Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2012
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Bakı Kitab Klubu “Ramil Səfərova kömək edək!” adlı aksiya keçirir
    Bakı Kitab Klubu “Ramil Səfərova kömək edək!” adlı aksiyaya start verib. Bakı Kitab Klubundan “KƏLAMİNFO”ya verilən məlumata görə, Kamil Səfərovun macar dilindən tərcümə etdiyi “Pal küçəsinin oğlanları” kitabının satışından əldə edilən gəlir onun növbəti kitabının nəşrinə sərf olunacaq.
    12.01.12 Məqaləni oxumaq
     
    Uşaq və gənclər üçün optimist filmlər nümayiş olunacaq
    Sabah “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində alman yazıçısı və ssenaristi Erix Kestnerin əsərləri əsasında çəkilmiş uşaq və gənclər üçün optimist filmlər seriyasının nümayişi başlanacaq. Mərkəzdən “KƏLAMİNFO”ya verilən məlumata görə, yanvarın 13-də “Uçan sinif”, 20-də “Emil və xəfiyyələr”, 27-də isə “Düymə və Anton” filmləri təqdim olunacaq. Xatırladaq ki, uşaq və gənclərdə həyatsevərlik və nikbin əhval-ruhiyyə aşılayan hər üç film Erix Kestnerin eyniadlı əsərləri əsasında ekranlaşdırılıb.
    12.01.12 Məqaləni oxumaq
     
    İran alimin öldürülməsi ilə bağlı BMT-yə müraciət edib
    İran nüvə proqramı üzrə alim Mustafa Əhmədi Rosanın öldürülməsi ilə bağlı BMT-yə müraciət edib. “KƏLAMİNFO” “RİA Novosti”yə istinadən xəbər verir ki, təşkilat alimin ölümünü araşdırmağa çağırılıb. İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzayi müraciətində bildirib ki, heç bir siyasi-iqtisadi təzyiq, mütəxəssislərə hücum Tehranı dinc nüvə proqramını genişləndirməsi hüququndan çəkindirə bilməz. O, alimin öldürülməsində “xarici kvartet”in əli olması ilə bağlı onlarda sübutlar olduğunu da deyib. Ancaq kvartetdə kimlərin olmasını bildirməyib.
    12.01.12 Məqaləni oxumaq
     
    TQDK ali məktəblərin magistratura pilləsinə sənəd qəbulunun vaxtını açıqladı
    Cari tədris ili üçün ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu fevralın əvvəlindən keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, sənəd qəbulunun fevralın sonuna yaxın yekunlaşdırılması planlaşdırılır. “Fevralın sonunda isə magistraturaya qəbul imtahanlarının ilk mərhələsinin keçirilməsi nəzərdə tutulur. İmtahanın ikinci mərhələsi isə iyunun sonunda olacaq, çünki biz gözləməliyik ki, sənəd verənlər ali məktəbin bakalavr pilləsini bitirsinlər”,-deyə N.Babayev vurğulayıb. TQDK sədrinin müavini həmçinin deyib ki, magistraturaya plan yerlərinin sayı da təxminən ötən ilki kimidir. “2011-ci ildə olduğu kimi, bu il də magistratura üçün 5000-dən çox plan yeri ayrılıb”,-deyə o, əlavə edib.
    12.01.12 Məqaləni oxumaq
     
    TÜRKPA Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək
    Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Müşahidəçilər Missiyası yanvarın 15-də Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Missiyanın tərkibinə Azərbaycan və Türkiyə parlamentlərinin millət vəkilləri, həmçinin TÜRKPA baş katibinin rəhbərliyi altında Katibliyin əməkdaşlarından ibarət nümayəndə heyəti daxildir. TÜRKPA müşahidəçilər missiyası seçkiqabağı hazırlıq prosesini və seçkiləri Almatı şəhərində izləyəcək. Səfər çərçivəsində müşahidəçilərin Almatı Şəhər Akimatının (İcra Hakimiyyətinin) başçısı, “Nur Otan” və “Ak Jol” partiyaların nümayəndələri ilə görüşünün keçiriləcəyi də nəzərdə tutulub
    12.01.12 Məqaləni oxumaq
     
