Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Zahid Oruc: “Azərbaycanda indi partiyalar və pul fenomeni açıq müstəviyə çıxır”
    “Artıq 2013-cü ildən başlayaraq Azərbaycanda dövlət partiyaların maliyyə buxovlarından azad olunmasına və yeni sistemin formalaşmasına, əvvəlki qərarlaşmış şəraitin dəyişməsinə doğru mühüm addım atacaq. Lakin bu, heç bir halda onunla ölçülə bilməz ki, partiyaların bu millət qarşısında xidməti və sosial-iqtisadi faydasının ölçüsü büdcədən ayrılan 2 milyon vəsaitə bərabərdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib. Onun sözlərinə görə, əsas məsələ partiyaların şəffaf idarəçiliyə qədəm qoyması, vəsaitlərin bölgüsü, güclü kadrların formalaşması və partiyaların idarəçiliyinə demokratiyanın gəlməsidir: “İndi hər kəs apardığı mübarizənin o təşkilata hansı faydaları qazandırdığının maddi ekvivalentini biləcək və partiyalar içərisindəki köləlik sisteminə son qoyulacaq. Hətta sadəcə dolu beyni və siyasi fəhmi ilə bir təşkilatın gücünü artıran simaların iqtisadi faydasını ölçən meyar ortaya qoyulacaq”. Deputat deyir ki, xalq qarşısında hər bir vəsaitin hesabatını istəyənlər cəmi bir il sonra Hesablama Palatası qarşısında dayanacaq: “Onda həqiqi partiyalaşmanın səviyyəsindən daha dolğun şəklidə bəhs etmək mümkündür.
    17.10.12 Məqaləni oxumaq
     
    İtaliyanın müdafiə naziri: Qarabağ münaqişəsinin nizamlanması Avropa üçün strateji əhəmiyyət kəsb edir
    Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəinki region, eləcə də bütövlükdə Avropa üçün strateji əhəmiyyət kəsb edir. “KƏLAMİNFO” erməni saytlarına istinadən xəbər verir ki, bu sözləri Yerevanda İtaliyanın müdafiə naziri Cammpaolo Di Paola keçirdiyi mətbuat konfransında bildirib. O İtaliyanın Qarabağ münaqişəsinin nizamlanmasına böyük önəm verdiyini vurğulayıb və əlavə edib ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvüdür. İtaliyalı nazir münaqişə tərəflərini qarşılıqlı etimada söykənən, Helsinki yekun aktına əsaslanan münasibətlər qurmağa çağırıb.
    17.10.12 Məqaləni oxumaq
     
    Jurnalistlər mükafatlandırıldı
    Bu gün Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarına həsr edilən tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbir Səbail RİH-də baş tutub. Tədbirdə Səbail RİH-nin başçısı Asif Əsgərov, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqə barədə məlumat veriblər. Qeyd olunub ki, müsabiqənin məqsədi Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Bildirilib ki, müsabiqə iyulun 27-si başlayıb və sentyabrın 30-u başa çatıb. Bu müddət ərzində müsabiqəyə 29 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. O da diqqətə çatdırılıb ki, elan edilən müsabiqədə 13 yer nəzərdə tutulub.
    17.10.12 Məqaləni oxumaq
     
    Musiqiçilərimiz MDB ölkələri IV Gənclər Musiqi Akademiyasında iştirak ediblər
    Ukraynanın Lvov şəhərində Xalq artisti Yuri Başmetin himayəsi altında MDB ölkələri IV Gənclər Musiqi Akademiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Akademiyada gənc musiqiçilər İlham Nəzərov (vokal), Ceyla Seyidova (skripka), Üzeyir Mahmudbəyli (viola) iştirak ediblər. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, akademiya daimi fəaliyyət göstərən tədris müəssisəsi deyil, hər il oktyabr ayında keçirilən beynəlxalq layihədir. Akademiya zamanı tələbələr Sergey Edelman (fortepiano), Aleksandr Trostyanski (skripka), Svetlana Nesterenko (vokal), Vitali Astaxov (viola), Aleksey Seleznyov (violonçel) kimi tanınmış müəllimlərin və əlbəttə ki, Yuri Başmetin ustad siniflərində iştirak etmək imkanı qazanıblar. Qeyd edək ki, 11 ölkədən 42 gənc musiqiçinin iştirak etdiyi Akademiyada Azərbaycanın istedadı gəncləri musiqi ictimaiyyətinin diqqətini cəlb ediblər.
    17.10.12 Məqaləni oxumaq
     
