Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    İnsan alveri ilə mübarizəyə həsr edilən tədbir keçiriləcək
    Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti (UNDPİ) ilə Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) birgə təşkilatçılığı ilə oktyabrın 10-u Bakıda jurnalistlər üçün “İnsan alveri ilə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirəcək. Məlumatı “KƏLAMİNFO”ya BMT-nin İctimai İnformasiya Departamentindən veriblər. Tədbirdə İOM-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak qeyd edilən mövzu ətrafında təqdimatla çıxış edəcək. O, insan alveri mövzusunun mətbuatda işıqlandırılmasına dair jurnalistlərin suallarını cavablandıracaq. Tədbirdə, həmçinin UNDPİ-ın Azərbaycandakı nümayəndəsi Envera Selimoviç də çıxış edəcək. Tədbirin məqsədi media nümayəndələrini dünyada insan alveri ilə mübarizə aparan beynəlxalq təşkilat haqqında məlumatlandırmaq və eyni zamanda, təşkilatın Azərbaycandakı fəaliyyəti haqqında maarifləndirməkdir.
    03.10.12 Məqaləni oxumaq
     
    YAP Gənclər Birliyinin sədr müavini Malaziyada İCAPP-ın tədbirində iştirak edəcək
    YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov oktyabrın 5-də Malaziyanın paytaxtı Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclərin məşvərət iclasında Azərbaycanı təmsil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya YAP-dan veriblər. Səfər zamanı Malaziya Baş nazirinin müavini Muhiddin Bin Hj Mohd Yasin, İCAPP həmsədrləri Jose de Venecia və Çunq Eui-Yong, Malaziyanın səhiyyə naziri Datuk Rosnah Binti Hj Abdul Raşid Şirlin, Kamboca Baş nazirinin müşaviri Yara Suos və digər ölkələrin rəsmiləri ilə görüşlər gözlənilir. Tədbir çərçivəsində İCAPP-ın Gənclər Birliyinin təsis edilməsi, Asiya Siyasi Partiyalarının gənc liderləri arasında əməkdaşlığın qurulması nəzərdə tutulub.
    03.10.12 Məqaləni oxumaq
     
    “Euronews”in baş direktoru: “Qafqaz və Orta Asiya ölkələri barədə geniş məlumatlar yayılmır”
    “Yaxın gələcəkdə “Euronews” telekanalı Azərbaycan haqqında daha çox məlumatlar vermək niyyətindədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) telekörpü zamanı “Euronews” telekanalının baş direktoru Maykl Peters bildirib. “Ümid edirəm ki, Azərbaycanın “İctimai” televiziyası ilə əməkdaşlıq nəticəsində bu ölkə haqqında daha çox məlumatların verilməsinə nail olunacaq. M.Peters azərbaycanlı jurnalistləri Qafqaz regionu barədə kifayət qədər məlumatların yayılmaması ilə bağlı iradı ilə razılaşaraq qeyd edib ki, hazırda Qafqaz və Orta Asiya ölkələri barədə geniş məlumatlar yayılmır”.
    03.10.12 Məqaləni oxumaq
     
    İordaniyada parlament buraxıldı
    İordaniya kralı Abdullah parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar qəbul edib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, İordaniya parlamenti Nümayəndələr Palatası və Senat olmaqla iki qanaddan ibarətdir. 120 deputatdan ibarət Nümayəndələr Məclisi seçki yolu ilə formalaşır. Parlamentin alt qanadının buraxılması qərarının ölkədəki qarışıqlığın qarşışını almaq üçün verildiyi bildirilir. Ölkə müxalifəti uzun müddətdir dəyişiklik tələb edir. “Ali İslahat Komissiyası” adlı müxalif blokda birləşən, “Müsəlman Qardaşlar” və bəzi sol mövqeli partiyalar da daxil olmaqla 81 təşkilat bu gün paytaxt Əmmanda mitinq keçirəcəyini elan edib. Hökumət tərəfdarları da eyni yerə aksiya təyin edib, amma daha sonra toqquşma ehtimalını nəzərə alaraq qərarından daşınıb.
    03.10.12 Məqaləni oxumaq
     
    “Müsəlmanların məsumluğu” filmi Rusiyada qadağan olundu
    Moskva məhkəməsi “Müsəlmanların məsumluğu” filmini ekstremist film elan edib və bu filmin Rusiya ərazisində nümayişi qadağan olunub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, prokurorluq filmin ekstremist olduğuna nə qədər dəlil gətirsə də, hakim filmə məhkəmə zalında şəxsən baxmaq istəyib. Film ingilis dilində olduğu üçün tərcüməçi də dəvət olunub. Hakim öz qərarını filmə tam baxandan sonra verib.
    03.10.12 Məqaləni oxumaq
     
