Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2012
    Səhifələr : 1 2 3 4 5  #
    NATO ilə Rusiya hələlik razılığa gələ bilməyiblər
    Raket əleyhinə müdafiə sistemilə bağlı Rusiya ilə NATO arasında danışıqlar hələlik heç bir nəticə verməyib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib. O qeyd edib ki, buna görə də hələlik bu ilin mayında Çikaqoda NATO-Rusiya sammitinin keçiriləcəyi aydın deyil. Qeyd edək ki, Rusiya Avropada raket əleyhinə müdafiə sistemləri qurulmasının qəti əleyhinə çıxır.
    27.01.12 Məqaləni oxumaq
     
    Hillari Klinton: “ABŞ Fransa kimi erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır”
    “ABŞ Fransa kimi erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır”. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə görüşdə deyib. «Bizim güclü tərəflərimizdən biri odur ki, biz insanları düşüncələrinə görə cəzalandırmırıq. İnsanlar istədikləri sözü deyə bilərlər və bizim ölkəmizdə də onlar belə də edir. Digər ölkələrə, o cümlədən bizim yaxın dostlarımızda və Fransa kimi müttəfiqlərimizdə başqa standartlardır. Amma ümidvaram ki biz heç vaxt kimisə düşüncələrinə görə cəzalandırmayacağıq». “KƏLAMİNFO” “İTAR TASS»-a istinadən xəbər verir ki, Klinton deyib ki, soyqırımı ilə bağlı məsələni siyasətçilər deyil, tarixçilər həll etməlidir. Onun sözlərinə görə, dövlətin bu işlərə cəlb olunması çox təhlükəli praktikadır: «Hər iki tərəfə öz fikirlərini söyləməyə imkan vermək lazımdır və biz tərəfləri bunu etməyə çağırırıq. Dəliləri toplayıb, arqumentlərinizi əsaslandırın və diskussiyalara hazır olun”.
    27.01.12 Məqaləni oxumaq
     
    AŞ PA-da Xocalı soyqırımının 20 illiyi ilə bağlı yazılı bəyanat yayılıb
    Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Xocalı soyqırımını kəskin pisləyən yazılı bəyanat yayılıb. “KƏLAMİNFO” xəbər verir ki, sənədi Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb. Yazılı bəyanata AŞ PA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Avropalı millət vəkillərinin imzaladığı sənəd AŞ PA-nın yazılı bəyanatı kimi qəbul olunub və assambleyanın iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb. Bəyanatda Xocalı soyqırımının Azərbaycan tarixinin və ümumiyyətlə, insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biri olduğu qeyd edilir. Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırımına hüquqi və siyasi qiymət verməyə çağırılır.
    27.01.12 Məqaləni oxumaq
     
    Fövqəladə hallar naziri ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib
    Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı qəbul edib. “KƏLAMİNFO” FHN-ə istinadən xəbər verir ki, görüşdə nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib, həmçinin FHN və ATƏT arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. K.Tarqay hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib. Görüşdə FHN ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
    27.01.12 Məqaləni oxumaq
     
