Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Misir Mərdanov: Yaşlı müəllimlərin fəaliyyəti bacarıq və qabiliyyətlərinə görə tənzimlənməlidir
    Müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmalı, gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməlidir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikri təhsil naziri Misir Mərdanov deyib. Məktəblərdə şagird-müəllim nisbəti məsələsinə toxunan təhsil naziri bu problemin ciddi xarakter daşıdığını və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu bildirib. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan M.Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını ifadə edib.
    22.10.12 Məqaləni oxumaq
     
    Avropa Birliyinin ikigünlük sammiti işə başlayıb
    Avropa Birliyinin ikigünlük sammiti işə başlayıb. Əsas müzakirə Avropada böhranla mübarizə məsələsidir.

    “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, sammit Yunanıstandakı kütləvi aksiyalar keçirilən vaxtda baş tutur. Dünən Yunanıstanda hökumətin antiböhran tədbirləri əleyhinə ümumi tətil keçirilib. Həmin tədbirlər əmək haqları və pensiyaların azaldılmasını nəzərdə tutur.
    20.10.12 Məqaləni oxumaq
     
    Azad Rəhimov: “Gənclərlə iş Azərbaycan üçün hər zaman çox vacib sosial və humanitar sahədir”
    “Gənclər və onlarla bağlı aparılan iş Azərbaycan üçün hər zaman çox vacib sosial və humanitar sahədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

    O qeyd edib ki, bu sahə daima Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı əhatəsindədir: “Bu gün gənclərlə bağlı vacib amillərdən biri də dünyaya inteqrasiya məsələsidir və bu istiqamətdə Azərbaycan dövləti uğurlu addımlar atıb. Xüsusilə MDB Gənclər Şurasında aktivliyimiz gənclərimizin inteqrasiya məsələsində başlıca rol oynayır. Məhz bu aktivlik nəticəsində nəinki MDB Gənclər Şurası, o cümlədən digər beynəlxalq təşkilatların gənclər birlikləri bir sıra müzakirələri Bakıda həyata keçirirlər”.
    20.10.12 Məqaləni oxumaq
     
    “Azərbaycan 2020: gələcəyə baxışвЂќ İnkişaf Konsepsiyası prezidentdə təqdim olunacaq
    “Azərbaycan 2020: gələcəyə baxışвЂќ İnkişaf Konsepsiyası dekabr ayında prezidentdə təqdim olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib.

    E.Aslanov xatırladıb ki, ötən il konsepsiyanın hazırlanması ilə bağlı prezident sərəncam imzalayıb və proqramın hazırlanması ilə bağlı müvafiq qurumlar iş aparıblar. Onun sözlərinə görə, bu strategiya Azərbaycanın yalnız iqtisadi və sosial inkişafını deyil, həmçinin 2020-ci ildə Azərbaycanda demokratik təsisatların daha təkmilləşdirilmiş şəkildə olmasını, QHT-lərin Azərbaycanda fəaliyyətini, üçüncü sektorun cəmiyyətin həyatında daha fəal rol oynamasını və digər məsələləri özündə əks etdirir.
    20.10.12 Məqaləni oxumaq
     
    Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək
    Sabah saat 11.00-dan 17.00-dək Bakı Biznes Mərkəzində (Neftçilər prospekti, 44) Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq, xaricdə təhsil almış gənclər üçün İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək.

    İİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, yarmarkaya iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı,  tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50 nüfuzlu yerli və xarici şirkət tərəfindən 500-dən çox vakant iş yeri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək.
    19.10.12 Məqaləni oxumaq
     
    Müdafiə Nazirliyində ABŞ-Azərbaycan hərbi əməkdaşlığı müzakirə olunub
    Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri, regionda vəziyyət və Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada əhəmiyyəti rolu barədə geniş fikir mübadiləsi aparılıb.
    19.10.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Alman-Azərbaycan Forumunda çıxış edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya rəsmi səfəri çərçivəsində Alman-Azərbaycan Forumunun təşkil etdiyi qəbulda çıxış edib.

    Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Elmar Məmmədyarov bu il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd olunduğunu bildirib və iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Almaniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində tutduğu mövqeyi yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanın Almaniya ilə ikitərəfli münasibətləri mədəniyyət və humanitar sahələr də daxil olmaqla bundan sonra daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
    19.10.12 Məqaləni oxumaq
     
    “Müxalifət şəhərin mərkəzini seçməklə qarışıqlıq yaratmaq istəyir”
    Mübariz Qurbanlı: “İctimai Palatanı qeyri-ciddi, ölü yaranmış bir qurum kimi tanıyıram”

    Milli Məclisin üzvü, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı suallarımızı cavablandırıb.

    - Mübariz müəllim, İnzibati Xətalar Məcəlləsində qanunsuz aksiyaların keçirilməsi ilə bağlı cərimələrin bir neçə dəfə artırılması gündəmdədir. Bu, xüsusilə müxalif düşərgədə narazılıqlarla qarşılanır. Buna münasibətiniz necədir?

    - Bu məsələdə xüsusilə müxalif düşərgənin narahat olmasını anlaya bilmirəm. Əgər onlar həqiqətən qanuni aksiyanın tərəfdarıdırlarsa, kiməsə zərər vermək istəmirlərsə, niyə bundan narahatdırlar? Qanundakı bu dəyişiklik ona yönəlib ki, kim asayişin pozulmasına yönəlik aksiyalar keçirir, iğtişaşlar törədirsə, buna qatılırsa, onlar indikindən bir neçə dəfə artıq cərimələnəcəklər.
    Azərbaycanda sərbəst toplaşma ilə bağlı qanunvericilik bazası mövcuddur və bu da vətəndaşların söz azadlığını qanuni, sərbəst formada ifadə etməsi üçün yüksək səviyyədə təminat yaradır. Əgər kimlərsə qeyri-qanuni aksiyalara cəhd edirsə, ictimai yerlərdə asayişi pozursa, vətəndaşlara maddi və mənəvi zərər yetirirsə və sair qanunsuz əməllər törədirsə, əlbəttə ki, bunlara qarşı cərimə sanksiyalarını gücləndirmək lazımdır. İndiyə qədər paytaxt küçələrində bəzi qruplar qeyri-qanuni aksiyalara cəhd edirdilər, asayişi pozurdular, obyektlərə zərər yetirdirlər və yüngül cərimə ilə də ötüşürdülər.
    19.10.12 Məqaləni oxumaq
     
    Əsəd rejimi Suriya əhalisinə qarşı hava hücumları həyata keçirir
    Suriyalı fəalların və həkimlərin verdiyi məlumatda hökumət qüvvələrinin ölkənin şimalına üsyançıların nəzarəti altında olan ərazidə keçirdiyi hava hücumları zamanı təxminən 20 insan həlak olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, fəalların bildirdiyinə görə hava hücumları Məaret əl-Numan şəhəri daxil olmaqla İdlib və Hələb  əyalətlərinin dörd şəhərində keçirilib. Həkimlər ölənlər arasında bir neçə uşağın olduğunu deyib. Hava hücumları zamanı çəkilmiş və internetdə yerləşdirilmiş video görüntülərdə çoxmərtəbəli binaların qalıqları altından insanların cəsədlərinin çıxarıldığı nümayiş olunur. Fəalların verdiyi məlumatlar və video görüntülər müstəqil mənbələr tərəfindən təsdiqlənmir.
    19.10.12 Məqaləni oxumaq
     
    BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi atəşkəs danışıqları aparacaq
    BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi oktyabrın 20-də Suriyaya gedəcək. Onun Suriya rəhbərliyi ilə görüşü gözlənilir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, onun prezident Bəşər Əsədlə görüşüb-görüşməyəcəyi isə məlum deyil. Xarici işlər naziri Valed Muallimla görüş isə planlaşdırılıb. Əsas müzakirə Qurban bayramı günlərində atəşkəs elan olunması ilə bağlı olacaq.
    İran prezidenti Mahmud Əhmədinejad atəşkəs təklifini bəyənib. Brahimi deyib ki, bu ideyanı Ərəb Dövlətləri Liqası da bəyənib.
    19.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « Okt.2012
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031