    Bahar Muradova ATƏT PA-nın payız sessiyasına gedir
    Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti qurumun payız sessiyasının işində iştirak etmək üçün oktyabrın 3-dən 8-dək Albaniyanın Tirana şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildirlər. Sessiya çərçivəsində əvvəlcə “ATƏT: sabitlik və təhlükəsizlik əsasında idarəetmə və inteqrasiyanın təşviqi” mövzusunda parlament konfransının keçirilməsi nəzərdə tutulur. Sonra sessiyada ATƏT regionunda milli-mədəni dəyərlərin müdafiəsi, maliyyə böhranına qarşı mübarizə, inkişafın stimullaşdırılmasında sərt iqtisadi siyasətin rolu və digər məsələlər müzakirə ediləcək. Nümayəndə heyətimizin üzvləri müzakirə edilən mövzularla əlaqədar öz fikirlərini bildirəcəklər.
    03.10.12 Məqaləni oxumaq
     
    “Türk Dünyası QHT-lər Birliyi”nin yaradılması təklif olunub
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Türk Dünyası QHT-lər Birliyinin Yaradılması” mövzusunda konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verib ki, Dünya Türklərinin Həmrəylik Gününə həsr olunan tədbir “Müasir İnkişaf”, “Türk Hərakatı” İctimai birliklərinin və Türk Ocaqlarının Bakı Təmsilçiliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə səslənən fikirlərə görə, Türk Dünaysının birliyində, xüsusən ictimai-siyasi, mədəni inteqrasiyasında qeyri-hökumət təşkilatları, ictimai birliklər, fondlar, xeyriyyə cəmiyyətləri, dərnəklərin xüsusi rolu var. Tədbirdə konfrans adından müraciət qəbul olunub. Müraciətin motivində türk dövlətləri rəhbərlərinin dəstəyi ilə aparıcı QHT-lərin fəaliyyətini koordinasiya edəcək “Türk Dünyası QHT-lər Birliyi”nin yaradılmasının artıq vaxtının çatdığı göstərilir.
    02.10.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat: “Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlərə start verilməsinin zamanı yetişib”
    “Artıq elə bir dönəmdir ki, Türkiyə ilə Azərbaycan arasında iki qardaş ölkənin birgə hərbi təlimlərə start verməsi zamanı çoxdan yetişib”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Deputat qeyd edir ki, ən azı torpaqlarımızı işğal edən Ermənistanda Rusiya hərbi bazasının genişləndirilməsi və yerli hökumətə hərbi hissələrin təhvil verilməsi bizdə də adekvat addım atmağa vadar edir: “Belə bir birgə təlim bölük, alay və ya digər formada vahid komandanlıq altında yaradılacaq bu hərbi birləşmə birgə döyüş təlimləri keçirə bilər. Bu məsələ “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin təsdiq edilməsi barədə 19 yanvar 2011-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənə bilər”.
    02.10.12 Məqaləni oxumaq
     
    Şevardnadze Jvaniyanın prezident olmasını istəyib
    Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bəyan edib ki, siyasi fəaliyyətində onun ən böyük səhvi ölkəyə hakimiyyətə Mixail Saakaşvilinin gəlməsinə kömək etmək olub. “KƏLAMİNFO” xəbər verir ki, “Asaval-dasavali” qəzetinə müsahibəsində o bildirib ki, Jvaniyanın prezident olmasını istəyirdi: “O zaman hakimiyyətdə olan komanda da bilirdi ki, Jvaniya birinci şəxs olacaq. Bu səbəbdən də onu öldürdülər”. Şevardnadze bildirib ki, Saakaşvili ötən əsrin 90-cı illərində parlamentin ədliyyə komitəsi sədri vəzifəsində yaxşı işləyirdi. Bu səbəbdən də onun siyasi karyerasına kömək edib.
    02.10.12 Məqaləni oxumaq
     
    Almaniyada 9 mindən çox insanın yoluxduğu virusun növü tapılmayıb
    Almaniyanın 5 əyalətində cümə günü çox sayda məktəbin bağlanmasına səbəb olan virusun növünü müəyyənləşdirmək mümkün olmayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, virusa yoluxan şagirdlərin və müəllimlərin sayının 9 mini keçdiyi bildirilir. Qusma və bağırsaq infeksiyası şikayəti ilə xəstəxanaya aparılan uşaqların iki gün içində yaxşılaşdığı bildirilir. Məktəblərə yeməyi eyni qida şirkətinin paylaması şübhələrin onun üzərində cəmlənməsinə səbəb olub. Şirkət isə ittihamları rədd edir.
    02.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031