Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentə tövsiyə olunub
    Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, komitə sədri Ziyad Səmədzadənin sədrliyi ilə keçən iclasda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

    Komitə sədri bildirib ki, layihə enerji təhlükəsizliyi baxımından çox vacibdir. Layihə barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Metrologiya xidmətinin rəisi Oqtay Abbasov məlumat verib. O qeyd edib ki, bu sahəni tənzimləyən mövcud qanun 2000-ci ildə qəbul olunub və bu qanun hazırda mövcud dövrün beynəlxalq standartlarına cavab vermir: “Yeni qanun hazırlanarkən metrologiya sahəsində dünya praktikası öyrənilib və tətbiq edilib. Yeni sənəd Avropa Komissiyasının ekspertləri tərəfindən müzakirə edilib və onların layihə ilə bağlı təklifləri nəzərə alınıb”.
    09.10.12 Məqaləni oxumaq
     
    “Azərbaycan Dağlıq Qarabağ məsələsində hücum etməlidir”
    Almaniyanın sabiq dövlət naziri Qramke Yurgen: “ Azərbaycan İmici üzərində işləri davam etdirməlidir”

    Avropa məsələləri üzrə İnstitutun (INEA) sədri, professor, Almaniyanın sabiq dövlət naziri Qramke Yurgenlə müsahibəsi:

    - Siz bu günlərdə Bakıda keçirilən “Körpülərin qurulması” beynəlxalq konfransının iştirakçılarından biri oldunuz.

    - Konfransın əməli yekunları barədə nə deyə bilərsiniz?

    - Bu çox mühüm tədbir idi. Təşkilatçılar Azərbaycan və Avropa İttifaqı (Aİ) nümayəndələri arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparılması üçün əla imkan yaratdılar. Bilirsiniz, Avropa Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dənizyanı əraziləri həm enerji, həm də humanitar sahədə gələcək iri siyasi və iqtisadi layihələr regionu kimi nəzərdən keçirir.
    Avropa Azərbaycan kimi ölkələrlə əlaqələri möhkəmləndirməlidir, onları körpülər də adlandırmaq olar. Mən əminəm ki, Bakıda baş tutan konfrans bu istiqamətdə mühüm addım olacaq.

    - Siz Bakıya səfəriniz zamanı Azərbaycan prezidenti ilə görüşdünüz …

    - Bu çox maraqlı və konkret müzakirə oldu. Biz Avropa İttifaqı, Azərbaycanın Aİ ilə yaxınlaşması ilə bağlı məsələləri müzakirə etdik. Biz həmçinin enerji, enerji bazarında inhisar problemlərinin aradan qaldırılması məsələlərinə toxunduq. Eyni zamanda təhsil mövzusunu da müzakirə etdik.
    09.10.12 Məqaləni oxumaq
     
    Ərdoğan: Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”
    “Lazım gəlsə, biz hər an müharibəyə hazır olmalıyıq. Əgər müharibəyə hazır olmasan, sən nə dövlətsən, nə də millət. Atalarımız deyib ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan son günlər Suriyanın Türkiyə ərazisinə endirdiyi zərbələrlə bağlı danışarkən bildirib. Artıq beşinci gündür ki, Türkiyə Suriya sərhədində qarşılıqlı atışma gedir.
    09.10.12 Məqaləni oxumaq
     
