Baş nazir Ərdoğan Baydenlə danışıb
|
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Cozef Baydenlə telefonla danışıb. Telefon söhbətində xüsusilə ABŞ əsgərlərinin İraqdan çəkilməsindən sonra bu ölkədə baş verən proseslər müzakirə edilib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər İraqdakı mövcud xaos atmosferinin narahatlıq doğurduğunu qeyd ediblər. Baş nazir Ərdoğan Baydenə İraqda demokratiya mədəniyyətindən uzaqlaşılarsa, bu ölkənin ərazi bütövlüyü, sülh və sabitliyi üçün keçmişdə göstərilən səylərin heç bir mənasının qalmayacağı mesajını çatdırıb. Söhbət zamanı avtoritar və məzhəbçi siyasətin İraqa heç bir faydasının olmayacağı vurğulanıb. Tərəflər İraqdakı proseslərlə bağlı Türkiyə və Amerikanın qarşıdakı mərhələdə də dialoq və məsləhətləşmə içərisində olmasının əhəmiyyətini qeyd ediblər.
|
07.01.12 Məqaləni oxumaq
|
|
|
Xocalı faciəsinin Belçika parlamentində qaldırılması üzrə birgə iş aparılır
|
Bu gün Milli Məclisdə Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun belçikalı rəhbəri Filip Blanşarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov qonaqlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək bildirib ki, 20 ilə yaxındır Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal altındadır. Z.Əsgərov Ermənistanın Azərbaycan ərazilərində etnik təmizləmə apardığını vurğulayıb. O, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamənin qəbul olunduğunu, lakin bunların heç birinin icra edilmədiyini bildirib. “Belçika parlamenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsini öz iclaslarında qaldırsa, Avropanın ikili standartlardan uzaqlaşdığını deyə bilərik” - deyə Z.Əsgərov vurğulayıb. Görüşdə Filip Blanşarla, həmçinin Azərbaycan-Belçika münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən sonra keçirilən brifinqdə Blanşar görüşün əhəmiyyətindən danışıb.
|
07.01.12 Məqaləni oxumaq
|
|
|
Erməni terroruna dair yaddaş kitabçası nəşr olunub
|
AMEA-nın İnsan hüquqları İnstitutunda “Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar” adlı yaddaş kitabçası nəşr olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya institutdan veriblər. Nəşrin elmi redaktoru institutun direktoru, millət vəkili Aytən Mustafayevadır. Kitabçada erməni terrorçu və quldur birləşmələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi cinayətlər tarixi faktlarla diqqətə çatdırılıb.
|
07.01.12 Məqaləni oxumaq
|
|
|
|
Timoşenkonun həyat yoldaşı Çexiyadan sığınacaq istəyib
|
Ukraynanın həbsdəki keçmiş baş naziri Yuliya Timoşenkonun həyat yoldaşı Aleksandr Timoşenko Çexiyadan sığınacaq istəyib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Timoşenkonun 2011-ci ilin sonunda Çexiya hökumətinə müraciət etdiyi bildirilib. Çexiya rəsmilərindən biri hələlik bu müraciətlə bağlı qərar qəbul etmədiklərini bildirib. Qeyd edək ki, Yuliya Timoşenko 2011-ci ilin oktyabrında vəzifəsindən sui-istifadə ittihamı ilə 7 il həbs cəzasına layiq görülüb.
|
06.01.12 Məqaləni oxumaq
|
|
|
ABŞ və AB İraqdakı terrorlardan narahatdır
|
ABŞ və Avropa Birliyi İraqda törədilmiş dünənki partlayışlardan ciddi narahatlıqlarını bildiriblər. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, İraqdakı dünənki partlayışlarda azı 72 adam ölüb, 100-dən çox adam isə yaralanıb. İntiharçı özünü Nəsiriyyə şəhəri yaxınlığında Kərbəlaya gedən şiə zəvvarlarının arasında partladıb. Bundan əvvəl isə Bağdadın şiə rayonlarında bir neçə partlayış törədilmişdi. Son zamanlar İraqda hökumətindəki şiə və sünni fraksiyaları arasında münasibətlər gərginləşdiyinə görə ölkədə terrorların sayı artıb.
