Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Təxəyyül ədəbiyyatın sərhədlərini genişləndirir
    İngiltərəli yazıçı Silvia Hartmann yeni romanını “Google Docs” üzərindən oxucuların gözü önündə yazır. “KƏLAMİNFO” “Bookseller”-ə istinadən xəbər verir ki, bir romanın necə yazıldığını görmək istəyənlər Silvia Hartmannın “The Dragon Lords” adlı yeni romanının keçdiyi yolu online şəkildə izləyər bilər. “Google” axtarış bölməsindəki “Google Docs” xidməti ilə yazıçının hər yeni cümləsi internet istifadəçilərinin monitorlarında əks olunur. Təqdimatlara görə, Hartmannın “Naked Writer” layihəsi oxuculara hekayə yazılarkən yazılanlarla bağlı şərh və fikir bildirmək və hekayənin gedişinə müdaxilə etmək imkanı da verir.
    11.10.12 Məqaləni oxumaq
     
    Uqo Çaves: “Razılaşmadıqda bombalarmı yağdırılmalıdır?”
    ABŞ-ın Kuba, İran və Suriya siyasətinin daimi tənqidçisi olan Venesuelanın dövlət başçısı Uqo Çaves sosialist siyasətini davam etdirəcəyinə vəd verib. O, səslərin ölkənin siyasi kursunun davamı üçün verildiyini deyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Çaves 54 faiz səsi sosialist siyasətinin davam etdirilməsinə mandat adlandırıb. Çaves müxalifətlə dialoqa hazır olduğunu, lakin öz prinsiplərindən dönməyəcəyini vurğulayıb.
    O, Qərbin yeni imperializm erasından müdafiə məqsədi ilə Suriyaya dəstək veriləcəyini bildirib. Çaves Suriyanın ABŞ, Venesuela, Liviya kimi suveren bir dövlət olduğunu deyib. “Razılaşmadıqda bombalarmı yağdırılmalıdır? Bu, düzgün deyil” - deyə o, sözünə davam edib.
    11.10.12 Məqaləni oxumaq
     
    Əkizlərin klipi olacaq
    Azərbaycanın əkiz bacılarından ibarət “S Twins” qrupu (Sevinc və Sevil Səfərovalar) ilk kliplərini təqdim etməyə hazırlaşırlar. “KƏLAMİNFO”nun  məlumata görə, məhəbbətdən bəhs edilən klip bəstəsi Cəmil Məmmədliyə aid olan «Sev məni» mahnısına çəkilib.
    Klipin rejissorluğunu populyar müğənni Roza Zərgərli öz üzərinə götürüb. “S Twins”in obrazları üzərində stilist Badamxanım Yusifzadə işləyib.
    Klip yaxın zamanda media əhlinə təqdim ediləcək.
    11.10.12 Məqaləni oxumaq
     
    Orta məktəblərin atlasları saxtalaşdırılır
    “Dövlət Torpaq Xəritəçəkmə Komitəsi  Bakı Kartoqrafiya Fabriki tərəfindən Azərbaycanın orta məktəbləri üçün hazırlanan atlaslar və kontur xəritələr bəzi işbazlar tərəfindən saxtalaşdırılır”. Bu fikri “KƏLAMİNFO”ya müsahibəsində Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov söyləyib.
    11.10.12 Məqaləni oxumaq
     
    QHT Əməkdaşlıq Alyansının Ümumi Yığıncağı keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının ali orqanı olan Ümumi Yığıncağının müzakirələri keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, 51 aparıcı QHT-ni özündə birləşdirən Alyans Ümumi Yığıncaqda öz fəaliyyətini qiymətləndirərək yeni istiqamətləri təsdiqləyib. Təşkilat Komitəsinin rəhbəri Rufiz Qonaqov bildirib ki, QHT Əməkdaşlıq Alyansı dövlətçilikdə, ölkənin milli dəyərlərinin inkişaf etdirilməsində və təbliğində öz məhsuldar töhfələrini verib. Daha sonra Ümumi Yığıncağın işçi orqanları seçildikdən sonra hesabatlar dinlənilib. QHT-lərin Antikorrupsiya Şəbəkəsinin koordinatoru, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev QHT-lərin fəaliyyəti haqqında danışarkən bildirib ki, Alyans özü üçün yeni təşəbbüslər formalaşdıracaq: “Bu cür Alyansların yaradılması cəmiyyətin əsas tendensiyalarını göstərir. Bugünkü Ümumi Yığıncaq vətəndaş cəmiyyətinin inkişafına da, hökumət və QHT-lər arasında da öz töhfələrini verəcək”.
    11.10.12 Məqaləni oxumaq
     