    “Sahə” bədii filmi Hindistana gedəcək
    Sabah Hindistanın Puna şəhərində 10-cu Beynəlxalq Pune Film Festivalı start götürəcək. “KƏLAMİNFO”nun xəbərinə görə, bu festivalda ölkəmizi “Narimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi təmsil edəcək. Kinostudiyadan verilən məlumata görə, “Sahə” kinofestivalın tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunacaq. Kinofestival Puna Film Fondu və Maxaraştra ştatının hökuməti tərəfindən təşkil olunub. Müsabiqə çərçivəsində komediya, sənədli, idman haqqında və uşaq filmləri nümayiş etdiriləcək. Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan, Rumıniya və digər ölkələri əhatə edən müsabiqənin əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardımçı olmaq, həmçinin dünya xalqları arasında əməkdaşlığın və dostluğun inkişafına zəmin yaratmaqdır. Bir sıra festivallarda uğura imza atan “Sahə” bu festivalda da uğura iddialıdır.
    12.01.12 Məqaləni oxumaq
     
    İranda nüvə proqramı ilə məşğul olan alim qətlə yetirilib
    Tehran universitetinin professoru Mostafa Əhmədi Roşan bu gün səhər paytaxtın ətrafındakı şəhərciklərdən birində öldürülüb. «KƏLAMİNFO» «FARS»a istinadən xəbər verir ki, onun maşınına naməlum şəxs bomba qoyub. Professor partlayış nəticəsində ölüb, iki nəfər isə yaralanıb. Artıq bəlli olub ki, professor İsfahan şəhərində uranın zənginləşdirilməsi işləri ilə məşğul olurmuş. Yəni insident onun peşə fəaliyyəti ilə bağlıdır. İranlı şərhçilər bildirir ki, qətl iki il bundan əvvəl öldürülən atom enerjisi üzrə mütəxəssis Məcid Şəhriyarinin öldürülməsi ilə eyni vaxta təsadüf edib. O, 2010-cu il yanvarın 11-də öldürülmüşdü. Son iki ildə İranda nüvə proqramı ilə məşğul olan bir neçə alim qətlə yetirilib. «RBK»-nın məlumatına görə, İranın xüsusi xidmət orqanları bunun arxasında İsrail kəşfiyyatının durduğunu istisna etmirlər.
    12.01.12 Məqaləni oxumaq
     
    TQDK-da fizika fənnindən təklif edilmiş test tapşırıqları təhlil olunub
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2011-ci ildə ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında fizika fənnindən təklif edilmiş test tapşırıqlarının statistik göstəricilər əsasında elmi-metodiki (A variantı, 26-35 saylı test tapşırıqları) baxımdan təhlili olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Test tapşırıqlarının hər biri çətinlik dərəcəsinə, nominasiyalara görə və məzmun baxımından müzakirə edilib. Seminar iclasında test tapşırıqlarının qəbul proqramına və dərsliklərə uyğun olduğu, ixtisas qrupunun peşə xüsusiyyətləri nəzərə alınmaqla, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi bir daha təsdiqlənib. İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrində fəaliyyət göstərən elmi-metodiki seminarlarda iştirak edən müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə videobağlantı əsasında test tapşırıqları ilə bağlı fikir bildirib və təkliflərini veriblər.
    12.01.12 Məqaləni oxumaq
     
    Ötən il Səhiyyə Nazirliyinə 7297 müraciət daxil olub
    Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə ötən il ərzində 7297 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Daxil olmuş müraciətlərin 3682-si (908-i əsaslı, 2774-ü isə əsassız) şikayət, 2049-u sorğu xarakterli, 403-ü aidiyyəti üzrə deyil, 1163-ü isə cari problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
    12.01.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar Qazaxıstanda növbədənkənar parlament seçkilərini izləyəcəklər
    Milli Məclisin bir qrup deputatı Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün yanvarın 13-də bu ölkənin Astana və Almatı şəhərlərinə səfər edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Yanvarın 15-nə təyin olunmuş seçkiləri millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva TürkPA-nın, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının, Aydın Mirzəzadə isə MDB İcraiyyə Komitəsinin xətti ilə izləyəcəklər. Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, tədbirin təşkili məsələləri ilə maraqlanacaq, səsvermənin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər. Səfər yanvarın 18-də başa çatacaq.
    12.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Yan.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031