12 Məqaləni oxumaq
     
    TÜRKPA dünya gənclərini İstanbula toplayır
    TÜRKPA tərəfindən 14-16 oktyabr tarixində Türkiyənin İstanbul şəhərində “Dövlətlərarası Əməkdaşlığın İnkişafi Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Konfrans Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Əlaqələr Komissiyasının 3 noyabr 2011-ci il tarixində keçirilən birinci iclasında qəbul olunan qərara əsasən həyata keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər.

    Konfransın keçirilməsində məqsəd şəxsi münasibətlər və dialoqun yaradılması məqsədilə müxtəlif ölkələrdən olan gənc liderləri bir araya toplamaq, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri həmrəylik içində irəliyə götürmək və bu məqsədlə gənclərin rolunu ortaya qoymaqdır.
    11.10.12 Məqaləni oxumaq
     
    BMT: Erkən nikah qızların sağlamlığını təhlükəyə atır
    Yer üzərində hər gün qızlar ayrı-seçkilik, zorakılıq və  sui-istifadə ilə üzləşirlər. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər BMT-nin baş katibi adından Beynəlxalq Qız Övladı Günü ilə bağlı yayılan məlumatda qeyd edilib.

    Bildirilib ki, qızlara sərmayə qoyulması mənəvi borcdur – fundamental ədalət və bərabərlik məsələsidir və həmçinin, Qadınlara Qarşı Bütün Növ Ayrı-Seçkiliyin Aradan Qaldırılması və Uşaq Hüquqları üzrə Konvensiyalara əsasən bir öhdəlikdir. Bu həm də Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqda, iqtisadi artımda tərəqqi, dinc və yekdil cəmiyyətlərin qurulması yolunda mühüm rol oynayır.
    Vurğulanıb ki, dünyada iyirmi – iyirmi dörd yaş arası hər üç qadından biri – təxminən 70 milyon gənc qadın 18 yaşına çatmamış ailə qurub. Son 30 ildə azyaşlı gəlinlərin ümumi sayının azalmasına baxmayaraq, bu çətin vəziyyət xüsusən də kənd yerlərində və ən yoxsul şəraitdə yaşayan insanlar arasında hələ də davam etməkdədir. Erkən nikah qızları imkanlardan məhrum edir. Bu onların sağlamlığını təhlükəyə atır, zorakılıq və sui - istifadəyə imkan yaradır, erkən və arzu olunmayan hamiləliklə - bir sözlə,  həyat üçün təhlükəli risklərlə nəticələnir: “Əgər ananın yaşı 18-dən azdırsa, onun körpəsinin 1 yaşına çatmamış tələf olması ehtimalı yaşı 19-dan yuxarı olan anaların körpələri ilə müqayisədə 60 faiz daha çoxdur”.
    11.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031