Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Əli Hüseynli: “Yenidən proporsional sistemə keçilməsinə ehtiyac yoxdur”
    “Mən vaxtı ilə seçki sistemindəki dəyişikliklə bağlı Konstitusiyaya edilən dəyişikliklərin tərəfdarı olmuşam. Yəni proporsional seçki sisteminin majoritar sistemlə əvəz olunmasının tərəfdarı olmuşam, indi də hazırkı sistemin tərəfdarıyam”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. O qeyd edib ki, hazırkı seçki sistemi ən ideal sistemdir və yenidən proporsional sistemə keçilməsinə ehtiyac yoxdur: “Mən bu təkliflərin əleyhinəyəm və hesab edirəm ki, hazırkı tam majoritar sistem daha münasibdir”. Qeyd edək ki, Milli Məclisin bir neçə üzvü Azərbaycanda proporsional seçki sisteminin bərpası ilə bağlı təkliflər səsləndiriblər.
    23.10.12 Məqaləni oxumaq
     
    “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər plenar iclasa tövsiyə olunub
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan haqları komitəsi ilə birgə bu gün keçirilən iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliklər barədə təkliflərin müəllifi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov məlumat verib. O qeyd edib ki, Azərbaycanın hazırkı qanunvericiliyi qanunsuz toplantıların təşkilatçılarını inzibati tənbeh tədbirlərinə cəlb edilməsini nəzərdə tutduğu halda iştirakçıları heç bir məsuliyyətə cəlb olunmur: “Təşkilatçı bütün toplantıya nəzarət edə bilməz və hər hansısa iştirakçıya görə məsuliyyət daşıya bilməz”.
    23.10.12 Məqaləni oxumaq
     
    Barak Obama altı ştatda kampaniya aparacaq
    Güclü rəqiblə üzləşən prezident Barak Obama səsvermədə əsas döyüş məkanları sayılan altı ştatda ikigünlük blitz-kampaniyaya çıxacaq. Rəy sorğuları göstərir ki, prezident Obamanın ikinci debatdakı çıxışı onun göstəricilərinə əhəmiyyətli dərəcədə təsir etməyib. 6 noyabrda keçiriləcək seçkilərə cəmi iki həftə qalmış sabiq Massaçusets qubernatoru Mitt Romni prezidentlə bərabər səviyyədə dəstəyə malikdir. Rəy sorğuları göstərir ki, amerikalıların çoxu Barak Obamaya iqtisadiyyatı dirçəltmək üçün ikinci şans verməklə çox sayda iş yerləri yaradacağını deyən təcrübəli iş adamı arasında dilemma ilə üzləşirlər. Prezident Obama çərşənbə günü Ayovada kampaniya aparacaq. Sonra o, Kolorado, Nevada, Florida və Virciniya ştatlarına yollanacaq. Doğma şəhəri Çikaqoda erkən səs verdikdən sonra cənab Obama Ohayoda kampaniya turunu başa vuracaq. Respublikaçı namizəd Mitt Romni Floridada dənizkənarı kurortda üçüncü və final debata hazırlaşır. Əsasən xarici siyasətə yönələcək debata məşqdə Romni üçün rəqibi Obamanın rolunu Ohayo senatoru Rob Portman ifa edir.
    23.10.12 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibəti ilə fətva verib
    Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibəti ilə fətva verib. QMİ-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müqəddəs Qurban bayramı (Eydül-Əzha) bu il miladi tarixi ili 25-26 oktyabr 2012-ci ilə təsadüf edir. Bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və eləcə də bütün müsəlmanları təbrik edir, belə bir əziz gündə Allah-Təaladan hamıya mərhəmət və məgfirət diləyir. Bu müqəddəs ayda Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti üçün dualar edir, Uca Allahdan hamınıza əmin-amanlıq və xeyir-bərəkət arzulayır.
    23.10.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Müəllimlərin 12 saatdan az dərs demələrinə qarşıyıq”
    “Bəzi məktəblərdə müəllimlər az saatlar hesabına işə götürülüb. Elə məktəblər var ki, orada müəllimlər 4, 6 və 8 saat hesabına dərs deyirlər. Həmişə belə hallara qarşı olmuşuq və indi də bu fikrimizdə qərarlıyıq. Biz artıq belə halların qarşısını alırıq”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya təhsil naziri Misir Mərdanov verib. Nazir deyib ki, bir “stavka” orta məktəblərdə 12 saatdır: “Biz də dərsin 12 saatdan aşağı olmamasını tələb edirik. Əksər hallarda biz buna nail olmuşuq, ancaq uşaqların və siniflərin sayı az olan yerlərdə bəzən 8, 10 saata müəllim götürməyə məcburuq. Ancaq bu hallar da getdikcə aradan qaldırılacaq”.
    23.10.12 Məqaləni oxumaq
     
