|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasında çıxış edib
|
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasında “BMT və Afrika İttifaqı arasında əməkdaşlıq” mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər.
E.Məmmədyarov öz sədrliyi altında BMT – Afrika İttifaqı tərəfdaşlığı mövzusunda müzakirələri təşkil etdiyinə görə Cənubi Afrika Respublikasına təşəkkür edib. “Cənubi Afrika Respublikasının Prezidenti cənab Ceykob Zumanın bu mühüm tədbirdə iştirakı təqdirəlayiqdir.
“Son onillikdə Afrika İttifaqının və subregional təşkilatların rolu xeyli artıb. Heç də bütün regional təşkilatlar silahlı münaqişələrin əsas səbəblərini anlamaq və onların həllinə effektiv töhfə vermək üçün bacarığı və siyasi iradəsi ilə öyünə bilməz. Ərazisinin əhəmiyyətli hissəsi işğal altında olan və yüz minlərlə vətəndaşının məcburi köçkün olduğu bir ölkə kimi Azərbaycan, Afrika ölkələri daxil olmaqla, həll olunmamış münaqişələrlə yaşayan ölkələrin üzləşdiyi təhdid və çağırışları tam şəkildə dərk edir. Afrika İttifaqı qitədə sülh, təhlükəsizlik və sabitliyin təşviqi üçün ciddi səylər göstərib və liderlik bacarığını ortaya qoyub.
|
14.01.12 Məqaləni oxumaq
|
|
|
Prezident Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əlaqələrimizin siyasi sahədə yüksək səviyyədə olduğunu qeyd edən prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nəticələr verdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını deyib. Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlət başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkəmizin maraqlı olduğunu deyib.
İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən prezident İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının sədri Pak Hi Tenin ölkəmizə səfərinin uğurlu olacağına və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli danışıqların və müzakirələrin aparılacağına əminliyini bildirib.
|
14.01.12 Məqaləni oxumaq
|
|
|
Əhməd Davudoğlu Naxçıvana səfər edəcək
|
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin yanvarın 17-də keçiriləcək üçtərəfli toplantısında iştirak etmək üçün Naxçıvana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı jurnalistlərə məlumat verən Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Səlçuk Ünal bildirib ki, toplantıda üç qonşu ölkə arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.
|
14.01.12 Məqaləni oxumaq
|
|
|
Əhmədinejad: “İran atom bombası hazırlamağa çalışmır”
|
Latın Amerikasına səfəri çərçivəsində Ekvadorda olan İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin nüvə silahı əldə etməyə çalışdığı ilə bağlı ittihamları növbəti dəfə təkzib edib. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən xəbər verir ki, Əhmədinejad bildirib ki, ABŞ və onun müttəfiqləri İranın nüvə proqramı ilə bağlı ittihamlardan siyasi bəhanə kimi istifadə edir. “Onlar hamısı bilir ki, İran atom bombası hazırlamağa çalışmır. İran öz pulunu sərf edib və sonra da həmin nüvə silahından istifadə edə bilməyəcək qədər ehtiyatsız deyil” - deyə Əhmədinejad bildirib.
|
13.01.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanla Avropa arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başlayacaq
|
Azərbaycan vətəndaşlarının Avropaya asanlıqla səyahət etmələri gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, belə bir addımın atılmasının tezliklə baş verə biləcəyini Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirib: “Azərbaycanla Avropa arasında viza rejiminin tezliklə sadələşdirilməsinə dair danışıqları yekunlaşdıracağımıza əminəm. Ümid edirəm ki, o zaman Azərbaycan vətəndaşları Avropaya daha asanlıqla səyahət edə biləcəklər”.
Səfir bu istiqamətdə danışıqların fevral ayında başlanılması haqqındakı xəbəri də təsdiqləyib. Viza rejiminin sadələşdirilməsinin Azərbaycan vətəndaşlarının çoxdan gözlədiyi məsələlərdən biri olduğunu bildirən Roland Kobia vurğulayıb ki, bu məsələ ilə bağlı Bakıya gələcək AB nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi haqqında hələlik məlumatı yoxdur.
|
13.01.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov BMT TŞ-nin Somali üzrə iclasında çıxış edib
|
“Biz Somalidəki münaqişəli vəziyyətə qayğı və diqqətlə, siyasi, humanitar, təhlükəsizlik problemlərinin həllinə yönəldilmiş kompleks strategiya əsasında bütün dövlətlərin birgə səyləri ilə yanaşmalıyıq.” “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının Somali üzrə iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir Azərbaycanın Somalinin Keçid federal hökumətinə və bu ölkədə Afrika İttifaqının missiyasına çətinliklərin öhdəsindən gəlməsi və təhlükəsiz, sabit, vahid, demokratik millətin yaradılması istiqamətində səylərində dəstəyini ifadə edib.
