Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2012
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    İraq parlamentinin komitə sədri: “Qapılarımız Azərbaycanlı iş adamlarının üzünə daima açıqdır”
    “Biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan İraq parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam əl Hamidu bildirib. O qeyd edib ki, Azərbaycanın yaşadığı problemlərdən dolayı İraq daima Azərbaycanın yanındadır. Bu yaxınlarda Kərbəlaya səfər edən Azərbaycanlı zəvvarların səfərinə toxunan əl Hamidu bildirib ki, ildən-ilə İraqdakı müqəddəs yerlərə ziyarət edən Azərbaycanlı zəvvarlarıın sayının artması onları sevindirir. O bildirib ki, İraq Azərbaycandan bu kimi səfərlərin daha da çox olmasını arzulayır. “Bakıya səfərimizin əsas məqsədlərindən biri iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirmək, rəsmi və ya qeyri-rəsmi əlaqələrin daha da güclənməsinə xidmət edir.
    17.01.12 Məqaləni oxumaq
     
    “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” BMT-də müzakirəyə təqdim oluna bilər
    “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında həlli uzanan münaqişələr” adlı qətnamə layihələri gələn ay BMT-nin Baş Məclisinin 66-cı sessiyası çərçivəsində müzakirəyə təqdim oluna bilər. “KƏLAMİNFO” BMT-nin İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, gündəlikdə 35-ci və 39-cu yerlərdə duran “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” qətnamə layihələri Azərbaycan və GUAM tərəfindən təklif olunub. Müzakirələr 2011-ci il dekabrın 12-nə təyin olunsa da, sonradan başqa tarixə təxirə salınıb.
    17.01.12 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Azərbaycanı ötən sərin 80-90-cı illəri ilə müqayisə etmək olmaz”
    “İstənilən halda mən Azərbaycanı ərəb ölkələri səviyyəsində hesab etmirəm, bizi onlarla müqayisə eləmək yersizdir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyib ki, ərəb ölkələrində baş verən proseslərin bənzəri müəyyən hallarda Rusiya və Qazaxıstanı çıxmaq şərti ilə keçmiş sovet məkanında baş vermir. “Qazaxıstanda cüzi oldu və hələ də məlum olmadı bu nədir. Yəni ərəb inqilablarına oxşar proseslərin başlanğıcıdır, yoxsa fəhlələrin maaşları ödənincə bitəsi olan təsadüfi bir haldır. Nəticəsi də olmadı. Ona görə bizim region haqqında bu kimi fikir yürüdənlər yanılırlar”,-deyə V.Quluzadə vurğulayıb. Politoloq deyib ki, Azərbaycanı ötən əsrin 80-90-cı illəri ilə müqayisə etmək olmaz. “Artıq ölkədə kütləvi şəkildə çoxpartiyalılıq var, müxalif qəzetlər çıxır, xalqın açıq rəy söyləmək imkanı var. Yəni inkişaf var və bunu heç vaxt inkar etmək olmaz. Amma çalışmalıyıq ki, bu inkişaf gətirib bizi çiçəklənən Avropa ölkəsinə çevirsin. Vulqar iğtişaşlar bizim cəmiyyətə xas deyil”,-deyə o, əlavə edib.
    17.01.12 Məqaləni oxumaq
     
    Abdulla Gül tibbi müayinədən keçib
    Türkiyə prezidenti Abdulla Gül İstanbulun “Acı Badəm” xəstəxanasında tibbi müayinədən keçib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, həkimlər bildiriblər ki, dövlət başçısının səhhətində heç bir problem yoxdur. Prezident tibbi müayinədən sonra Tarabyadakı iqamətgahına qayıdıb.
    17.01.12 Məqaləni oxumaq
     
    Polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarındakı saxlanma şəraiti araşdırılıb
    Bu günlərdə Ombudsmanın İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları Müvəkkilin tapşırığına əsasən, Xızı, Siyəzən və Şabran rayonları polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına başçəkmələr həyata keçiriblər. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Qrupun üzvləri başçəkmə zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
    17.01.12 Məqaləni oxumaq
     
    ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 17-də Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirəcəklər.
    17.01.12 Məqaləni oxumaq
     
    “Taliban”ın Pakistandakı lideri qətlə yetirilib
    Pakistan kəşfiyyatının rəsmiləri bildirir ki, Pakistanda “Taliban” lideri Hakimullah Məsud yanvarın 12-də ABŞ-ın pilotsuz idarə edilən təyyarəsinin hücumu zamanı Şimali Vəziristanda qətlə yetirilib. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən xəbər verir ki, adları açıqlanmayan rəsmilərin bildirdiyinə görə, onlar “Taliban” döyüşçülərinin liderlərinin hücum zamanı öldürülüb-öldürülmədiyi haqda danışıqlarını dinləyiblər. Bəzi talibançılar Məsudun öldüyünü təsdiq edib, bəziləri isə bu haqda radioötürücü vasitəsilə danışıqları tənqid edib. Hələlik Pakistan “Taliban” liderinin öldüyünü rəsmi olaraq təsdiq etməyib. “Taliban” isə xəbəri təkzib edib.
    16.01.12 Məqaləni oxumaq
     
    Bəşər Əsəd ümumi amnistiya elan edib
    Suriyada ümumi amnistiya elan edilib. “KƏLAMİNFO” xəbər verir ki, rəsmi "SANA" informasiya agentliyinin məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd həbsdə olan antihökumət nümayişlərinin iştirakçıları üçün əfv fərmanı verib. Fərmanda bildirilir ki, “amnistiya 2011-ci il martın 15-dən 2012-ci il yanvarın 15-dək baş verən hadisələr fonunda cinayətlər törətdiyinə görə həbs edilmiş şəxslərə şamil edilir”. Qeyd edək ki, Suriyada antihökumət nümayişlərinin başlanmasının 10-cu ayına təsadüf edən amnistiya bu müddət ərzində elan edilən ilk əfv deyil. Ötən ilin noyabrından indiyədək həbsxanalardan nümayişlər zamanı həbs edilmiş azı 4000 adam əfv edilərək azadlığa buraxılıb.
    16.01.12 Məqaləni oxumaq
     
    Nazir müavini: “Elektron hökumət” portalına 15 dövlət qurumunun 60-a yaxın xidməti qoşulub”
    “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na əsasən, bu günə kimi EHDİS layihəsi çərçivəsində 15 dövlət qurumunun 60-a yaxın elektron xidmətinin “Elektron hökumət” portalına qoşulması təmin edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edilib. Nazir müavini bildirib ki, növbəti ildə bütün dövlət qurumlarının portala qoşulması üçün tədbirlər görülür. “Elektron Hökumət Portalı”nın tezliklə istifadəyə verilməsi planlaşdırılır.
    16.01.12 Məqaləni oxumaq
     
    Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə razılıq var
    Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünün keçirilməsi barədə razılıq var. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib. Onun sözlərinə görə, tərəflər öz qrafiklərini razılaşdırdıqdan sonra görüşün vaxtı və yeri müəyyən olunacaq. Nazir onu da deyib ki, belə formatda görüşlər davam edəcək. Xatırladaq ki, Rusiya KİV-i üç ölkə prezidentinin yanvarın 23-24-də Soçidə baş tutacağı barədə məlumat yaymışdı.
    16.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Yan.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031