    Orta məktəblərin atlaslarında dəyişikliklər aparılacaq
    “Gələn ildən etibarən orta məktəblərin  atlaslarında dəyişikliklər aparılacaq. Həmçinin əvvəlkilərdən fərqli olaraq kontur xəritələr də atlasların içərisinə yerləşdiriləcək. Artıq bu işlərin hazırlığına başlanılıb”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov məlumat verib.
    M.Bayramov deyib ki, yeniliklər 6, 7, 8, 9 və 10-cu siniflərin atlaslarında olacaq. Onun sözlərinə görə, artıq 10-cu siniflər üçün yeni atlasın hazırlanması işinə başlanılıb. M.Bayramov deyib ki, 10-cu siniflərin atlası növbəti tədris ilinə hazır olacaq. Bütün atlaslar orta məktəblərin proqramlarına uyğun hazırlanacaq.
    11.10.12 Məqaləni oxumaq
     
    Komitə sədri: “Azərbaycanda ildən ilə ali məktəbə daxil olan qızların sayı kəskin azalır”
    “Azərbaycanda erkən nikah halları daha çox maddi vəziyyəti nisbətən ağır olan və çoxuşaqlı ailələrdə müşahidə olunur”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbirdə bildirib.
    11.10.12 Məqaləni oxumaq
     
    SAM rəhbəri Rusiya və Türkiyəyə rəsmi səfər edəcək
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov 11-13 oktyabr  tarixlərində Rusiyanın Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi Rusiya–Azərbaycan Gənclərinin Forumunda iştirak etmək üçün Moskva şəhərinə səfər edəcək.

    SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Rusiyadan sonra Fərhad Məmmədov Türkiyəyə yola düşəcək. Məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyi (TÜRKPA) tərəfindən 14-16 oktyabr  tarixlərində müxtəlif ölkələrdən olan gənc liderlərin iştirakı ilə “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Beynəlxalq Forumda iştirak və çıxış etməkdir. Forumun təşkilinin məqsədi regionda və Avrasiya məkanında sülh və sabitliyin əldə olunmasında əsas vasitəçilərdən olan gənc liderlərin konstruktiv dialoqunu yaratmaq üçün onları bir araya toplamaqdır.
    11.10.12 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi: “Münasibətləri heç kim poza bilməz"
    Şeyxülislam Allahşükür Paşazadə: "Bizi istəməyənlər də haqq yoluna gələcəklər"

    Azərbaycanda səfərdə olan İran İslam Respublikasının vitse-prezidenti, İranın Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi sentyabrın 6-da Təzəpir Məscidini ziyarət edib.

    İranlı qonağa bu nadir memarlıq nümunəsi haqqında məlumat verilib. Bildirilib ki, xeyriyyəçi Nabat xanım Aşurbəyovanın ötən əsrin əvvəllərində inşa etdirdiyi bu məscid sovet hakimiyyətinin müxtəlif dövrlərində başqa məqsədlər üçün istifadə olunub. 2009-cu ildə Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi ilə məsciddə əsalı təmir və yenidənqurma işləri aparılıb, ərazisi genişləndirilib.
    11.10.12 Məqaləni oxumaq
     
    Son dərəcə məsuliyyətsiz əməl...
    Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan dindarlarının iradəsini ifadə edərək Amerika Birləşmiş Ştatlarındakı son hadisələrlə bağlı bir sıra müsəlman ölkələrində baş verən olaylara öz münasibətini bildirməyi vacib hesab edir: Bu günlərdə ABŞ vətəndaşı rejissor Sem Besilin çəkdiyi “Müsəlmanların məsumiyyəti” adlı film islamafobiyanın növbəti göstəricisinə çevrilmişdir. Peyğəmbərimiz Hz. Məhəmmədi (s) təhqiramiz şəkildə təsvir edən bu üzdəniraq filmin nümayişi müsəlman dünyasının haqlı narazılığına və belə təxribatın acı nəticəsi kimi Liviyada Amerika səfirliyi əməkdaşlarının qətlinə səbəb olmuşdur. Nümayiş və etirazların dalğası bütün müsəlman dünyasını bürüməkdə və neçə-neçə günahsız insanın ölümünə yol açmaqda davam edir.
    11.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031