Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2012
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Kəbə örtüyü necə dəyişdirilir?
    Kəbə örtüyünün tarixi Həzrəti İsmayılın dövrünə gedib çıxır. Din alimlərinin dediyinə görə, ilk dəfə Kəbə üzərinə pərdə salınması təklifi Həzrəti İsmayılın həyat yoldaşından gəlib. Və ilkin planda örtük yalnız Kəbənin qapısı üçün nəzərdə tutulubmuş.

    QMİ-nin Şəriət və fətva şöbəsinin müdiri Mirəziz Seyidzadə: "Birinci dəfə onun qapı hissəsinə örtük örtüblər. Sonra Həzrət İsmayıl deyib ki, nə gözəl olar ki, bunun divarına da örtük örtək ki, divar görün-məsin. Yəni bir az bunun vəziyyətini gözəlləşdirək. Öz qəbiləsindən çoxlu yun istehsal elədilər və xü-susi adamlara verdilər ki, onun üçün parça toxusunlar".
    10.01.12 Məqaləni oxumaq
     
    Gürcüstana gedənlərin sayı 39 faiz artıb
    2011-ci ildə Gürcüstana gedənlərin sayı 2010-cu illə müqayisədə 39 faiz artaraq 2 milyon 820 nəfər təşkil edib. Bunu Gürcüstanın turizm üzrə agentliyi yayıb. Avropa ölkələrindən Gürcüstana 906 min nəfər gəlib ki, bu da 2010-cu illə müqayisədə 35 faiz çoxdur. MDB ölkələrindən isə 1,788 mln. insan bu ölkəyə gəlib. ABŞ-dan 28 min insan Gürcüstana ayaq basıb. «KƏLAMİNFO» «Novosti-Qruziya»ya istinadən xəbər verir ki, Gürcüstana ən çox Türkiyə vətəndaşları (738 min) gəlib. İkinci yerdə Azərbaycan (714 min), üçüncü yerdə isə Ermənistan (699 min) gəlir.
    10.01.12 Məqaləni oxumaq
     
    İran polisinin rəhbəri “Google” axtarış sistemini “casusluq aləti” adlandırıb
    İran polisinin rəhbəri İsmayıl Əhmədi-Mokaddam İnternetdə «Google» axtarış sistemini «casusluq aləti» adlandırıb. «KƏLAMİNFO» İran KİV-nə istinadən xəbər verir ki, polis rəhbəri milli kiberməkanın qorunmasının zəruriliyini bildirib. Polis rəhbəri İran intranet - milli informasiya sisteminin işlənib hazırlanmasını alqışlayıb. Qeyd edilir ki, bu sistem İnternetdən kənar avtomatik şəkildə fəaliyyət göstərə biləcək. Bu sistem barədə bu günlərdə məlumat yayılıb. Əhmədi-Mokaddam bununla yanaşı, hakimiyyətin vətəndaşları ətraf aləmdən təcrid etməyə can atmadığını da söyləyib.
    10.01.12 Məqaləni oxumaq
     
    Avropa Birliyi İrana qarşı embarqonun müzakirəsini önə çəkdi
    Avropa Birliyi İrandan neft məhsulları alınmasına qadağayla bağlı yekun qərarını yanvarın sonu yox, 23-də elan edəcək. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Birliyin yaydığı bəyanatda deyilir ki, bu toplantının dövlət başçılarının sammiti ilə eyni günə düşməməsi üçün tarixi yanvarın 30-dan 23-nə çəkiblər.
    10.01.12 Məqaləni oxumaq
     
    Tibb Universitetində kredit sistemi ilə təhsil alanlar yeni üsulla imtahan verirlər
    Azərbaycan Tibb Universitetində 2011/2012-ci tədris ilinin qış imtahan sessiyasında kredit sistemi ilə təhsil alan tələbələrin imtahanları test üsulu ilə kompüter vasitəsilə aparılır. Artıq 6 ildir ki, universitetdə təhsil tədricən, ölkənin Boloniya prosesinə qoşulması ilə əlaqədar, kredit sistemi ilə aparılır. İlk olaraq tibbi-biologiya ixtisasında, sonrakı il əczaçılıq və tibbi-profilaktika fakültəsində təhsil bu sistemlə aparılmağa başlanılıb. 3 il bundan öncə stomatologiya fakültəsində, 2 il əvvəl isə müalicə-profilaktika, pediatriya, hərbi tibb fakültələrində də təhsil kredit sistemi ilə aparılmağa başlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
    10.01.12 Məqaləni oxumaq
     
