Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    İnternet idarəçiliyi ilə bağlı Milli Konfrans keçiriləcək
    Azərbaycan İnternet Forumunun (AİF) təşkilatçılığı və İREX Media Azərbaycanın dəstəyi ilə 31 oktyabr tarixdə Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçiriləcək. AİF-dən “KƏLAMİNFO”ya verilən xəbərə görə, Milli Konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq “Inetrnet Governance Forum” (İnternet İdarəçiliyi Forumu) ərəfəsində milli internet infrastrukturun vəziyyəti ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaqdır. Tədbirin ölkəmiz üçün əhəmiyyətli olacağı ilə bərabər, təcrübə mübadiləsi və mövcud aktual problemlərin həlli istiqamətində də mühüm rol oynayacağı bildirilir.
    16.10.12 Məqaləni oxumaq
     
    Fəzail Ağamalı: “Qarışıq seçki sisteminin tətbiqi siyasi mühit üçün əhəmiyyətli rol oynaya bilər”
    Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Milli Məclisə seçkilərdə proporsional seçki sisteminin bərpasını və millət vəkillərinin sayının artırılmasını təklif edir. “KƏLAMİNFO” xəbər verir ki, jurnalistlərə açıqlamasında F.Ağamalı bildirib ki, Azərbaycanda siyasi sistemin gücləndirilməsi, siyasi partiyaların formalaşdırılması və siyasi proseslərdə fəallığının artırılması üçün proporsional seçki sisteminə keçilməsi mühüm əhəmiyyət kəsb edir: “Bunun üçün proporsional seçki sisteminin tətbiqinə böyük ehtiyac var. Mən çox arzulayardım ki, 2015-ci ilə qədər belə bir dəyişiklik həyata keçirilsin və biz həm majoritar, həm də proporsional seçki sistemindən istifadə edə bilək. Yəni bu, yenidən tətbiq olunsun. Çünki bunların hər birinin özünəməxsus üstünlükləri var”. O deyib ki, nə proporsional seçki sisteminin bütövlükdə tərəfdarıdır, nə də majoritar:
    16.10.12 Məqaləni oxumaq
     
    Ərdoğan: “Dünya qaydalarını müəyyən edən ölkələr, təşkilatlar düşüncə tərzlərini dəyişməlidirlər”
    “İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində (ECO) dəyişikliklər bizə imkan verir ki, siyasi transformasiyalar baş versin”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən ECO-nun 12-ci sammitindəki çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, bu, təşkilata üzv ölkələrə imkan verir ki, həm demokratiya axtarışları ilə məşğul olsular, həm də var-dövlətin ədalətli bölünməsi məsələsi həll edilsin: “İndi dünyada baş verən hadisələr göstərir ki, II Dünya müharibəsindən sonra yaradılan sistem artıq dəyişməlidir. Yeni sistem yaradılmalıdır. Artıq xalqlar belə yaşamaq istəmirlər. Dünya qaydalarını müəyyən edən ölkələr, təşkilatlar düşüncə tərzlərini dəyişməlidirlər. Bu olmasa, qlobal dəyişikliklərə nail ola bilməyəcəyik. Dünyada maliyyə böhranı göstərdi ki, mədəni, iqtisadi əməkdaşlığa ehtiyac var”.
    16.10.12 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: "bp ilə bağlı məsələni siyasiləşdirmək olmaz"
    "bp ilə bağlı məsələni siyasiləşdirmək olmaz". “KƏLAMİNFO” xəbər verir ki, bunu parlamentin sədri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib. O qeyd edib ki, bp ilə bağlı yerində olan iradları siyasiləşdirmək istəyirlər: "Bu işin məğzindən xəbəri olmayanlar savadsız yazılar yazırlar. Cənab prezident neft hasilatının əlifbasını söylədi. Elementar bir məsələdir ki, proqnozlar yerinə yetirilməlidir. Amma 3 ildir ki, proqnozlar, öhdəliklər yerinə yetirilməyib. Bundan şou, siyasi məsələ yaratmaq heç bir azərbaycanlıya şərəf gətirmir. Azərbaycanda neft hasilatı ilə bağlı bp öz öhdəliklərini yerinə yetirəcək, çünki son xəbərdarlığını aldı". Bu məsələ ilə bağlı deputatlar Zahid Oruc, Sahib Alıyev də münasibət açıqlayaraq, bp ilə bağlı tənqidi fikirlər səsləndiriblər.
    16.10.12 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz”
    “Ermənistanın törətdiyi Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən ECO-nun 12-ci sammitində çıxışı zamanı bildirib. O qeyd edib ki, Ermənistan BMT-nin məlum qətnamələrini yerinə yetirmir: “1992-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımı törədilib. Artıq üç dövlət bu soyqırımını rəsmən tanıyıb və onlardan biri ECO-ya üzv ölkə Pakistandır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz”.
    16.10.12 Məqaləni oxumaq
     
