Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Elnur Aslanov icazəsiz aksiyalarla bağlı cərimələrin artırılmasına münasibət bildirib
    Azərbaycanın Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov icazəsiz aksiyalarla bağlı cərimələrin artırılması üçün Milli Məclisə daxil olan layihəyə münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, E.Aslanov deyib ki, bununla bağlı qərarı parlamentarilər verəcək. Millət vəkilləri Milli Məclisdə açıq və şəffaf müzakirələr aparacaq, onlar bu layihə ilə bağlı öz sözlərini deyəcəklər. Bu layihə ilə bağlı hökumətin mövqeyinə gəlincə, E.Aslanov deyib ki, parlamentarilərin qəbul etdikləri qərarı dəstəkləməyə hazırdırlar.
    19.10.12 Məqaləni oxumaq
     
    Elnur Aslanov: Minsk qrupunun fəaliyyətində çox passivlik hiss olunur
    “İstəyimiz odur ki, Amerika Azərbaycana daha fəal şəkildə dəstək dursun”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında  “Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Azərbaycan Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib.
    E.Aslanov xatırladıb ki, Amerika ATƏT-in Minsk  qrupunun üzvüdür: “Çox təəssüflər olsun ki, son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupunun fəaliyyətində çox passivlik hiss olunur. Ona görə də, istəyimiz odur ki, ABŞ, həmçinin digər aparıcı dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynasın, işğalçını işğalçı kimi adlandırsınlar və Azərbaycan ərazilərinin ən yaxın zamanda azad olunmasına nail olunsun”. 
    19.10.12 Məqaləni oxumaq
     
    Debatdan sonra Obama Romnini xeyli geridə qoyub
    ABŞ-ın hazırkı prezidenti Barak Obama keçirilmiş debatda uğurlu çıxışından sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd Mitt Romninin xeyli geridə qoyub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, aparılmış sorğunun nəticələrinə görə, hazırda Obamanı amerikalıların 48%-inin dəstəklədiyi bir vaxtda Romnini cəmi 33% seçici dəstəkləyir. Debatın birinci mərhələsindən sonra namizədlər arasında seçici fərqi cəmi 2% təşkil edirdi.
    19.10.12 Məqaləni oxumaq
     
    Nuşirəvan Məhərrəmli: “Prodakşn şirkətlərinə birbaşa maliyyə vəsaitləri ayırmaq lazımdır”
    “Azərbaycanda çəkilən seriallara əlavə vəsaitin ayrılması gündəmdədir və bu proses üzərində iş gedir. Əgər vəsait ayrılarsa, o zaman prodakşn şirkətlərinə də birbaşa maliyyə vəsaitləri ayırmaq lazımdır”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, ölkədə televiziya kanallarının serial çəkməsində deyil, prodakşnların serial çəkməsində maraqlı olmaq lazımdır: “Çünki telekanallara bu dəstək hər zaman olmayacaq. Ona görə də kino sahəsində çalışan şirkətlər güclənməli, özləri filmlər çəkməli və efirdə yaranan boşluğu doldurmalıdırlar”. Hazırda göstərilən serialların keyfiyyətinə gəlincə, Şura sədri deyib ki, bir il öncə ilə müqayisədə irəliyə doğru müəyyən dəyişikliklər var: “Amma bu serialların keyfiyyətindən tamamilə razı qalmaq mümkün deyil. Hələ də müəyyən çatışmazlıq və nöqsanlar var. Bayağılıq, şitlik, aktyorların hərəkətlərində sünilik qeydə alınır. Amma onu da qeyd etməliyik ki, bu nöqsanlar tədricən aradan qaldırılır. Dörd ay əvvəl baxdığımız seriallarla indikilər arasında həm aktyorların seçilməsində, həm də keyfiyyət baxımından böyük fərq var”.
    19.10.12 Məqaləni oxumaq
     
    Rasmussen Kabilə gedib
    NATO-nun baş katibi Andres Foq Rasmussen bu gün Kabilə gedib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, onun Əfqanıstan prezidenti Həmid Kərzayi, hökumət nümayəndələri və deputatlarla görüşü gözlənilir. Jurnalistlərlə söhbətində Rasmussen bildirib ki, dünya ictimaiyyəti əfqan xalqına Əfqanıstanın inkişafı üçün yardımını davam etdirəcək. NATO-nun baş katibi 2014-cü ilin sonlarında Əfqanıstan ordusunun müstəqil şəkildə ölkənin təhlükəsizliyini təmin edəcəyinə ümid etdiyini də bildirib.
    18.10.12 Məqaləni oxumaq
     