    Bakı Turizm Peşə məktəbi ilk şagird qəbuluna başlayır
    Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdində 11 saylı Bakı Peşə Litseyinin bazasında Bakı Turizm Peşə Məktəbinin yaradılması və şagird qəbulu prosesinə start verilib. “KƏLAMİNFO”nun məlumatına görə, ATİ-nin prorektoru Eldar Aslanov 2012/2013-cü tədris ilinin birinci yarısı üçün şagird qəbulu ilə bağlı açıqlamasında bildirib ki, Turizm İnstitutu Bakı Turizm Peşə Məktəbində əsasən turizm agenti, aşbaz, barmen, bufetçi, ofisiant, Milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib fərdi kompyuter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi, kimyəvi təmziləmə aparatçısı ixtisasları üzrə kadr hazırlanacaq. Təhsil müddəti 1 il olmaqla dərslər Azərbaycan və rus dillərində keçiriləcək. Sənədlərin qəbulu 12 yanvar – 12 fevral 2012-ci il tarixində bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək, şənbə günü 10:00-dan 13:00-dək qəbul ediləcəkdir.
    10.01.12 Məqaləni oxumaq
     
    Milli Məclis qondarma DQR liderinin Argentina parlamentariləri ilə görüşü barədə açıqlama yayıb
    Azərbaycan Milli Məclisi qondarma Dağlıq Qarabağ Respublikasının lideri Bako Saakyanın Argentina səfəri zamanı bu ölkənin parlamentariləri ilə görüşü barədə məlumatlarla bağlı açıqlama yayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentin mətbuat xidmətindən veriblər. Bildirilir ki, son günlər erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin lideri Bako Saakyanın Argentinaya səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının üzvləri Alfredo Nestor Atanasof və Oskar Raul Aguad ilə keçirdiyi görüşlər barədə həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. “Əslində isə bu tədbirdə hər iki parlamentar Azərbaycanın haqlı mövqeyinə dəstəyini bir daha təsdiqləyib, erməni mətbuatında gedən məlumatların həqiqətə uyğun olmadığını bildiriblər. Onlar bu məlumatların təkzib olunmasına dair Azərbaycan mətbuatında onlara istinadən vəziyyətlə bağlı əsl həqiqətləri dərc etməyi xahiş edib və məmnuniyyətlə Azərbaycana səfər etmək istəklərini dilə gətiriblər.
    10.01.12 Məqaləni oxumaq
     
    Seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb
    Yanvar ayının əvvəllərindən etibarən Azərbaycan üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə start verilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən veriblər. Seçki Məcəlləsinin tələbinə əsasən, vahid seçicilər siyahısının dəqiqləşdirilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Məntəqə seçki komissiyaları qanunla nəzərdə tutulmuş müddətdə müvafiq seçki məntəqəsinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsini həyata keçirəcəklər.
    10.01.12 Məqaləni oxumaq
     
    İnsan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair kitabxanalara tapşırıqlar verilib
    Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması məqsədilə kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair tapşırıqlar verilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu məqsədlə şəhər, rayon mərkəzi kitabxanalarında yaradılmış hüquqi-informasiya mərkəzlərinin fəaliyyəti gücləndirilməli, mərkəzlər mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilməli və insan hüquqlarının aktual problemlərinə həsr olunmuş tədbirlər keçirilməlidir. Qeyd edək ki, tapşırıqlar “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.15-ci bəndinə əsasən həyata keçirilir.
    10.01.12 Məqaləni oxumaq
     
    Azərbaycan BMT Təhlükəsizlik Şurasına mayda sədrlik edəcək
    “Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrliyi may ayında edəcək və bunun üçün xüsusi gündəlik tərtib olunacaq”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O qeyd edib ki, gündəlikdə hansı məsələlərin yer alacağı hələ məlum deyil. “BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin hərəsinə bir ay sədrlik etmək imkanı verilir və həmin sədrlik müddətində gündəlik tərtib edilir. Gündəlikdə müəyyən məsələlər irəli sürülür, üzv ölkələr tərəfindən müzakirəyə çıxarılır və sonra da qəbul olunur” - deyə E.Abdullayev vurğulayıb. Onun sözlərinə görə, təşkilatda son brifinqi Cənubi Afrika Respublikasının nümayəndəsi verib: “Brifinqdə Cənubi Sudandakı vəziyyət, uşaqlar və hərbi münaqişə, Darfurda Afrika İttifaqı və BMT-nin birgə fəaliyyət missiyası, Qərbi Afrika üçün BMT ofisi, İraq üçün inkişaf fondu, Kot-Divuarda BMT-nin fəaliyyəti və Liviya kimi məsələlərin nəzərdə tutulduğunu qeyd edib”.
    10.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Yan.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031