    Bahar Muradova Qurban bayramı ərəfəsində Füzulidə olub
    Müqəddəs Qurban bayramı ərəfəsində Milli Məclis sədrinin müavini Bahar Muradova Füzuli rayonunda olub. “KƏLAMİNFO” xəbər verir ki, Bahar Muradova ilə rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon sakinlərinin görüşü olub. Qazaxlar kənd və Horadiz şəhər 2 nömrəli orta məktəblərdə keçirilən görüşlərdə Bahar Muradova və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək rayon ictimaiyyətini Qurban bayramı münasibətilə təbrik edib, ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafdan, əhalinin sosial problemlərinin həlli, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun işğaldan azad edilmiş ərazilərində aparılan geniş miqyaslı quruculuq və abadlıq işlərindən danışıb. O, yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin öyrənilməsi və operativ həllinə imkan verdiyini vurğulayıb. Görüşlərdə Alı Alıyev sakinlərin problemləri ilə maraqlanıb və məsələlərin həlli istiqamətində tədbirlər görülməsi üçün tapşırıq və tövsiyələrini verib.
    23.10.12 Məqaləni oxumaq
     
    “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçiriləcək
    Dekabrın 13-dən 14-dək AMEA Nəsimi adına Dilçilik İnstitutu və AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçiriləcək. Məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. Konfransda ali və orta məktəblərdə Azərbaycan dilinin daha dərindən öyrənilməsi, ailə, idarə və digər ictimai yerlərdə dilin qorunması, mətbuat, TV, radioda dil məsələlərinə həsr olunan çıxış və müzakirələrin təşkili məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
    22.10.12 Məqaləni oxumaq
     
    Türkiyə həbsdə olan jurnalistlərin sayına görə lider ölkədir
    Türkiyə həbsdə olan jurnalistlərin sayına görə dünyada lider ölkədir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsinin bu gün açıqladığı yeni hesabatında bildirilib. JMK deyib ki, 2012-ci il avqustun 1-nə olan məlumata görə Türkiyədə 76 jurnalist həbsdədir. Onların 61-i öz fəaliyyətlərinin nəticəsi olaraq həbs edilib. Komitə onu da əlavə edir ki, həbsdə olan jurnalistlərin 70 faizi kürddür. Həbsxanadakı media işçilərinin 30 faizi hökumətə qarşı sui-qəsddə və ya qeyri-qanuni təşkilatlarda iştirak etməkdə suçlanır. Hesabatda göstərilib ki, 2011-ci ilin jurnalistlərə qarşı 5 min cinayət işi açılıb. JMK Türkiyə hökumətini filtrə icazə verən İnternet haqqında qanuna görə də tənqid edib.
    22.10.12 Məqaləni oxumaq
     
    ADU-da İtalyan dili həftəsi başa çatıb
    Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının İtalyan dili kafedrası və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən XII dünya italyan dili həftəsinə yekun vurulub. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bağlanış mərasimində İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi, Milan Dil Məktəbinin professoru Silvia Vassalo, İtalyan dili kafedrasının müdiri Kəmalə Əliyeva və Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələr iştirak edib. Tədbirdə təhsil sahəsində əlaqələrdən danışan M.Baldi vurğulayıb ki, İtaliyanın Peruca, Syena universitetləri və Milan Dil Məktəbi ilə ADU arasında əməkdaşlıq telləri mövcuddur. O, qeyd edib ki, bu əməkdaşlıq sayəsində İtaliya universitetləri və ADU arasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir. Bu münasibətlərin gələcəkdə də artan temp üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
    22.10.12 Məqaləni oxumaq
     
    Mahmud Kərimov: AMEA Rəyasət Heyəti hazırda qeyri-legitim fəaliyyət göstərir
    Azərbaycan Milli Elmlər Akademiyasının boş qalan müxbir və həqiqi üzv yerlərinə seçkilərlə bağlı işlər hələlik dayandırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə AMEA prezidenti Mahmud Kərimov deyib. Onun sözlərinə görə, seçkilər qeyri-müəyyən müddətədək təxirə salınıb və nə zaman keçiriləcəyi hələ bəlli deyil: “Akademiyaya seçkilər müvafiq qurumlarla razılaşdırılmalıdır, çünki seçki çox mühüm hadisədir və onu kortəbii keçirmək olmaz. Qərar verilərsə, bir günün içində seçkilərə hazırlıq prosedurlarına başlaya bilərik”.
    22.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Okt.2012
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031