    Ədəbi dilə daha çox riayət edən özəl telekanal mükafat qazana bilər
    Özəl telekanallar arasında Azərbaycan ədəbi dilinə daha çox riayət edilməsilə bağlı müsabiqə elan edilə bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi çərçivəsində aparılan monitorinqlərin nəticəsinə həsr edilən tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli qeyd edib ki, müsabiqənin nəticəsi olaraq mükafat təsis ediləcək. Onun sözlərinə görə, bu məsələ Şuranın qarşında duran əsas problemlərdən biridir. N.Məhərrəmli deyib ki, müsabiqə gələn il keçirilə bilər: “Hesab edirəm ki, belə bir müsabiqə televiziyalar arasında Azərbaycan dilinin qorunması ilə bağlı rəqabət yarada bilər ki, bu da çox yaxşı olar”.
    18.10.12 Məqaləni oxumaq
     
    TÜRKPA Beynəlxalq Parlamentlər İttifaqının 127-ci sessiyasında iştirak edəcək
    TÜRKPA nümayəndə heyəti 21-26 oktyabr tarixləri arasında Kanadanın Kvebek şəhərində keçiriləcək 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının 127-ci Sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Nümayəndə heyətinə TÜRKPA-nın Beynəlxalq Əlaqələr Komissiyasının sədri və Azərbaycanın Beynəlxalq Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov rəhbərlik edəcək. Nümayəndələr gənclərin iştirakı, münaqişədən sonra yenidənqurma, parlament toxunulmazlığı, çoxtərəflilik və parlament diplomatiyası, neft və enerji təhlükəsizliyi ilə bağlı mövzularda təşkil olunacaq panellərdə iştirak edə biləcəklər. TÜRKPA Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.
    18.10.12 Məqaləni oxumaq
     
    Ramil Usubov: “Türkiyənin yeni səfiri Alper Coşkunla görüşdü”
    Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə nazir dost, qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. General-polkovnik Ramil Usubov səfirə müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklər, keçilən çətin və eyni zamanda, şərəfli yol barədə məlumat vermişdir. Nazir deyib ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülüb.
    18.10.12 Məqaləni oxumaq
     
    Obama və Romni ikinci debatda qarşılaşdılar
    ABŞ prezidenti Barak Obama və respublikaçı namizəd Mitt Romni Nyu Yorkda Hofstra Universitetində ikinci dəfə üz-üzə gəliblər. Seçicilərlə görüş formatında keçirilən debatda vətəndaşlardan 11 sualı cavablandıran namizədlər işsizlik, enerji, vergilər və xarici siyasət məsələlərini müzakirə ediblər. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, ötən dəfəki debatdan fərqli olaraq, bu dəfə Barak Obama daha çox ötkəmlik nümayiş etdirib və Romnini bəzi məqamlarda sərt tənqid etməkdən çəkinməyib. Romninin iqtisadiyyatı dirçəltmək üçün irəli sürdüyü beş müddəalı plana rişxənd edən Obama Respublikaçı namizədin Bain Capital şirkətindəki fəaliyyətini önə çəkib: “Qubernator Romninin beş müddəalı planı yoxdur, bir müddəalı planı var. Bu plan odur ki, yuxarı sinfin nümayəndələri fərqli qaydalarla oynasınlar”.
    17.10.12 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “İrəvan bu əzələ nümayişindən təlaşa düşdü”
    “Türkiyə Suriyaya uçan Ermənistan təyyarəsini ərazisində saxlamaqla İrəvana əzələ nümayiş elətdirdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi “Qarabağ saatı”nda bildirib. O qeyd edib ki, bununla Türkiyə Ermənistana jest elədi ki, sabah lazım olarsa eyni təsiri Dağlıq Qarabağ məsələsində də edə bilər: “İrəvan bu əzələ nümayişindən təlaşa düşdü və dərhal Türkiyənin təyyarə ilə bağlı iradlarını qəbul etdi, sərt reaksiya verməyə cürət etmədi”. M.Əhmədoğlu deyir ki, bu gün Ermənistan Türkiyənin bölgədəki artan nüfuzunu görərək bu dövlətlə yaxınlıq eləmək istəyir: “Çünki bu gün regionda Rusiyanın hər üç ölkədə iqtisadi marağı olduğu halda ona qarşı müqavimət var, amma eyni halda iqtisadi marağı olan Türkiyəyə qarşı müqavimət yoxdur. Ona görə ki, Türkiyənin maraqları arzuolunandır. Ermənistan bundan narahatdır”.
    17.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031