Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : 1 2 3 4 5  #
    Ali məktəblərə keçiriləcək qəbul imtahanlarında xarici dil üzrə yeni proqram qəbul edilib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) alman, fransız və ingilis dilləri üzrə elmi-metodik seminarlar keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.

    Birinci seminarda 2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının alman dili və fransız dili proqramları müzakirə olunub. İclas müxtəlif orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərinin iştirakı ilə keçib, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müəllimlər də videobağlantı vasitəsilə bu müzakirədə iştirak edərək öz fikirlərini bildiriblər. Seminar iclasında proqramların daha da təkmilləşdirilməsi istiqamətində müxtəlif fikirlər səslənib.
    Səslənən fikirlər müzakirə edilib və bir neçəsi proqramlarda nəzərə alınıb. Sonra müzakirə olunan proqramlar seminar iştirakçıları tərəfindən qəbul edilib.
    30.10.12 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi 49 obyekti bağladı
    Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 67 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
    30.10.12 Məqaləni oxumaq
     
    Ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2139 cinayət faktı aşkar edilib
    Cari  ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2139 cinayət faktı aşkar edilib. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan “KƏLAMİNFO”ya verilən məlumata görə, qeyd olunan faktlar üzrə 1707 nəfər cinayət məsuliyyətinə cəlb edilib, şəxslərdən ümumi çəkisi 1 ton 20 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları müsadirə edilib. Müsadirə olunan narkotik vasitələrin tərkibində həşiş 477 kq ( 46,16 %)  təşkil edib.
    30.10.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: Müxalifət partiyaları aksiyalarla nəyisə dəyişəcəklərini düşünürlərsə, yanılırlar
    «Etiraz aksiyası keçirmək müxalifətin hüququdur. Amma bu hüquq qanun çərçivəsində həyata keçirilməlidir». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

    İctimai Palatanın parlamentin qarşısında nəzərdə tutduğu piketin məqsədinə münasibət bildirən B.Muradova qeyd edib ki, bu təşkilatda birləşənlər həmin aksiya ilə nəyisə dəyişəcəklərini düşünürlərsə, yanılırlar. «Onlar parlamentin buraxılmasını da tələb edirdilər. Belə tələblərin yerinə yetirilməsi mümkünsüzdür. Həm hüquqi, həm də praktiki cəhətdən bu proses mümkün deyil. Ona görə də mümkünsüz olan tələblərin ətrafında müzakirələr açılmasının tərəfdarı deyiləm» - deyə vitse-spiker vurğulayıb.
    30.10.12 Məqaləni oxumaq
     
    Avropanın gənc alimləri Azərbaycana toplaşacaq
    Gələn ilin may-iyun aylarında Avropa Gənc Alimlərinin Bakı Forumunun  keçirilməsi nəzərdə tutulub. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Oruov deyib.

    İ.Orucov bildirib ki, cari il noyabr ayının sonunda bir qrup nümayəndə heyətinin Avropa Gənc Alimlər Şurasının Brüsseldə yerləşən ofisinə səfəri olacaq. Onun sözlərinə görə, səfərdə məqsəd forumun vaxtını dəqiqləşdirmək, proqramını müzakirə etmək, tədbirin formatını razılaşdırmaqdan ibarətdir. Hazırda proqramın layihəsi üzərində iş aparıldığını açıqlayan İ.Orucov qeyd edib ki, belə böyük tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin elmi və gənc alimləri üçün mühüm əhəmiyyət kəsb edəcək. İ.Orucov vurğulayıb ki, tədbirdə müxtəlif elmi istiqamətlər üzrə gənc alimlərin əməkdaşlığının qurulması, elmlərarası əlaqələrin yaradılması, Azərbaycan elminin dünyaya inteqrasiyası, vahid Avropa elmi məkanının formalaşdırılması və digər məsələlər müzakirə olunacaq. Bu forum Azərbaycanın tanıdılması üçün də müsbət addımdır. 
    30.10.12 Məqaləni oxumaq
     
    Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlir
    Avronest PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycanda səfərdə olacaq.

    “KƏLAMİNFO”nun məlumatına görə, qonaqlar noyabrın 2-də Qaçqınların və Məcburi   Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Yeni Azərbaycan Partiyası Baş katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Xarici İşlər Nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərov, Avronest nümayəndə heyəti ilə, habelə Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəklər.
    Səfərin 2-ci günündə nümayəndə heyəti Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və Crystal Sarayla tanışlığı da gözlənilir.
    Xatırladaq ki, səfərin sonuncu günü yəni noyabrın 3-də qonaqların Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə görüşü nəzərdə tutulur.
    Həmin gün qonaqların ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüşü də gözlənilir.
    30.10.12 Məqaləni oxumaq
     
    Obama "Sendi" qasırğası ilə bağlı müraciət edib
    ABŞ prezidenti Barak Obama "Sendi" qasırğası ilə bağlı müraciət edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Obama amerikalılara müraciətində qasırğanın ciddi və böyük olduğunu deyib: “Bunu ciddi qəbul edin”. Obama bu gün və sabaha olan seçki proqramlarını da təxirə salıb. Prezident qasırğadan sonra təmizləmə işlərinin də xeyli vaxt apara biləcəyini deyib. “Dostlarınızı, yaşlı qonşularınızı yoxlayın. Onların da hazırlıqlı olduğuna əmin olun”.
    30.10.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: İndiyə qədər 149 uşaq bioloji ailələrə verilib
    Bu gün “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və nativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsinə dair tədbir keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç, “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının məsul əməkdaşı və layihə çərçivəsində maliyyə təhlilinin aparılması üçün xüsusi dəvət edilən maliyyə məsələləri üzrə beynəlxalq ekspertlər iştirak edirlər.
    30.10.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “İqtidar kimlə o söhbəti eləyib ki…”
    “Azərbaycanda özünü “milli-demokratik və aparıcı” adlandıran müxalifətlə iqtidar arasında 2013-cü il prezident və 2015-ci il parlament seçkiləri ilə bağlı gizli anlaşma, razılaşma əldə olunması ilə bağlı həmin düşərgəyə aid olan mediada məlum fikirlərin səslənməsinin özü onların nə qədər acınacaqlı bir durumda olduğunu göstəricisidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, bu, bütövlükdə həmin müxalifətin gücsüzlüyünü göstərir: “Çünki bu “analitik”lər real vəziyyəti, gedən ictimai-siyasi prosesləri obyektiv olaraq dəyərləndirərək, bundan nəticə çıxarmaqdansa, buna uyğun hərəkət etməkdənsə, sadəcə, nə vaxtsa kiminsə iradəsinə uyğun olaraq hansısa bir hadisənin baş verəcəyini, kiminsə qərarı ilə vəziyyətin onların xeyrinə dəyişəcəyi barədə “proqnoz”lar verirlər və bu “proqnoz”ların reallaşacağına ümid edirlər.
    30.10.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Abdulla Gülü və Ərdoğanı təbrik edib
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdulla Gülə təbrik məktubu ünvanlayıb. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk. Xalqlarımızın yekdil iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi, müttəfiqliyi və tərəfdaşlığı qardaşlıq duyğularımızı bariz şəkildə təcəssüm etdirir".
    30.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031