    Mahmud Əhmədinejad: “ECO-nun Siyasi Forumu yaradılmalıdır”
    “Dünyada böyük nüfuzu olan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Siyasi Forumu yaradılmalıdır. Bu, təşkilata üzv olan İslam ölkələri üçün də mütərəqqi addım olar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən ECO-nun 12-ci sammitindəki çıxışı zamanı İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bildirib. O qeyd edib ki, bu, İslam ölkələrinin dünya miqyasında daha güclü söz sahibi olması üçün də vacibdir: “Siyasi əməkdaşlığı, regional təşkilatlarda əməkdaşlığı davam etdirmək çox vacibdir”. O həmçinin deyib ki, iqtisadi sahədə əməkdaşlığa nail olmaq, gömrük qanunvericiliyinin yaradılması, su, quru, hava və dəmir yolu nəqliyyat xətlərinin inkişafı layihələrinin həyata keçirilməsi, ədalətli iqtisadiyyat prinsiplərinin yaradılması, milli valyutaların ticarət dövriyyələrində istifadəsi kimi işlərin həyata keçirilməsi vacibdir: “Kapitalist sistemi və köləlik, müstəmləkəçilik tərəfdarları öz tarixlərinin sonuna gəlib çıxıblar. Biz artıq yeni sistemin qurulması ərəfəsindəyik. Biz ruhani inanclar və qardaşlıq hisslərinə əsaslanaraq böyük işlər görə bilərik. Biz güclərimizi birləşdirərək indiki dünya sisteminin dəyişdirilməsinə, xalqlarımızın sülh və rifah içində yaşamasına xidmət edə bilərik”.
    16.10.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi ali məktəb rəhbərlərinə müraciət edib
    Azərbaycanın Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və fəaliyyətinə icazə verilmiş digər əlavə təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilən “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq rəhbər və pedaqoji kadrların ixtisasartırma təhsili modul-kredit əsaslı yeni model üzrə həyata keçirilməlidir. İxtisasartırma təhsilində yeni modelə keçidi təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən “İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsi və ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi barədə” 18 aprel 2012-ci il tarixli, 597 nömrəli əmr verilib. Həmin əmrlə ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi ilə bağlı işlərin yerinə yetirilməsi üçün müvafiq komissiya yaradılıb.
    16.10.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Əhməd Davudoğlu ilə görüşüb
    Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Nazir qonağı salamlayıb və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərdən məmnunluq ifadə edib. Əhməd Davudoğlu Azərbaycana səfərindən məmnunluq bildirib və iki dost və qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Görüş zamanı nazirlər Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
    16.10.12 Məqaləni oxumaq
     
    Obamanın üzüyü yeni müzakirələrə səbəb olub
    ABŞ-da prezident seçkilərinə üç həftədən az qalmış bir müddətdə prezident Barak Obamanın müsəlmanlığı ilə bağlı yenidən mübahisə düşüb. Bu dəfə mübahisənin mövzusu prezidentin nişan üzüyüdür. «KƏLAMİNFO» xəbər verir ki, «World Net Daily» saytı iddia edir ki, Obamanın üzüyündə «la ilahə illəllah» sözləri yazılıb. Sayt prezidentin «New Yorker» jurnalının üz qabığında dərc edilən fotosunu göstərib. Jurnal iddia edir ki, Obama həmin üzüyü hələ tələbəlik illərindən, yəni evlənməmişdən əvvəl taxır.
    16.10.12 Məqaləni oxumaq
     
    Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək
    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçiriləcəkdir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, oktyabrın 20-də baş tutacaq tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Yarmarkaya yerli və xarici şirkətlər tərəfindən vakant iş yerləri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək.
    16.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031