Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Məleykə Abbaszadə İngiltərəyə gedib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İngiltərəyə gedib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. O, oktyabrın 10-dan 13-dək İngiltərədə “Examining RISK” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Konfransın təşkilatçısı təhsilin qiymətləndirilməsi ilə məşğul olan Avropanın ən böyük təşkilatı – “Cambridge Assesment”dir. Bu təşkilat 150 ildən artıqdır ki, fəaliyyət göstərir və qiymətləndirmə sahəsi üzrə zəngin təcrübəyə malikdir. Müzakirə olunan məsələlərin əhəmiyyəti nəzərə alınaraq, konfransda yalnız Cambridge Assessment Network (Kembric Qiymətləndirmə Şəbəkəsi) qrupuna daxil olan yerli və beynəlxalq ekspertlər dəvət olunublar. “Examining RISK” mövzusunda keçiriləcək konfransda imtahanların məzmunu və təşkilati işlərlə bağlı meydana çıxa biləcək müxtəlif növ risklərin qarşısının öncədən alınması üçün zəruri olan tədbirlərə dair məruzələr dinləniləcək və bu istiqamətdə geniş müzakirələr aparılacaq.
    11.10.12 Məqaləni oxumaq
     
    Araz Əzimov: “Azərbaycana İranın Ermənistana “həyat” verməsi xoş gəlmir”
    “Azərbaycana İranın Ermənistana “həyat” verməsi xoş gəlmir”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov «Hurriyet Daily News»ə bildirib. “İran Ermənistanı enerji, təbii qaz və neftlə təmin edir. Yeni yollar tikir onlar üçün. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qəti mövqe İran və Rusiyanın dəstəyi ilə şərtlənir” - deyə nazir müavini bildirib. Onun sözlərinə görə, İran Ermənistanla gələcəkdə münasibətləri qurarkən Türkiyədən örnək götürməlidir: “Türkiyə bəyan edib ki, işğal olunmuş Azərbaycan torpaqları azad olunmaya kimi Ermənistanla münasibətlər qurmayacaq”. Bakı ilə Tehran arasında münasibətlərə toxunan Araz Əzimov bildirib ki, rəsmi Tehranın İranın nüvə alimlərinin İsrail tərəfindən öldürülməsində Bakını fəaliyyətsizlik göstərməkdə ittiham etməsindən sonra pisləşib. Lakin diplomatın sözlərinə görə, Bakı ilə Təl-Əviv arasında münasibətlər Tehranı narahat etməməlidir. O, əlavə edib ki, Azərbaycan imkan verməz ki, hər hansı bir üçüncü ölkə onun ərazisindən İrana hücum etsin.
    11.10.12 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: Hərbi qulluğa çağırış yaşının endirilməsi ilə bağlı söz-söhbətin əsası yoxdur
    “Azərbaycanda hərbi qulluqla bağlı yaş həddinin mövcud variantı özünü tamamilə doğruldur və göstərilən 35 yaş həddi variantı sağlamlığı imkan verən hər bir gəncin hərbi xidmət keçməsinə şərait yaradır”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, son günlər yaş həddinin endirilməsi ilə bağlı yayılan söz-söhbətin heç bir əsası yoxdur: “Yaş həddi 27 müəyyən olunan zaman bir qrup şəxs ali təhsili davam etdirərkən hərbi çağırışdan kənarda qalırdı. Bu da onlar üçün gələcəkdə müəyyən problemlər yaradırdı. Misal üçün, bir çox dövlət qurumunda çalışmaq üçün hərbi biletin olması vacibdir”. A.Mirzəzadə bildirib ki, maksimum çağırış yaşı 27-dən 35-ə qaldırıldıqdan sonra Azərbaycanda ordu sıralarından yayınma halları minimuma enib: “Azərbaycan Ordusunun bugünkü qüdrətinin və günün tələblərinə cavab verməsinin əsas səbəblərindən biri də orduya yararlı olan bütün kontingentin hərbi xidmətə cəlb olunmasıdır”.
    11.10.12 Məqaləni oxumaq
     
    Prezident Kuba səfirinin etimadnaməsini qəbul edib
    Prezident İlham Əliyev bu gün Kubanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kinteronun etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçərək etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Azərbaycan ilə Kuba arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu əlaqələri daha da genişləndirməyin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev iqtisadi və digər sahələrdə fəal əməkdaşlıq əlaqələri yaratmağın önəmini qeyd edib. Kubanın yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteron ölkəmizdə gedən çox böyük inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyib. Səfir Azərbaycan ilə Kuba arasında əlaqələrin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
    11.10.12 Məqaləni oxumaq
     