    Klinton səfirin öldürülməsinə görə ittihamları qəbul edib
    ABŞ dövlət katibi Hillari Klinton ötən ay Liviyadakı səfirin və daha 4 diplomatın öldürülməsi hadisəsi zamanı təhlükəsizliklə bağlı deyilən ittihamları qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Klinton CNN-ə verdiyi müsahibəsində deyib ki, xaricdəki diplomatların təhlükəsizlik məsələsinə o, cavabdehlik daşıyır. Klintonun sözlərinə görə, prezident Barak Obama və vitse-prezident Co Bayden Benqazidəki konsulluqda təhlükəsizlik məsələləri ilə bağlı qərar verməyib. Barak Obama və prezidentliyə digər namizəd Mitt Romninin oktyabrın 16-da keçiriləcək ikinci debatında Benqazidəki hücumla bağlı sualı cavablandıracağı gözlənir. Romni deyib ki, bu hücum Obamanın xarici siyasətindəki zəiflikləri göstərib.
    17.10.12 Məqaləni oxumaq
     
    “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticəsi açıqlanıb
    “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak üçün respublikanın əksər bölgələrini təmsil edən 151 məktəb müraciət edib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov müsabiqələrin Təşkilat Komitəsinin yekun iclasında deyib. Nazir əvvəlki illərdə olduğu kimi, bu il də müsabiqə iştirakçıları arasında Bakı məktəblərinin üstünlük təşkil etdiyini vurğulayıb və sənədlərin ekspertizasından sonra 111 məktəbin müsabiqənin II mərhələsinə buraxıldığını nəzərə çatdırıb. Müsabiqənin hər üç mərhələsinin yekununa görə 47 məktəbin qalib gəldiyini (3 məktəb Naxçıvan MR üzrə seçilir) söyləyən təhsil naziri ilk 10 yeri tutan məktəblərin adlarını sadalayıb. Nazir builki müsabiqəyə Mingəçevir və Naftalan şəhərlərindən, Lənkəran, Ağdam, Balakən, Qobustan, Qubadlı, Daşkəsən, Zəngilan, Yardımlı, Kəlbəcər, Goranboy, Laçın, Lerik, Tərtər, Saatlı, Xocalı, Xocavənd, Şuşa rayonundan məktəblərin qatılmamasından təəssüfləndiyini bildirib.
    17.10.12 Məqaləni oxumaq
     
