|
Səhifələr : # 10 11 12 13 14 15 16 17 18 #
Koreya universitetlərində 70 nəfərdən artıq azərbaycanlı təhsil alır
|
Təhsil naziri Misir Mərdanov Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-İn ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Görüşdə Misir Mərdanov təhsil sahəsində Azərbaycanla Koreya arasında son illər genişlənməkdə olan əlaqələrdən söz açıb.
Təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir iki ölkə arasında tələbə mübadiləsinin ilbəil artdığını, hazırda 70 nəfərdən artıq azərbaycanlı gəncin Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırıb. M.Mərdanov ölkəmizin 5 ali məktəbində koreyaşünaslıq üzrə tədris aparıldığını bildirib.
|
10.10.12 Məqaləni oxumaq
|
|
|
Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının I Regional Konfransı davam edir
|
Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının I Regional Konfransı davam edir.
“KƏLAMİNFO” xəbər verir ki, tədbirdə iştirak etmək üçün Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan dövlət qurumları, Avropa Komissiyasının nümayəndələri və QHT sektorunu təmsil edən 120-dən artıq iştirakçı təmsil olunur. Ölkəmizi konfransda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
|
10.10.12 Məqaləni oxumaq
|
|
|
Muzey Mərkəzində “İdman-incəsənət” sərgisi açılacaq
|
Bu gündən başlayaraq oktyabrın 15-dək Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı, Muzey Mərkəzi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət “İdman-incəsənət” (Sport-Art) sərgisi təşkil olunacaq. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgi “Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyinin keçirilməsi haqqında” Tədbirlər Planına uyğun olaraq təşkil olunur. Sərginin keçirilməsində məqsəd ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlərin incəsənət əsərləri vasitəsi ilə nümayişi, gənc nəslin idman və incəsənətə marağının artırılmasından və idmanın insan həyatındakı hərtərəfli əhəmiyyətini göstərməkdən ibarətdir.
|
09.10.12 Məqaləni oxumaq
|
|
|
İçərişəhərdə “YAY!”ın açılışı olacaq
|
Sabah İçərişəhərdə tikilən ilk “YAY!” Müasir İncəsənət Qalereyasının açılışı olacaq. “KƏLAMİNFO” xəbər verir ki, qalereya gənc rəssamlar Faiq Əhməd, Fərid Rəsulov və Elşən İbrahimovun əsərlərindən ibarət sərgi ilə açılacaq. Qalereya bundan sonra rəssamların yaradıcılıq sınaqları üçün nəzərdə tutulub. “YAY!” qalereyasının əsas məqsədi Azərbaycan incəsənətini tam və maraqlı şəkildə təqdim etmək və dünya incəsənətində meydana çıxan yeni cərəyanlar və adlarla paytaxt sakinlərini tanış etməkdir. Qeyd edək ki, qalereyasında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş olunacaq. Sərgi 2012-ci il noyabrın 11-dək davam edəcək.
|
09.10.12 Məqaləni oxumaq
|
|
|
Bakı bu gündən beynəlxalq festivala ev sahibliyinə başlayır
|
Bu gün ölkəmizdə I Bakı Beynəlxalq İdman Filmləri Festivalı start götürür. “KƏLAMİNFO” xəbər verir ki, festival Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilir. 20-dək ölkənin qatılacağı tədbirdə 50-dən çox bədii və sənədli filmin nümayişi gözlənilir. Festivalın təntənəli açılışı oktyabrın 9-da saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək. Münsiflər heyətində dünya kinematoqrafiya və idman aləmində böyük nüfuza malik simaların təmsil olunacaq. Filmlərin nümayişi Nizami Kino Mərkəzinin zallarında keçiriləcək. Festival iştirakçıları ən yüksək mükafat – “Qran-Pri” ilə yanaşı “İdman və cəmiyyət”, “İdman və şəxsiyyət” nominasiyaları üzrə qiymətləndiriləcək. Bundan əlavə münsiflər heyəti tərəfindən “Xüsusi mükafat” da veriləcək. Festival oktyabrın 11-dək davam edəcək.
|
09.10.12 Məqaləni oxumaq
|
|
|
Putinin 60 illiyinə hədiyyə
|
Almaniya və Rusiya “Şimal axını” qaz ixracı layihəsində ikinci kəməri işə salıblar. 8,3 milyard dollar qiyməti olan kəmər Rusiya qazını Baltik dənizinin dibi ilə birbaşa Almaniyaya ötürməyə başlayıb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, birinci kəmər keçən noyabrda işə düşmüşdü. Rusiya prezidenti Putin açılış mərasiminə video ilə qatılıb. O deyib ki, Rusiya qazı birbaşa və ən qısa yolla Avropaya ötürülür. “Qazrom” sədri Aleksandr Miller isə deyib ki, bu kəmərin indi açılması Putinin 60 illiyinə hədiyyədir.
