Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2012
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Yasamaldakı “Qurangah” qanuna zidd fəaliyyət göstərib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) mətbuatda Bakının Yasamal rayonunda yerləşən “Hüseyniyyə məscidi”nin bağlanması barədə yayılan xəbərlərlə bağlı açıqlama yayıb. Komitənin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Yasamal rayonu, 1-ci Yasamal küçəsi - 37 ünvanda yerləşən “Hüseyniyyə” (“Qurangah”) adlandırılan ibadətxana əslində Azərbaycan Karlar Cəmiyyətinin 4 saylı Tədris-İstehsalat Müəssisəsidir: “Namazxana cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib. Belə ki, cəmiyyətin prezidenti Tapdıq Xalıqov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktubla müraciət edərək “Qurangah”ın yerləşdiyi sahənin cəmiyyətin balansında olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul əldə edildiyini bildirib. Məktubda qeyd olunub ki, “Azərbaycan Karlar Cəmiyyəti”nin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət göstərən Daimi Komissiya dəfələrlə həmin əraziyə baxış keçirib.
    12.01.12 Məqaləni oxumaq
     
    Qəddafinin pullarının 20 mlrd. dollarını çıxardılar
    ABŞ və Avropanın bir sıra ölkələri Liviyanın lideri Müəmmar Qəddafinin və onun tərəfdarlarının dondurulmuş hesablarından 20 mlrd. dolları çıxarmağa razılıq veriblər. Həmin vəsait Liviyanın yeni hökumətinə verilib. «KƏLAMİNFO» xəbər verir ki, bunu «France-Presse» agentliyi Liviyanın xarici işlər naziri Aşur bin Xəyala istinadən yayıb. Nazirin sözlərinə görə, vəsait artıq hökumətin sərəncamındadır.
    12.01.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin sayı artıb
    Ötən ildə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (496-34-82; 496-37-61; faks: 496-37-61; qaynar-xett@edu.gov.az) 30124 müraciət daxil olub. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciətlərin 27135-i telefonla, 2989-u elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin 28893-ü (95,9 faiz) sorğu, 1231-i isə (4,09 faiz) şikayət xarakterlidir. 2010-cu illə müqayisədə 2011-ci il ərzində “Qaynar xətt” xidmətinə 2,3 dəfədən çox müraciət daxil olub. Bu, vətəndaşların Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə etimadının artdığını deməyə əsas verir.
    11.01.12 Məqaləni oxumaq
     
    Xələf Xələfov: Ermənistan beynəlxalq hüquqa hörmətsizlik göstərməkdə davam edir
    Xarici işlər nazirinin müavini Xələf Xələfov Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlkka Kanervanın başçılıq etdiyi Finlandiya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, X.Xələfov Azərbaycanla Finlandiya arasındakı münasibətlərin hələ SSRİ dövründə inkişaf etdiyini və xüsusilə də Azərbaycanın müstəqillik illəri dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolunun, xüsusilə də parlament diplomatiyasının əhəmiyyətini qeyd edən nazir müavini Finlandiyalı parlamentarilərin Azərbaycana səfərinin ikitərəfli münasibətlərə töhvə verəcəyinə əmin olduğunu qeyd edib.
    11.01.12 Məqaləni oxumaq
     
    Azərbaycanın Batumidəki Baş konsulu Acarıstan hökumətinin sədri ilə görüşüb
    Bu gün Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Hüseyn Nəcəfovun Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze ilə görüşü olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyindən veriblər. Görüş zamanı Azərbaycanla Acarıstan Muxtar Respublikası arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib. Görüşdə, həmçinin Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Vaja Bolkvadze və Acarıstanda «Socar Energy Georgia» şirkətinin rəsmi nümayəndəsi Fərid Məmmədov iştirak ediblər.
    11.01.12 Məqaləni oxumaq
     
    Drezdendə 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunan tədbir keçiriləcək
    Yanvarın 18-də Almaniyanın Drezden şəhərində “Alm.az“ Cəmiyyətinin təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunan tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “KƏLAMİNFO“ya verilən məlumata görə, tədbirdə soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin, o cümlədən Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət göstərən konsulluqlar, eləcə də rus, yəhudi, ukrayn, qazax icmalarının təmsilçilərinin iştirakı nəzərdə tutulub. Tədbirdə “Alm.az“ cəmiyyətinin sədri Ağahüseyn Babayev keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verəcək. Daha sonra “Azadlığa aparan yollar“ sənədli filmi nümayiş etdiriləcək.
    11.01.12 Məqaləni oxumaq
     
    Əziz Pünhan. Mərsiyələr
    Əhli məclis Kufədə üz verdi möhnət Zeynəbə
    Etdi əmma əhli aləm cümlə hörmət Zeynəbə
    10.01.12 Məqaləni oxumaq
     
    Qisar " - İmam Əlinin qısa kəlamları qisar" - İmam Əlinin qısa kəlamları
    (Əvvəli ötən saymızda)

    * İmam Əli (ə) əziz övladı İmam Həsənə (ə) tövsiyələrindən: Yeniyetmə qəlbi xam torpaq tək boş-dur. Ona atılan hər bir şeyi qəbul edər. Buna görə də, qəlbin bərkiməmiş və ağlın məşğul olmamış sə-nə tərbiyə və ədəb verməyə tələsdim.
    * İmam Əli (ə)  qarşısına gətirib faludə (un, su və baldan hazırlanmış halva) qoyduqda  buyurmuşdur: "Sənin xoş ətrin, xoşagələn rəngin və ləziz dadın var. Ancaq mən nəfsimi ona adət etmədiyi bir şeyə öyrəşdirmək istəmirəm".
    10.01.12 Məqaləni oxumaq
     
    "Dəmbəlo şikəstəsi" - Masallı simfoniyası
    Onun müəllifi SARƏNG böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin tələbəsi olub

    Ədəbi təxəllüsü Sarəng olan təbib-alim, bəstəçi- şair Mir Kazım Aslanlını kim tanımır ki?! Görünür, bu təxəllüs də "Dəmbəlo şikəstəsi" kimi yarımçıq qalmış ömrünün qismət payı imiş! Deyilənlərə görə, əfsa-nəvi Səməndər quşu timsallı sarəng adlı balaca nəğməkar bir quş olub; Dəmbəlo dağının döşündən pər-vazlanıb, İstisuda yuyunub, Yanardağda pak vücudu ilə odlara tutuşub və yanaraq nəsli kəsilib...
    Sarəng tək alış, yan, alovun ərşə ucalsın, Can atəşinə qoy isinən millətin olsun!
    10.01.12 Məqaləni oxumaq
     
    Kərbəla hadisəsi sosial-fəlsəfi yanaşma
    Məhərrəm ayı yaxınlaşanda müsəlman aləmi, xüsusən də şiələr Kərbala vaqiəsini çox yüksək sə-viyyədə qeyd edirlər. Hər yerdə olduğu kimi Azərbaycanda da insanların qan yaddaşına hopan bu hadisənin qeyd olunması sanki vacib bir əməl kimi formalaşmışdır. Məhərrəm ayı daxil olanda İmam Hü-seyn (ə) elə bil yenidən doğulur, yenidən dirilir və deyir: "Hüseyn və zillət?! Hüsyen heç vaxt zillətə dözməz. Heyhat! Biz (Əhli-beyt) hara, zillət hara?! Allah zilləti bəyənmir. Mənə Zəhra (ə) süd verib, mən Zəhranın (ə) qucağında böyümüşəm, biz zillətə, alçaqlığa dözmərik".
    10.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Yan.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031