    26 saxta diplomun xarici ölkələrdən əldə edilməsi sübuta yetirilib
    Azərbaycan Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı 2004-cü il yanvarın 1-dən 6982 müraciət daxil olub, onların 804-ü ilə bağlı qeyri-qanuni fakt aşkarlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov diplomların tanınması ilə bağlı yaradılmış yeni elektron sistemin təqdimatında bildirib. O qeyd edib ki, 26 saxta diplomun xarici ölkələrdən əldə edilməsi sübuta yetirilib: “Ekspert Qrupu tərəfindən şəxsi işlərin müzakirəsi nəticəsində 5637 müraciət müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətlərin verilməsi haqqında qərarlar qəbul edilib”. Nazir deyib ki, son illər ərzində ali təhsil almaq məqsədilə xarici ölkələrə gedən vətəndaşların sayı xeyli artıb. Onun sözlərinə görə, 2010-cu ildə diplomların tanınması ilə bağlı nazirliyə 1112, 2011-ci ildə 1234, 2012-ci ildə 1618 müraciət daxil olub: “Müraciətlər hazırda da daxil olur. Bununla əlaqədar təhsil sənədlərinin tanınması işi üzrə sektor tərəfindən vətəndaşların müraciətlərinə baxılması üzrə elektron xidmətin göstərilməsi zərurəti yaranıb”.
    09.10.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Məhəmməd Peyğəmbər məktəbi məscidə deyil, məscidi məktəbə çevirən Allahın elçisi olub”
    “Bakıda keçirilən son hicab adı altında toqquşma ünvan etibarilə Təhsil Nazirliyinə qarşı deyil, bütövlükdə cəmiyyətə qarşıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu protest ruhu Qərb dəyərlərinə daha çox uğrayan çoxmilyonlu xalq kütlələri ilə mühafizəkar ənənələrə bağlı olanları hələ çox üz-üzə qoyacaq: “Maraqlı statistikadır - dinə etiqad edənlər artır və hamı da avropalı olmaq istəyir. Böyük əksəriyyət Quranın buyurduğu kimi yaşaya və geyinə bilmir. İran isə hesab edir ki, hicab cəmiyyətdə stabilliyə və mənəvi dayanıqlığa xidmət edir. Bütün tarix boyu insanın özünüaparması və davranışları hər cür qiyamlara, toqquşmalara və gərginliyə səbəb olur”. Deputatın fikrincə, İrana görə, yalnız hicab vasitəsilə qəlb rahatlığına və cəmiyyətdəki harmoniyaya nail olmaq olar: “Onların təbirincə, qadının əsas quruluş elementlərinin görünməməsi onu kənar nəzərlərdən qoruyur, daxili mənini, fiziki inkişafını təmin edir, Allaha etiqadı, imanı vasitəsilə xeyirxahlığa, gözəlliyə və humanizm dəyərlərinə sahib olur.
    09.10.12 Məqaləni oxumaq
     
    Milli Məclis rəhbərliyinin qəbul günləri açıqlanıb
    Azərbaycan Milli Məclisinin rəhbərliyinin bəzilərinin oktyabr ayı üçün qəbul günləri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Belə ki, Milli Məclisi sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun bu ay üçün qəbul günü bu gündür. Vitse-spiker Bahar Muradova oktyabrın 17, vitse-spiker, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov isə oktyabrın 29-da vətəndaşları qəbul edə biləcək.
    09.10.12 Məqaləni oxumaq
     
    Abid Şərifov: “Xruşşovka”ların sökülməsi gündəmdə deyil
    “Vaxtilə Bakı şəhərində tikilən “Xruşşovka”ların sökülməsi məsələsi hələlik gündəmdə deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş nazirin müavini Abid Şərifov deyib. Hökumət rəsmisi qeyd edib ki, “Xruşşovka”lardan əvvəl şəhərin ətrafındakı “naxalstroy” tikililərin sökülməsi məsələsi gündəmdədir: “Bir mərtəbəli tikililəri qoyub, niyə “Xruşşovkaları sökməliyik? Kimsə belə şayiə buraxıb. Amma bu barədə deyilənlər həqiqətə uyğun deyil”.
    08.10.12 Məqaləni oxumaq
     
    Küveyt parlamenti buraxılıb
    Küveyt parlamenti buraxılıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, indi 60 gün ərzində ölkədə vaxtından əvvəl seçki keçirilməlidir. 2009-cu ildə seçilmiş parlamentin buraxılmasını xüsusilə müxalifət tələb edirdi. Müxalifət deputatları korrupsiya və siyasi iradəsizlikdə günahlandırır. 6 ildir ki, Küveytdə dərin siyasi böhran yaranıb. İndiki parlament hələ 3 ay bundan əvvəl buraxılsa da, Konstitusiya Məhkəməsinin qərarı ilə fəaliyyətini davam etdirirdi.
    08.10.12 Məqaləni oxumaq
     
    Çaves yenidən prezident seçildi
    Bazar günü Venesuelada prezident seçkisi keçirilib. 14 ildir ki, ölkəni idarə edən Uqo Çaves bu gün seşkilərdə qalib gəldiyini bəyan edib. O, 54 faiz, rəqibi Henrique Kapriles isə 44 faiz səs toplayıb. “KƏLAMİNFO” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, onun əsas rəqibi müxalifət blokundan olan 40 yaşlı namizəd Kapriles idi. Seçkiqabağı kampaniyalar çox gərgin keçib. Çaves rəqibini xarici dövlətlər və narkomafiyaya arxalanmaqda, Kapriles isə onu korrupsiya və dövlət əmlakını mənasız yerlərə xərcləməkdə günahlandırırdı. Kapriles artıq rəqibini təbrik də edib.
    08.10.12 Məqaləni oxumaq
     
    Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək
    Oktyabrın 20-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Yarmarkaya yerli və xarici şirkətlər tərəfindən vakant iş yerləri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək. Qeyd edək ki, tədbir Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq keçirilir.
    08.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031