İbadət evləri: hansı rayonda necə məscid var? - V YAZI
|
Kəlam yurnalı olaraq Azərbaycanda mövcud olan, məscidlər haqqında silsilə yazıları davam etdirir. Bu yazılarda ölkəmizin bütün regionlarında mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan ibadət evləri haqqında geniş məlumat təqdim edirik.
|
11.10.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - I yazı
|
Son üç ayda (iyun-iyul-avqust) Azərbaycanda yaşayan milli azlıqlarla bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində heç də xoş olmayan informasiyalar yayıldı. Belə ki, iyun ayında Azərbaycanda yaşayan azsaylı xalqların bəzi nümayəndələri Rusiyada keçirilən separatçı tədbirə qatıldılar.
toplantı keçmiş SSRİ məkanında yaşayan avar və ləzgi xalqlarının nümayəndələri tərəfindən təşkil olunsa da, əsas hədəf Azərbaycan seçilibmiş. “Federal Ləzgi Milli Mədəni Muxtariyyatı” və “Avar Milli Mədəni Muxtariyyatı” adlı qurumların təşəbbüsü ilə “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasındakı dövlət sərhədinin mövcudluğu nəticəsində bölünmüş ləzgi və avar xalqlarının problemləri, onların həlli yolları” mövzusunda keçirilən beynəlxalq konfransda “Federal Ləzgi Milli Mədəni Muxtariyyəti”nin prezidenti Arif Kərimov etnik dağıstanlıların Azərbaycanda “problem”ləri ilə qarşılaşdığını bildirib, Rusiya və Azərbaycan arasında 2010-cu ildə bağlanılmış “dövlət sərhədi” barədə müqavilədən danışaraq Xaçmaz rayonunun Xraxoba və Üryanoba kəndlərinin Rusiya vətəndaşı olan ləzgi sakinlərinin Dağıstana köçürülmələri ilə bağlı üzləşdikləri “çətinlikləri” xüsusi vurğulayıb.
|
11.10.12 Məqaləni oxumaq
|
|
|
Qəzəb doğuran film
|
"Müsəlmanların Məsumiyyəti" filminin “YouTube”də nəşr olunan 13 dəqiqəlik fraqmentdə, həvəskar bir qrup oyunçu, "Həzrət Məhəmməd haqqındakı gerçəkləri açıqlayırıq" deyərək filimin qısa reklamını edirlər. Filmdə Həzrət Məhəmməd (s) qadın həvəskarı, müsəlmanlar isə quldur olaraq xarakterizə edilir.
ABŞ-da çəkilən film iyunun axırında Hollywoodda yerləşən balaca kinoteatrda nümayiş olunub. Lakin etirazlar bu filmin parçaları ərəb dilinə tərcümə edilərək YouToube-a yerləşdiriləndən sonra başlayıb.
|
11.10.12 Məqaləni oxumaq
|
|
|
Daha böyük hədəflərə doğru...
|
C.Mənsimi: “Mən uğur qazanmağın sirrinin yalnız valideynlərin bizə etdikləri xeyir-dualarından ibarət olduğunu düşünürəm”
Cəfər Mənsimini Şimali Kipr Doğu Akdeniz Universitetinin kampusunda çox az adam tapılar ki, tanımasın. Yaşının azlığına baxmayaraq bu bəstəboy, arıq oğlan Azərbaycanımızı uzaq Şimali Kiprdə tanıtmaq üçün dəridən-qabıqdan çıxır. Cəfər Mənsimi ictimai fəallığına görə, təhsil aldığı Doğu Akdeniz Universitetinin rektoru tərəfindən ali məktəbin tarixində ilk dəfə Yüksək Şərəf Təqaüdünə layiq görülüb və nəticə də təhsil haqqından azad olunub. Bu işdə ona Azərbaycanın millət vəkili və eyni zamanda Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova dəstək olub.
|
11.10.12 Məqaləni oxumaq
|
|
|
Luvrda İslam incəsənəti
|
Parisin Luvr Muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimi keçirilib. Mərasimdə Fransada səfərdə olan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etmişlər.
Dövlət başçısını və xanımını Luvr Muzeyi qarşısında Fransa Prezidenti Fransua Olland qarşıladı. Tədbirdə çıxış edən Luvr Muzeyinin baş direktoru Anri Luerett bildirdi ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr Muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm rol oynayır. Yeni zallar isə İslam sivilizasiyasının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır.
|
11.10.12 Məqaləni oxumaq
|
|
|
Mir Cəfər Bağırovun “Qarabağ” sevgisi...
|
və ya XX əsrin 20-ci illərindəki Ağdam...
XX əsrin 20-ci illərində tək Ağdam və Qarabağda deyil, bütün Azərbaycanda mürəkkəb siyasi vəziyyət yaranmışdı. Həmin vaxt Azərbaycan Demokratik Respublikasının varlığı sual altında qalmışdı. Rusiyada baş vermiş “Oktyabr” İnqilabının dalğası Bakıdan sonra artıq Qarabağa da çatırdı...
|
11.10.12 Məqaləni oxumaq
|
|
|
|
|
|
|
|