Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    BMT TŞ Suriyanın Türkiyəyə bomba atmasını müzakirə edib
    BMT Təhlükəsizlik Şurasında Suriyanın Türkiyə ərazisinə bomba atılması müzakirə edilib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının bəyanatında bildirilir ki, baş verənlər Suriya münaqişəsinin qonşu ölkələr və bütün dünya üçün təhlükə yaratdığının sübutudur. BMT TŞ Suriyanı beynəlxalq qanunvericiliyə əməl etməyə, qonşu ölkələrin ərazi bütövlüyünü təmin etməyə çağırıb.
    06.10.12 Məqaləni oxumaq
     
    Gövhər Baxşəliyeva: Bu dialoqun hüdudları olmalıdır
    Bakı Beynəlxalq Humanitar Forumunun bu gün keçirilən “Cəmiyyətin həyatında multikulturalizm” mövzusunda keçirilən Dəyirmi masada millət vəkili, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva “Qloballaşan dünyada dinlərarası dialoq” adlı məruzə edib. “KƏLAMİNFO”nun məlumatına görə, G.Baxşəliyeva bildirib ki, bu gün din amilini nəzərə almadan dünya xalqlarının ictimai inkişaf yönümlərini dəqiq izləmək mümkün deyil. G.Baxşəliyeva “Qloballaşan dünyada dinlərarası dialoq” mövzusunun müasir Azərbaycan gerçəkliyi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb: “Çünki ölkə artıq 14 əsrdir İslam mədəniyyəti orbitinə daxildir və son vaxtlar, xüsusilə dövlət müstəqilliyini əldə etdikdən sonra beynəlxalq təsisatlara - istər İslam, istərsə də dünya və Avropa təsisatlarına sürətlə inteqrasiya olunur və təbiidir ki, fərqli inkişaf yönümlərindən təsirlənir”.
    06.10.12 Məqaləni oxumaq
     
    Xorvatiyanın sabiq prezidenti Azərbaycan Müdafiə Nazirliyində olub
    Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç Azərbaycan Müdafiə Nazirliyində olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazir Səfər Əbiyevlə görüş zamanı ölkələr arasında müxtəlif sahələr üzrə həyata keçirilən geniş əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. General-polkovnik Səfər Əbiyev qonağı Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionda yaranmış gərgin hərbi vəziyyətlə tanış edib. Görüşdə hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub.
    06.10.12 Məqaləni oxumaq
     
    Prezident Çili-Azərbaycan dostluq qrupunun rəhbərini qəbul edib
    Prezident İlham Əliyev bu gün Çilinin Deputatlar Palatasının yoxsulluqla mübarizə, planlaşdırma və sosial inkişaf daimi komissiyasının sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Çili Deputatlar Palatasının komissiya sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edib. Səfərin ikitərəfli münasibətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğulayan prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Dövlət başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu vurğulayıb.
    06.10.12 Məqaləni oxumaq
     
    Prezident Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbərini qəbul edib
    Prezident İlham Əliyev Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Uruqvaydan böyük nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf dövrünü yaşadığını vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün əlavə tədbirlər görməyin zəruriliyini bildirib. Azərbaycan ilə Uruqvay arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı daha da möhkəmləndirməyin vacibliyini qeyd edən dövlət başçısı münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini deyib. İkitərəfli münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
    06.10.12 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi ötən ay 12 turizm şirkətinə lisenziya verib
    Mədəniyyət və Turizm Nazirliyi sentyabr ayı ərzində 12 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verib, bir şirkətin isə adı dəyişdirilib. “KƏLAMİNFO” nazirliyin saytına istinadən xəbər verir ki, yeni lisenziya verilən şirkətlər bunlardır: “F. S Travel” MMC, “Metro Travel”, “Gilan Turizm” MMC, “My Travel” MMC, “R-Travel and Tour” MMC, “USE Study Group” MMC, “Ran Tur Travel Agency” MMC, “Qafqaz Travel” MMC, “Az Tez Tour” MMC, “L.İ.S Group” MMC, “FT” MMC, “Green Tour” MMC. “EURO-AZİA-AZ” MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziya isə “Carlton Travel Assistance” MMC adı ilə yenidən rəsmiləşdirilib.
    05.10.12 Məqaləni oxumaq
     
    Avropa Parlamentinin üzvü: “Çoxmədəniyyətliliyi müzakirə etmək təqdirəlayiqdir”
    “Bakıda keçirilən II Bakı Beynəlxalq Humanitar Forumda dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin dəvət olunması və onların xüsusən də çoxmədəniyyətliliyi müzakirə etməsi təqdirəlayiqdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə forumun iştirakçısı olan Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib O qeyd edib ki, bu forum iştirakçı dövlətlər üçün də bir fürsətdir: “Mənim birbaşa aidiyyəti olduğum çoxmədəniyyətlilik forum çərçivəsində geniş müzakirə olundu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə böyük təcrübəsi var və iştirakçı ölkələrin nümayəndələri bu praktikadan böyük məmnuniyyətlə yararlanırlar”.
    05.10.12 Məqaləni oxumaq
     
    İranın İstanbuldakı baş konsulluğuna “Molotov kokteyli” atılıb
    İranın İstanbuldakı baş konsulluğuna “Molotov kokteyli” adlandırılan partlayıcı maddə atılıb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə saat 07:30 radələrində baş verib. “Molotov kokteyli” konsulluğun qapısına dəyib və yanğın başlayıb. Yanğın qısa müddətdə söndürülüb. Hadisəni törətdiyi iddia edilən bir İran vətəndaşı saxlanılıb. Yazar olduğunu bildirən Cavad Bizhetap adlı şəxs ailəsinə və özünə İranda zülm edildiyi üçün bu hücumu həyata keçirdiyini bildirib.
    04.10.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat MDB PA-nın komissiyasında sədr müavini olacaq
    Oktyabrın 6-da Moldovanın Kişinyov şəhərində MDB Parlamentlərarası Assambleyasının Hüquq məsələləri üzrə daimi komissiyasının iclası keçiriləcək. İclasda Azərbaycan Milli Məclisin deputatı Hacı Salayev bu komissiyanın sədr müavini kimi iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Tədbirdə “Firma adları haqqında”, “Ticarət sirri haqqında”, “MDB iştirakçısı olan ölkələrin Dünya Ticarət Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətinin hüquqi təminatı haqqında” və “Mübahisələrin məhkəmədən kənar həlli haqqında” model qanun layihələri müzakirə olunacaq. İclasda Hacı Salayev çıxış edəcək, müzakirə olunan qanun layihələrinə münasibət bildirəcək.
    04.10.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov İSESKO-nun baş direktoru ilə görüşüb
    Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. E.Məmmədyarov Azərbaycan və İSESKO arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu qeyd edib və dövlətimizin təşkilatla münasibətlərə verdiyi önəmi vurğulayıb. İSESKO-nun baş direktoru Azərbaycana səfərindən məmnunluğunu diqqətə çatdırıb və 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun mədəniyyətlərarası dialoq və qlobal humanitar məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyətini qeyd edib. Azərbaycanın mədəniyyətlər arasında dialoqun aparılması üçün uğurlu ölkə olduğunu vurğulayıb və ölkəmizin bu istiqamətdə göstərdiyi fəaliyyətə görə öz təşəkürünü bildirib.
    04.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031