|
06.01.12 Məqaləni oxumaq
|
|
|
Zahid Oruc: “Dağlıq Qarabağa şərti bir status vermək lazımdır”
|
“Biz bütün dünyaya Dağlıq Qarabağın Azərbaycanın olması həqiqətini çatdırırıq və ölkəmizin xəritəsində bu həqiqəti göstəririk. Ona görə də hesab edirəm yaxın gələcəkdə bu amil Azərbaycanın maliyyə sənədlərində də öz əksini tapmalıdır. Yəni büdcə müzakirələrində də qeyd elədiyim kimi müxtəlif regionlarımızın adına maliyyə vəsaiti ayrılarkən hazırda işğal altında olmasına baxmayaraq, Dağlıq Qarabağ da nəzərdə tutulmalıdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc bildirib. Onun fikrincə, bu, həm də Azərbaycanın siyasi manevr müstəvisi üçün çox gərəklidir və Dağlıq Qarabağa şərti bir status vermək, onun hökumətin bütün siyasətində nəzərə alınması lazımdır. “Burada söhbət ondan getmir ki, biz işğal gerçəkliyini unuduruq, Dağlıq Qarabağ ermənilərinin cinayət əməllərinin ört-basdır edirik və sair.
|
06.01.12 Məqaləni oxumaq
|
|
|
“Yahoo!”ya yeni rəhbər təyin edilib
|
“PayPal” şirkətinin keçmiş rəhbəri Skot Tompson “Yahoo!” şirkətinə yeni baş direktor təyin edilib. “KƏLAMİNFO” xəbər verir ki, ötən ilin sentyabrında şirkət Kerol Bartsın baş direktor vəzifəsindən uzaqlaşdırıldığını elan etmişdi. Korporasiya nümayəndələri K.Bartsın işdən azad edilməsinin səbəbini dəqiqləşdirməyiblər. S.Tompson şirkətin baş direktoru olmaqla yanaşı, Direktorlar Şurasının üzvü də təyin edilib. “Yahoo!”nun yeni rəhbəri şirkətə yanvarın 9-dan etibarən rəsmən başçılıq etməyə başlayacaq. Onun rəhbərliyi altında “PayPal” şirkəti qlobal onlayn ödənişlər bazarında öz mövqeyini xeyli möhkəmlədib, servisdən istifadə edənlərin sayı 50 milyon nəfərdən 104 milyon nəfərədək yüksəlib, gəlirlər isə 1,8 milyard dollardan 4 milyard dollaradək artıb.
|
06.01.12 Məqaləni oxumaq
|
|
|
Vəfa Quluzadə: “MDB baş tutmayan plandır”
|
“Bu gün Müstəqil Dövlətlər Birliyinin (MDB) mövcudluğu yalnız kağız üzərində qalıb, yox dərəcəsindədir. Hələ Sovet İttifaqı dağılan vaxt bu təşkilat yaranarkən Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsin hesablayırdı ki, MDB bütün bu respublikaları yenə də Rusiyanın malikanəsi kimi saxlayacaq və onlar Rusiyanın tərkibinə daxil olacaqlar. Amma bu, baş vermədi və proseslər əksinə istiqamət aldı”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə vurğulayıb. Politoloq qeyd edib ki, hazırda bütün MDB ölkələrinin Qərblə istisnasız əlaqələri var və bu əlaqələrin sonu MDB kimi təşkilatın konsepsiyasının gələcək taleyi üçün yaxşı heç nə vəd eləmir. “Bu gün MDB-nin başında duran Rusiyada vəziyyət çox pisdir, proseslər qarışıqdır. Bəlli deyil ki, orada bu il hakimiyyət dəyişəcək və yaxud da dəyişəcəksə, necə dəyişəcək. Ona görə indi MDB haqqında danışmaq xüsusilə yersizdir. Çünki, MDB baş tutmayan plandır”,-deyə V.Quluzadə vurğulayıb.
|
06.01.12 Məqaləni oxumaq
|
|
|
İran hakimiyyəti Kino evini siyasi motivlərlə bağlayıb
|
İran hakimiyyəti 20 ilə yaxındır ki, fəaliyyət göstərən Kino evini bağlayıb. «KƏLAMİNFO» İran mətbuatına istinadən xəbər verir ki, mədəniyyət naziri Məhəmməd Hüseyni fəaliyyət göstərmək üçün Kino evinin qanuni əsası olmadığını deyib. Kino evi həddən artıq liberallığa görə dəfələrlə tənqidə məruz qalıb. Bağlanmaq təhlükəsilə üzləşmiş müəssisənin əməkdaşları bu günlərdə dövlətin təşkil etdiyi kino festivalını boykotla hədələmişdi. Onlar kino evinə qarşı bu kampaniyanın siyasi motivli olduğunu deyirlər.
|
06.01.12 Məqaləni oxumaq
|
|
|
|