    Suriya müxalifəti Maaret al-Numan şəhərinə hücuma keçib
    Suriyada silahlı müxalifət Maaret al-Numan şəhərinə hücuma keçib. Bu şəhər Dəməşqdən Hələbə gedən əsas yolun üstündə yerləşir. Bu şəhər ətrafında artıq iki gündür döyüşlər gedir. Hər iki tərəf artilleriya zərbələrindən istifadə edir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu arada hökumət qoşunları üsyançıların Homs şəhərindəki mövqelərinə zərbələr endirir. Bir gün əvvəl Dəməşq ətrafında xüsusi təhlükəsizlik idarəsinin binası qarşısında partlayış olub. Onlarla adam ölüb.
    10.10.12 Məqaləni oxumaq
     
    Füzulidə müəllimlərə 20 manata elektron poçt açılması xəbəri təkzib olundu
    Füzuli Rayon Təhsil Şöbəsi bəzi mətbuat vasitələrində qurumla bağlı gedən yazılara münasibət bildirib. Qurumdan “KƏLAMİNFO”ya verilən məlumatda bəzi KİV-də müəllimlərə 20 manata elektron poçt açılması xəbəri təkzib olunur. Füzuli Rayon Təhsil Şöbəsi bildirir ki, elektron poçtun açılması hər bir şəxsin özünə aid olan məsələdir: “Bunun Təhsil Şöbəsinə nə dərəcədə aidiyyəti olduğu başadüşüləcək deyil. Həmçinin yazıda göstərilən Füzuli rayon müəllimlərinin sayı şişirdilmiş şəkildədir. Belə məlum olur ki, bu yazılanlar ağ yalandır, böhtandan başqa bir şey deyil. Bu cür böhtan xarakterli yazılar son dövrlərdə Füzuli Rayon Təhsil Şöbəsinin əldə etdiyi uğurlara kölgə sala bilməz”.
    10.10.12 Məqaləni oxumaq
     
    Nejdet Özel: “Suriya tərəfdən açılan zərbələrə layiqli cavab verilir”
    “Suriya tərəfdən açılan zərbələrə layiqli cavab verilir”. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisi Nejdet Özel bildirib. O, Suriya ilə sərhəd bölgələrə baş çəkib və Akçakale yaşayış məntəqəsində əhali ilə görüşündə deyib ki, “atəş açmağa davam etsələr, onlara daha şiddətli cavab verəcəyik”. Nejdet Özel sərhəd xəttində hərbçilərdən hazırkı vəziyyət haqqında məlumat alıb.
    10.10.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Konstantin Qrişenko ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Ukrayna xarici işlər nazirləri GUAM-ın 15 illiyi ilə əlaqədar Kiyevdə keçirilən xarici işlər nazirləri Şurasının iclasının gündəliyini müzakirə ediblər.
    10.10.12 Məqaləni oxumaq
     
    Qurbanlıq heyvanların satışı təşkil ediləcək
    İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcəklər. İİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Qurban bayramının yaxınlaşması ilə əlaqədar, əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil ediləcək satış məntəqələrinin ünvanları barədə əlavə məlumat veriləcək.
    10.10.12 Məqaləni oxumaq
     
    Romni Obamanı üstələyib
    Respublikaçılar partiyasının prezident seçkilərində namizədi Mitt Romni populyarlığına görə hazırkı prezident Barak Obamanı üstələyib.

    “KƏLAMİNFO” xəbər verir ki, “Röyters” bildirib ki, bu, «Pew Research»in keçirdiyi sorğunun nəticələrində əks olunub. Seçkilərdə iştirak etmək istəyən respondentlərin 49 faizi Romniyə, 45 faizi isə Obamaya səs vermək istədiklərini bildiriblər. Analitiklər Romninin populyarlığının səbəbini onun oktyabrın 3-də etdiyi çıxışı ilə əlaqələndirirlər.
    Oktyabrın 11-də hazırkı viste-prezident Co Bayden və respublikaçı Pol Rayan debata çıxacaq. Obama və Romni isə oktyabrın 22-26-da keçiriləcək debatlarda iştirak edəcəklər.
    10.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031