Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    BDU-da “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib
    Bu gün Bakı Dövlət Universitetində “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Latviyanın 6-cı prezidenti Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Qırğızıstan müvəqqəti hökumətinin keçmiş rəhbəri Roza Otunbayeva, Oksford Universiteti Linkoln Kollecinin rəhbəri Baronessa Susan Greenfield, İsveç prezidentinin müşaviri V Füst və başqa qonaqlar iştirak edib. BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycan təhsilinin inkişafı, bu sahədə aparılan islahatlardan danışıb. Təhsilin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bu istiqamətdə irəlilədiyini diqqətə çatdıran A.Məhərrəmov BDU-nun qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesində iştirakından, bu sahədə əldə edilən uğurlardan bəhs edib. O, qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın bir zərurətə çevrildiyini qeyd edib.
    02.10.12 Məqaləni oxumaq
     
    Azərbaycan Gənclər Fondu Albaniyada beynəlxalq Simpoziuma qatılıb
    Albaniyanın Gənclər, İdman, Turizm və Mədəniyyət Nazirliyinin, BMT-nin Əhali Fondunun (UNFPA), SALTO-YOUTH Cənub Şərqi Avropa və Qafqaz üzrə Resurs Mərkəzinin, Əməkdaşlıq və Təlim üzrə Resurs mərkəzinin, Cənub Şərqi Avropa Resurs mərkəzinin birgə təşkilatçılığı ilə Albaniyanın paytaxtı Tirana şəhərində "Cənub Şərqi Avropada Gənclər Siyasəti sahəsində əməkdaşlıq: gənclər işinin hüquqi statusu və qeyri formal maarifləndirmə prosesi " adlı beynəlxalq Simpozium keçirilir. Tədbirdə 20 ölkədən nümayəndə heyəti iştirak edir. Simpoziumda Azərbaycanı Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunu Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov təmsil edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər Fondundan veriblər.
    02.10.12 Məqaləni oxumaq
     
    FHN əməkdaşlarının əmək pensiyalarına güzəşt tətbiq ediləcək
    Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Dəyişikliyə görə, əvvəl Böyük Vətən müharibəsi iştirakçıları və veteranlarının pensiyası fərqli hesablansa da, qanuna dəyişikliklə onlar arasındakı fərq aradan qaldırılacaq. Beləliklə, hazırda İkinci Dünya müharibəsində iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50 faiz əlavə ödəmə nəzərdə tutulubsa, dəyişikliklə əlavə 90 faiz təşkil edəcək. Qanuna edilən digər dəyişikliklərə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının əmək pensiyalarına güzəşt tətbiq ediləcək. Belə ki, FHN-də 25 il çalışanlar əmək pensiyasına çıxmaq hüququ qazanacaqlar. Bundan əlavə, əməkdaş vəfat edərsə, onun ailə üzvləri ailə başçısını itirdiklərinə görə əmək pensiyası almaq hüququna malik olacaqlar.
    02.10.12 Məqaləni oxumaq
     
    Əhmədinejad kinooperatorsuz qalıb
    Nyu-Yorka səfərdən sonra İran prezidenti Mahmud Əhmədinejad kinooperatorsuz qalıb. BMT Baş Assambleyasının iclasında prezidenti müşayiət edən Həsən Qol Hanban ölkəyə qayıtmaqdan imtina edərək vəkili vasitəsilə ABŞ-da siyasi sığınacaq istəyib. İran prezidentinin kinooperatorunun yeri məlum deyil. “KƏLAMİNFO” “NEWSru.co.il” istinadən xəbər verir ki, çox güman ki, ABŞ ona siyasi sığınacaq verəcək.
    02.10.12 Məqaləni oxumaq
     