    “M.F.Axundzadə İli”nin Ankarada rəsmi açılış mərasimi keçiriləcək
    Bu gün Türkiyənin Ankara şəhərində Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin 200 illiyi və TÜRKSOY təşkilatı tərəfindən 2012-ci ilin həmin təşkilat tərəfindən “M.F.Axundzadə İli”nin elan edilməsi ilə əlaqədar təşkilatın qərargahında rəsmi açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, mərasimdə nazir Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Qeyd edək ki, tədbirdə Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay, TÜRKSOY-un Baş katibi Düssen Kaseinov, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Nikolaz Rurua, AMEA-nın alimləri və digər şəxslər iştirak edəcəklər. Tədbir zamanı M.F.Axundzadə yaradıcılığına aid kitabların TÜRKSOY təşkilatına təqdim olunması və ədibin həyat və yaradıcılığına həsr edilmiş “Sabahın elçisi” adlı filmin nümayiş etdirilməsi də nəzərdə tutulub.
    27.01.12 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Sarkozi çox təhlükəli oyun oynayır”
    «Fransa prezidenti Nikola Sarkozi çox təhlükəli oyun oynayır». «KƏLAMİNFO» Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa Senatının qəbul etdiyi qanun layihəsini növbəti dəfə şərh edərkən deyib. Sarkozinin qanun layihəsinin üçüncü ölkəyə qarşı yönəlmədiyi fikirlərinin əks olunduğu Ərdoğana yazdığı məktubunu şərh edən nazir «bu, düzgün deyil» deyib. «Türkiyənin bu və ya digər qanun layihəsinin kim və nəyə görə irəli sürməsini bilməsi üçün kifayət qədər təcrübəsi var. Aydındır ki, bu qanun layihəsi kimə qarşı yönəlib. Burada şərhlər artıqdır. Cənab Sarkozinin də məktubunda diqqət yetirdiyi məsələnin bizim üçün əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, «bu qanun Avropa ölkələrinə təhlükədir».
    27.01.12 Məqaləni oxumaq
     
    Ramiz Rzayev və Fərhad Abdullayev Strasburqa gediblər
    Bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayev və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Strasburqa yola düşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Konstitusiya Məhkəməsindən veriblər. Səfərin məqsədi Avropa İnsan Haqları Məhkəməsinin ənənəvi “Məhkəmə ili”nin açılış mərasimində iştirak etməkdir. F.Abdullayev və R.Rzayev “İnsan Haqları üzrə Avropa Konvensiyası sistemində milli yurisdiksiyaların sıx iştirakını necə təmin etmək?” mövzusunda seminarda da iştirak edəcəklər. Səfər yanvarın 29-da başa çatacaq.
    27.01.12 Məqaləni oxumaq
     
    Prezident Avropa İttifaqının enerji məsələləri üzrə komissarı ilə görüşüb
    Prezident İlham Əliyevin Davosda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə “Cənub qaz dəhlizi” layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Avropanın Azərbaycan qazına böyük ehtiyacının olduğu qeyd edilən görüşdə qarşıdakı dövrdə mavi yanacağın ölkəmizdən Avropaya nəql olunması məsələsinin həllinin vacibliyi vurğulanıb. Görüşdə 2011-ci ilin yanvarında Bakıda prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunın imzaladıqları “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin enerji sahəsindəki əlaqələrin inkişafında rolu qeyd edilib. Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında 2011-ci ildə əldə olunan nailiyyətlərin bu il də real həyatda əksini tapmasının əhəmiyyəti vurğulanıb.
    27.01.12 Məqaləni oxumaq
     
    Medvedyev yenidən prezident olmaq istəyə bilər
    Rusiya prezidenti Dmitri Medvedyev gələcəkdə yenidən ali dövlət postu uğrunda keçiriləcək seçkilərə qatıla biləcəyini istisna etməyib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, prezident: “Mən heç bir vaxt deməmişəm ki, bir daha seçkilərdə namizədliyimi irəli sürməyəcəyəm. Mən xatırladım ki, hələ 46 yaşım var. Bu, siyasi fəaliyyətdən uzaqlaşmaq üçün elə də ciddi yaş deyil. Lakin bu dəfə həqiqətən də seçkilərə qatılmamaq qərarına gəldim» deyib. Dövlət başçısı bu barədə qərarı siyasi məqsədəuyğunluqla əlaqələndirib. Prezident bu sözləri MDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşündə bildirib.
    27.01.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov Konrad Adenauer Fondunun Proqram rəhbərini qəbul edib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Almaniyanın Konrad Adenauer Fondunun Cənubi Qafqazda siyasi dialoq üzrə Proqram rəhbəri xanım Canan Atılqanı partiyanın mənzil qərargahında qəbul edib. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Konrad Adenauer Fondu ilə Yeni Azərbaycan Partiyası arasında qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları, həmçinin həyata keçiriləcək birgə layihələri müzakirə ediblər.
    27.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Yan.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031