|
09.10.12 Məqaləni oxumaq
|
|
|
Türkiyədə Nazarbayevin adına küçə veriblər
|
Türkiyənin mərkəzi hissəsində yerləşən Kırşehir şəhərinin hakimiyyət orqanları mərkəzi küçələrdən birinə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adını veriblər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu ölkənin «Xabar» agentliyi məlumat yayıb. Yeni küçənin verilməsi ilə bağlı tədbir Nazarbayevin Türkiyəyə səfəri ərəfəsində baş tutub. Tədbirdə şəhərin meri Yaşar Baxcedci və əyalətin qubernatoru Özdemir Kaçadcıq iştirak edib. Onlar bildiriblər ki, qazax liderin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində böyük oldu olub. «Qazaxıstan prezidenti həqiqətən də türk dünyasının ağsaqqalı hesab edilir və hamı tərəfindən tanınır. Onun sayəsində ölkə böyük nailiyyətlər əldə edib. Ölkənin çiçəklənməsinin, sülh və sabitliyin simvolu olub» - deyə Özdemir Kaçadcıq bildirib. Qeyd edək ki, qazax prezidentin səfəri oktyabrın 11-nə nəzərdə tutulub. Az əvvəl Nevşehir şəhərinin hakimiyyət orqanları da Nazarbayevin adına küçə veriblər. Bir il əvvəl isə Ankarada ona heykəl də qoyulub.
|
09.10.12 Məqaləni oxumaq
|
|
|
Beynəlxalq Böhran Qrupu: Əfqanıstan 2014-cü ildə keçid prosesinə hələ tam hazır deyil
|
Beynəlxalq Böhran Qrupu Əfqanıstan hökumətinin 2014-cü ildə ABŞ və NATO qüvvələrinin ölkəni tərk etməsindən sonra təhlükəsizliyə görə nəzarəti öz üzərinə almağa hazır olmadığını bildirib. Təşkilat bildirir ki, ölkədə seçkilərin növbəti raundu da saxtalaşdırılsa, Kabil hökuməti süquta uğraya bilər. 2009 və 2010-cu illərdə Əfqanıstanda prezident və parlament seçkilərində səsvermə qarışıq bir şəraitdə keçib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Beynəlxalq Böhran Qrupunun bu gün açıqladığı hesabatda Əfqanıstanda hazırkı şəraitdə şəffaf seçkilərin keçirilməsi və hakimiyyətin problemsiz təhvil verilməsi perspektivlərinin sönük göründüyünü bildirir. Qrup eyni zamanda, 2014-cü ildə xarici silahlı qüvvələrin ölkədən çıxarılması yaxınlaşdıqca Əfqanıstanda siyasi birlik və xarici investisiya səviyyəsinin də azalacağını gözləyir. Qərargahı Brüsseldə yerləşən təşkilat beynəlxalq ictimaiyyətə Əfqanıstanda 2014-cü ildə prezident seçki kampaniyası dövrü təhlükəsizliyin təmin edilməsi məqsədilə gözlənilməz hallar üçün plan hazırlamasını tövsiyə edib. Qrup, həmçinin Əfqanıstanın seçki rəsmilərini və qanunvericiləri şəffaf seçki keçirməyə və seçki prosesi ilə bağlı məsələləri səsverməyə qədər həll etməyə çağırıb.
|
09.10.12 Məqaləni oxumaq
|
|
|
Orta məktəblər üçün atlaslarda yeniliklər edilib
|
Orta məktəblərin 6-cı sinfi üçün fiziki-coğrafi atlas, kontur xəritə və iş dəftəri yeni variantda proqrama uyğun çap edilib. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov məlumat verib. O qeyd edib ki, bu vəsaitlər əvvəllər olub, ancaq indiki isə həm dizayn baxımdan yenidir, həm də proqrama uyğunlaşdırılaraq bu ildən şagirdlərin istifadəsinə verilib: “Bəzən dərsliklər dəyişir. Ona görə də məcbur oluruq ki, atlasları proqrama uyğun hazırlayaq” deyən M.Bayramov əlavə edib ki, 8-ci sinfin atlası da yenidən işlənib və ora əlavələr edilib. Onun sözlərinə görə, orta məktəb müəllimlərinin xahişi ilə Xəzərin öyrənilməsi üçün ilk dəfə olaraq dənizin xəritəsi verilib. Bundan başqa, həmin atlasda bəzi dəyişikliklər olub. Bu atlas Azərbaycan və rus dillərində hazırlanıb. Həmin atlas da bu ildən şagirdlərin istifadəsinə verilib.
|
09.10.12 Məqaləni oxumaq
|
|
|
|
|
Səhifələr : # 10 11 12 13 14 15 16 17 18 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|