    Siyavuş Novruzov: “Azərbaycandan molla gedib Fransada dini ayin icra edə bilərmi?”
    Milli Məclisin bu gün keçirilən iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Şurasının Venesiya Komissiyasının “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərlə bağlı açıqlamasına iradlarını bildirib. “KƏLAMİNFO” xəbər verir ki, S.Novruzov Azərbaycanın dünyada dini məsələlərdə hər zaman nümunə kimi göstərildiyini vurğulayıb: “İndi isə Venesiya Komissiyası “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər təklifi göndərib. Azərbaycanı sanki bir laboratoriyaya çevirmək, hansısa planları həyata keçirmək istəyirlər”. O qeyd edib ki, Venesiya Komissiyasının təklifinə görə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda dini fəaliyyətlə məşğul olmağa, dini ayinləri icra etməyə icazə verilməlidir. “Dünyanın heç bir ölkəsində belə bir məsələ yoxdur. Azərbaycandan molla gedib Fransada dini ayin icra edə bilərmi? Dərhal onun haqqında həbs qəti imkan tədbiri həyata keçiriləcək. Əyər yaxşıdırsa, bu dəyişiklikləri birinci digər ölkələrdə tətbiq etsinlər” – deyə deputat vurğulayıb. Novruzov Venesiya Komissiyasının təkliflərini qərəzli və qəbuledilməz olduğunu vurğulayıb: “Məsələ araşdırılıb, onlara qəti cavab verilməlidir”.
    17.10.12 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Azərbaycan ECO-ya üzv dövlətlərin maraqlarının beynəlxalq təşkilatlarda qorunmasında səylərini göstərir”
    Azərbaycan Prezident İlham Əliyev bu gün Bakıda keçirilən ECO-nun 12-ci sammitində çıxış edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident çıxışında bildirib ki, ECO-ya üzv ölkələr ilə Azərbaycanın çox geniş əməkdaşlığı var. Onun sözlərinə görə, yeni sədr olan Azərbaycan bu sahədə fəaliyyətinin genişləndirilməsi üçün əlindən gələni edəcək: “Hazırkı sammit çox əlamətdar tarix ərəfəsində baş verir. 1992-ci ilin noyabrında ECO-ya 7 yeni üzv daxil olub ki, onlardan biri də Azərbaycan idi. Azərbaycan öz fəaliyyətində ECO-ya daim böyük önəm verib. Bizi həm ortaq tarix, həm də siyasi və iqtisadi maraqlar birləşdirir. Hesab edirəm ki, təşkilatımızın bu tarixi irs üzərində formalaşması böyük ənənədir. Biz çalışırıq ki, islam mədəniyyətinin təbliği istiqamətində fəaliyyətimizi gücləndirək”. Prezident qeyd edib ki, ECO-a üzv ölkələri ümumi dəyərlər, o cümlədən İslam dini birləşdirir. “Biz bu dəyərlərə daim sadiqik”. O xatırladıb ki, ötən illərin birində Bakı İslam mədəniyyəti paytaxtı elan edilmişdi: “2018-ci ildə bu status Azərbaycanın digər qədim şəhəri olan Naxçıvana veriləcək. Hesab edirəm ki, bu bizə olan etimadın göstəricisidir”.
    17.10.12 Məqaləni oxumaq
     
    Ərdoğan: “Azərbaycanın ECO-ya baxışı daha geniş perspektiv olaraq qurulub”
    Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) sədrlik etdiyi dövrdə hazırlanan “2015-ci il üçün ECO-ya Baxış Sənədi”ndə gələcək fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən ECO-nun 12-ci sammitində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, Türkiyə sədrlik etdiyi dövrdə öhdəsinə düşən bütün işləri görüb və kifayət qədər təcrübə də əldə edib: “Biz bu təcrübəni qardaş Azərbaycanla bölüşməyə hazırıq”. O, həmçinin təklif edib ki, bütün iştirakçılar bu təşkilatın bütün güc və resurslarından istifadə etsinlər: “Yeni sədrlik etməyə başlayan Azərbaycanın ECO-ya baxışı daha geniş perspektiv olaraq qurulub və daha ümidvericidir. Biz Azərbaycan kimi ölkələrlə əməkdaşlığı daha çox genişləndiririk”. Qeyd edək ki, bu gün ECO-ya sədrlik Azərbaycana keçib.
    16.10.12 Məqaləni oxumaq
     
    Mişel Obama: “Seçki gününü gözləyə bilmədim. Səni sevirəm”
    ABŞ-ın birinci xanımı Mişel Obama vaxtından əvvəl qarşıdan gələn prezident seçkilərində əri Barak Obamaya səs verib. Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Mən bu saat poçt qutusuna bülleteni atdım - seçki gününü gözləyə bilmədim. Səni sevirəm” - deyə mikrobloqunda ərinə müraciətində yazıb. ABŞ prezidenti Barak Obama da vaxtından əvvəl, daha dəqiq desək, oktyabrın 25-də səs verəcəyini bəyan edib. O, amerikalıları onun kimi hərəkət etməyə çağırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, vaxtından əvvəl keçirilən səsvermə sentyabrın 27-də başlayıb. 50 ştatdan 34-də seçicilər məntəqələrə gəlib şəxsən seçkidə iştirak edə bilərlər, 28 ştatda isə bülletenləri poçtla göndərə bilərlər. Seçkilər noyabrın 6-da keçiriləcək.
    16.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031