E.Məmmədyarov Somalidə sülhün və milli barışığın əldə olunmasında və bu ölkədə humanitar böhrandan zərər çəkmiş insanların təcili ehtiyaclarının təmin edilməsində İslam Əməkdaşlığı Təşkilatı və onun üzvü olan dövlətlərin səylərini qeyd edib.
|
13.01.12 Məqaləni oxumaq
|
|
|
Kəmaləddin Heydərov Pakistan səfirini qəbul edib
|
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində nazirliyin beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat verib. Bununla yanaşı, Kəmaləddin Heydərov Pakistanın müvafiq qurumları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib.
Səfir də öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib və ötən il Pakistanda baş vermiş daşqınlar zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilmiş humanitar yardımı yüksək qiymətləndirib. Səfir, həmçinin hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
13.01.12 Məqaləni oxumaq
|
|
|
İstiqlal Muzeyində 20 Yanvar şəhidləri yad olunacaq
|
20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi yad olunacaq. İstiqlal Muzeyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, yanvarın 17-si saat 12:00-da İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə “20 Yanvar şəkillərin dili ilə” sərgi-tədbir keçiriləcək. Sərgidə Qərb Universitetinin dizayn fakültəsinin tələbələrinin 60-dan artıq əsərləri nümayiş olunacaq.
Tədbirin sonunda tanınmış operator polkovnik-leytenant Seyidağa Mövsümlünün 20 Yanvar hadisələrinə həsr olunan sənədli film də nümayiş olunacaq.
|
13.01.12 Məqaləni oxumaq
|
|
|
Saakaşvili: “Gürcü siyasətinə “mumiyalar” qayıda bilməz”
|
“Gürcü siyasətinə xalqın bir neçə il əvvəl yaxa qurtardığı «mumiyalar» qayıda bilməz”. Bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Qoridə bildirib. “KƏLAMİNFO” «newsgeorgia.ru»ya istinadən xəbər verir ki, prezident bildirib ki, «bizi rus pulu ilə geriyə atmaq istəyirlərsə, bilməlidirlər ki, «mumiyalar» heç vaxt geri dönə bilməz, onlar yalnız filmlərdə geri dönürlər». Prezident əlavə edib ki, əvvəllər xalqı qarət edən siyasətçilər bu gün birləşib öz zamanlarına qayıtmaq istəyirlər. Onun sözlərinə görə, o, bu sifətləri artıq unudub: “Bütün pisləri unutmaq ən yaxşı insani instinktdir». Saakaşvilinin sözlərinə görə, indi onları haradansa toplayıblar, düzdür, onlar bir qədər qocalıb, arıqlayıb və usanıblar. “Onlar birgə səylərlə birləşib hücuma keçmək istəyirlər. Ümid edirlər ki, Karfagen süqut edəcək» deyən prezident əlavə edib ki, Gürcüstanın dirçəliş üçün götürdüyü kurs və gələcək inkişafı geriyə döndərmək mümkün deyil.
|
13.01.12 Məqaləni oxumaq
|
|
|
Magistraturaya qəbul qaydalarında dəyişiklik edildi
|
Bu il ali məktəblərin magistratura pilləsinə qəbul qaydalarında dəyişiklik edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bildirib. O qeyd edib ki, qaydalar imtahanlarla bağlıdır. “Əvvəlki illərdə qəbul qaydalarına əsasən, bakalavrlar birinci mərhələnin imtahanlarını verdikdən sonra ikinci mərhələdən əvvəl magistr proqramlarını, daxil olmaq istədikləri ixtisasları və o cümlədən ali məktəbləri seçirdilər. Bu il tətbiq olunacaq yeni qadalara əsasən, bakalavrlar birinci mərhələnin imtahanını verdikdən sonra ikinci mərhələnin imtahanından əvvəl daxil olmaq istədikləri magistr proqramını seçəcəklər. Magistraturaya keçirilən imtahanın ikinci mərhələsindən sonra isə uğur qazanan bakalavrlar müvafiq ixtisasları və ali məktəbləri seçəcəklər” - deyə N.Babayev vurğulayıb.
|
13.01.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|