    SAM-ın nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti İtaliyanın Milan və Roma şəhərlərində rəsmi səfərdə olub. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. SAM və İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) tərəfindən "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar” mövzusunda həyata keçirilən birgə layihə çərçivəsində Milanda işçi görüş keçirilib və gələcək addımlar müzakirə edilib. Növbəti gün Milanın Katolik Universitetində SAM-ın ekspertlərinin iştirakı ilə Azərbaycanın xarici siyasətinə həsr olunan seminar təşkil edilib.
    02.10.12 Məqaləni oxumaq
     
    Prezident Fransa Senatının enerji araşdırma qrupunun həmsədrini qəbul edib
    Prezident İlham Əliyev bu gün Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi senatorlar xanım Delfin Batay, Kristof-Andre Frassa və Jan-Klod Leniordan ibarət nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Fransa Senatının enerji araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə səfərinin Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Fransaya bu yaxınlarda səfər etdiyini məmnunluqla xatırlayan prezident İlham Əliyev bildirib ki, prezident Fransua Ollandla görüşü və səfər zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini qeyd edən dövlət başçısı Fransa Senatı nümayəndələrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
    02.10.12 Məqaləni oxumaq
     
    Prezident Fransa Senatının enerji araşdırma qrupunun həmsədrini qəbul edib
    Prezident İlham Əliyev bu gün Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi senatorlar xanım Delfin Batay, Kristof-Andre Frassa və Jan-Klod Leniordan ibarət nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Fransa Senatının enerji araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə səfərinin Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Fransaya bu yaxınlarda səfər etdiyini məmnunluqla xatırlayan prezident İlham Əliyev bildirib ki, prezident Fransua Ollandla görüşü və səfər zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini qeyd edən dövlət başçısı Fransa Senatı nümayəndələrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
    02.10.12 Məqaləni oxumaq
     
    Mahmud Məmməd-Quliyev Nyu-Yorka gedib
    Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 1-2 oktyabr tarixlərində “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yeni qətnamənin irəli sürülməsinə hazırlıq məqsədi ilə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında səfərdə olacaq. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində Avropa İttifaqı üçün TASİM layihəsinin həyata keçirilmə vəziyyəti üzrə ikitərəfli görüşlər və brifinqin keçirilməsi, eləcə də layihənin icrası ilə bağlı görüləcək işlər barədə müzakirələrin aparılması nəzərdə tutulub.
    02.10.12 Məqaləni oxumaq
     
    Qəddafini Əsəd satıb
    Liviya müqavimət hərəkatının keçmiş iştirakçısı Rami əl-Obeydi bildirib ki, Müəmmar Qəddafinin aradan götürülməsinə fransız kəşfiyyatının əli var. “KƏLAMİNFO” xəbər verir ki, “Corriere della Sera” qəzetinə açıqlamasında bu şəxs bildirib ki, cəmahiriyyə liderinin yerinin müəyyən edilməsində fransızlara Suriya prezidenti Bəşər Əsəd kömək edib. Üsyançıların xarici kəşfiyyatla əlaqələrini tənzimləmiş bu şəxsin sözlərinə görə, Əsəd Qəddafinin istifadə etdiyi peyk telefonunun nömrəsini fransızlara verib.
    01.10.12 Məqaləni oxumaq
     
    Milli Məclis Avropa Parlamentinin qətnaməsinə qarşı bəyanat verdi
    Milli Məclisin bu gün keçirilən iclasında Ramil Səfərov məsələsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət üçün yaradılmış komissiya Avropa Parlamentinin müvafiq qətnaməsinə qarşı bəyanat hazırlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bəyanatı komissiyanın üzvü, deputat Sədaqət Vəliyeva oxuyub. Bəyanatda AP-nin qətnaməsindən təəssüf ifadə olunub. Həmçinin qeyd olunub ki R.Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsi zamanı yerli qanunlara və beynəlxalq konvensiyalara əməl olunub. Bəyanatda erməni terror təşkilatının azərbaycanlıları hədələməsinə diqqət yönəldilib və Ermənistanın “qəhrəman” elan etdiyi terroristlərin adları qeyd olunub. Bəyanat müzakirələrdən sonra qəbul olunub.
    01.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031