Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Elmar Məmmədyarov Yunanıstanın keçmiş xarici işlər nazirini qəbul edib
    Elmar Məmmədyarov Yunanıstanın keçmiş xarici işlər naziri, Yunanıstan parlamentinin üzvü xanım Dora Bakoyannisi qəbul edib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Elmar Məmmədyarov qonağı ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərinə toxunan Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin genişlənməsi üçün potensialın olduğunu, xüsusilə də enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarının mövcud olduğunu nəzərə çatdırıb. Xanım Dora Bakoyannis Bakıda növbəti dəfə olmağından məmnun olduğunu bildirib və bu günlərdə keçirilən 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, həmçinin ölkəsi ilə Azərbaycan arasında mövcud münasibətlərin yüksək səviyyədə olduğunu və əlaqələrin gələcək inkişafı üçün potensialın olduğunu diqqətə çatdırıb.
    04.10.12 Məqaləni oxumaq
     
    Prezident Roza Otunbayevanı qəbul edib
    Prezident İlham Əliyev Qırğız Respublikasının keçmiş prezidenti Roza Otunbayevanı qəbul edib. ‘KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib. Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan xanım Roza Otunbayeva Bakıda, Gəncədə və respublikamızın digər regionlarında böyük infrastruktur layihələrinin həyata keçirilməsinin şahidi olduğunu deyib, ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurların onda dərin təəssürat yaratdığını qeyd edib.
    03.10.12 Məqaləni oxumaq
     
    Saakaşvili partiyasının müxalifətə keçdiyini bəyan etdi
    Gürcüstan prezidenti Mixail Saakaşvili hakim “Vahid Milli Hərəkat” Partiyasının məğlubiyyətini etiraf edib. “KƏLAMİNFO” “Novosti Qruziya”ya istinadən bildirir ki, prezident sədri olduğu partiyanın müxalifətə keçdiyini vurğulayıb. Gürcüstan prezidenti deyib ki, ölkənin yeni hökumətini seçkilərdə qalib gələn “Gürcü arzusu” koalisiyası quracaq. Dövlət başçısı olaraq yeni parlamentin fəaliyyətə başlayaraq sədr seçməsini və yeni hökuməti formalaşdırmasını təmin etməyə çalışacaq. O, etiraf edib ki, onun üçün “Gürcü arzusu”nun baxışları qəbuledilməz olub. Və onun sədri olduğu “Vahid Milli Birlik” partiyası ilə “Gürcü arzusu” arasında çox dərin fərqlər var: “Biz hesab edirik ki, onların baxışları doğru deyil. Lakin qərarı gürcü xalqının əksəriyyəti qəbul edib və biz bu seçimə hörmətlə yanaşırıq.
    03.10.12 Məqaləni oxumaq
     
    Azərbaycan Koreyanı “Bakutel”də iştiraka dəvət edib
    Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Koreyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Çoi Suk-İnlə görüşüb. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, görüşdə 2005-ci ildən indiyədək İKT sahəsində Koreya-Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunulub, 2006-2007-ci illərdə ölkələrin müvafiq nazirlikləri arasında İKT sahəsi üzrə imzalanmış Anlaşma Memorandumunun istiqamətləri müzakirə edilib. Həmçinin Koreyanın “Daewoo Telecom” şirkətinin Naxçıvan Muxtar Respublikasında quraşdırdığı telekommunikasiya avadanlıqlarının ödənişi ilə bağlı məsələnin uğurla həll olunduğu vurğulanıb. Daha sonra poçt sahəsində Azərbaycan-Koreya əməkdaşlığı, Koreya İxrac-İdxal Bankının Azərbaycanda “Elektron Hökumət”in tətbiqi ilə bağlı təklif etdiyi maliyyə vəsaiti, həmçinin Koreyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin təhsil alması ilə bağlı məsələ müzakirə edilib.
    03.10.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Elmar Məmmədyarov kubalı səfiri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, yeni səfirin fəaliyyəti iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcək. Görüşdə Azərbaycan-Kuba münasibətlərinin inkişafı üçün potensialın olduğu və bu baxımdan qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyəti qeyd olunub. Həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb. Kubanın yeni səfiri Omar Kinetoro ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu diqqətə çatdırıb və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmində olduğunu bildirib.
    03.10.12 Məqaləni oxumaq
     
    Filmin yaradıcısını öldürənə 200 min dollar mükafat
    Pakistanlı sabiq deputat İkramullah Şaiq antiislam videosu kimi dəyərləndirən filmin yaradıcısını öldürənə 200 min dollar mükafat verəcək. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, o, Pişəvar şəhərində 15 minlik kütlənin qarşısında bu təklifi edib. Bundan əvvəl də pakistanlı nazir Qulam Əhməd Bilour “Müsəlmanların məsumluğu” filminin yaradıcısını öldürənə 100 min mükafat vəd edib. Filmə etiraz nümayişləri zamanı Pakistanda 23 adam ölüb. Filmin yaradıcısı Nakoula Basseley Nakoula ABŞ-da həbs olunub.
    03.10.12 Məqaləni oxumaq
     
    Oskanyanın deputat toxunulmazlığı götürüldü
    Ermənistan parlamentində təmsil olunan koalisiya partiyaları sabiq xarici işlər naziri Vardan Oskanyanın deputat toxunulmazlığının götürülməsinə səs veriblər. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, qərarın lehinə 64, əleyhinə 6 səs verilib, 1 bülleten isə etibarsız hesab edilib.
    03.10.12 Məqaləni oxumaq
     
    Qarabağ müharibəsindən zərər çəkən gənclər peşə biliklərinə yiyələnib
    “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi (RİHMM) Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində icra etdiyi növbəti layihəni yekunlaşdırıb. Mərkəzdən “KƏLAMİNFO”ya verilən məlumata görə, təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçirilən kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunub. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Altı ay müddətində keçirilən layihədə 60 nəfər dərziliklə bağlı peşə bacarıqlarına yiyələnib.
    03.10.12 Məqaləni oxumaq
     
    Azərbaycanda “Əlillərin hüquqları haqqında” Konvensiyanın 4-cü ili qeyd edilib
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının ratifikasiya olunmasının 4-cü ildönümünə həsr olunmuş Dəyirmi masa keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, aidiyyatı hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Dəyirmi masanı giriş sözü ilə açan Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
    03.10.12 Məqaləni oxumaq
     
    Prezident BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib
    Prezident İlham Əliyev bu gün BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Fikrət Akçuranı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçuranın ölkəmizlə BMT arasında əməkdaşlığın genişləndirilməsi işindəki xidmətlərini vurğulayan dövlət başçısı onun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. F.Akçura ölkəmizdə gedən davamlı inkişaf proseslərinin önəmini vurğulayıb, Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib.
    03.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031