Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2012
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Əhmedinejadın Latın Amerikası ölkələrinə səfəri başlayıb
    Bu gün İran prezidenti Mahmud Əhmedinejadın Latın Amerikası ölkələrinə səfəri başlayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, səfər Tehranın nüvə proqramına görə Qərblə İran arasında münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir. İran prezidenti səfər çərçivəsində 4 ölkədə olacaq. O, ilk olaraq Venesuelaya baş çəkib. Hər iki dövlətin dünya siyasətində bir çox məsələdə mövqeyi üst-üstə düşür. Bundan sonra Əhmedinejad Kuba, Nikaraqua və Ekvadora gedəcək. Qeyd edək ki, ABŞ və bir sıra ölkələr yeni il qabağı İranın nüvə proqramına görə ona qarşı sanksiyaları daha da kəskinləşdiriblər.
    10.01.12 Məqaləni oxumaq
     
    TÜRKSOY 2012-ci ili “M.F.Axundzadə ili” elan edib
    TÜRKSOY 2012-ci ili “M.F.Axundzadə ili” elan edib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi təşkilat tərəfindən müsbət dəyərləndirilib və 2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə ili” elan edilib. Bildirilir ki, hazırda “M.F.Axundzadə ili”nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır. Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Ankara şəhərində TÜRKSOY-un qərargahında “M.F.Axundzadə ili”nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.
    09.01.12 Məqaləni oxumaq
     
    İran casusluq ittihamı ilə həbs olunmuş ABŞ vətəndaşını ölümə məhkum edib
    İran məhkəməsi casusluq ittihamı ilə həbs olunmuş İran əsilli ABŞ vətəndaşı Əmir Mirzə Hikmətini ölümə məhkum edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, 28 yaşlı Hikməti televiziya ilə nümayiş etdirilən videoyazıda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini boynuna alıb. Qeyd edək ki, Hikməti ötən ilin dekabrında İrana daxil olarkən yaxalanıb. Onun 2001-ci ildə ABŞ ordusunda xidmətə başladığı və bu müddət ərzində kəşfiyyat təlimi aldığı bildirilir. İrana isə o, Əfqanıstan ərazisindən atılıb. Plana görə, o, əvvəlcə İran xüsusi xidmət orqanlarının etimadını qazanmalı, bundan sonra onlara «faydalı» və «etibarlı» məlumat verməli imiş. Onun qarşısında, həmçinin İranın hərbi strukturlarına daxil olaraq onları dezinformasiya ilə təmin etmək məsələsi də qoyulubmuş. Hikmətinin ABŞ-da alim işləyən atası isə oğlunun MKİ ilə əməkdaşlığını təkzib edib. O bildirib ki, oğlu İrana nənəsinə baş çəkmək üçün gedibmiş.
    09.01.12 Məqaləni oxumaq
     
    İran uranın zənginləşdirilməsi üzrə ikinci qurğuni işə salacaq
    İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi bildirib ki, uranın zənginləşdirilməsi üzrə ikinci qurğu işə salınacaq. Bu, hava zərbələrindən müdafiə edilən yeraltı obyektdə həyata keçiriləcək. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Abbasi fevral ayının birində sentrifuqalara uran qazının vurulacağını deyib. İran bu obyektin mövcudluğunu BMT-yə 2009-cu ildə bəyan etmişdi. Obyekt Qum şəhəri yaxınlığındakı dağlıq bölgədə yer altındadır.
    09.01.12 Məqaləni oxumaq
     
    İran Hörmüz boğazını bağlasa, ABŞ cavab verəcək
    «Əgər İran Hörmüz boğazını bağlasa, ABŞ buna cavab verəcək». «KƏLAMİNFO» xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Leon Panetta «CBS» televiziyasına müsahibəsində deyib. Qərargah Rəhbərləri Birliyinin rəhbəri, general Martin Dempsey də eyni tok-şouda bildirib ki, əgər boğaz bağlansa, ABŞ onu açmaq üçün tədbir görə bilər. Qeyd edək ki, İran Avropa Birliyi ona qarşı neft sanksiyası qoyarsa, bunun qarşılığında Hörmüz boğazını bağlayacağı ilə hədələyib. Dünya neftinin böyük hissəsi bu boğaz vasitəsilə daşınır.
    09.01.12 Məqaləni oxumaq
     
    Azərbaycanda yeni telestansiya işə salınıb
    “Teleradio” İstehsalat Birliyi tərəfindən Ağdam, Bərdə və Tərtər bölgəsində, həmçinin Dağlıq Qarabağın şimal ərazilərində TV kanallarının yayımının daha keyfiyyətli təmin edilməsi məqsədilə tikilən yeni telestansiya tam gücü ilə işə salınıb. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, bu, cəbhə bölgələrində rabitə və informasiya, o cümlədən televiziya yayımının yüksək keyfiyyətlə təmin olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq reallaşdırılıb. Yeni telestansiya Azərbaycan rabitəsinin işğaldan azad olunacaq torpaqlarda bərpası planının bir hissəsidir.
    09.01.12 Məqaləni oxumaq
     
    YAP-ın Balakən rayon təşkilatına sədr seçilib
    Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının IX konfransı keçirilib. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, partiyanın rayon təşkilatı İdarə Heyətinin üzvü Azad Balayevin hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən söhbət açılıb. Bildirilib ki, hazırda YAP Balakən rayon təşkilatı 66 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Partiya üzvlərinin sayı isə 3690 nəfərdir. Üzvlərin 61,8 faizini, yəni 2280 nəfərini qadınlar, 31 faizini və ya 1112 nəfərini gənclər təşkil edir. YAP üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.
    09.01.12 Məqaləni oxumaq
     
    Yanvarın 20-də elektrik qatarlarında gediş-gəliş pulsuz ola bilər
    20 Yanvar – Milli Matəm Günü ilə bağlı keçiriləcək tədbirlərə “Azərbaycan Dəmir Yolları” QSC də qoşulacaq. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yanvarın 20-də elektrik qatarlarında gediş-gəlişin pulsuz ola biləcəyini bildirib. “KƏLAMİNFO”da olan məlumata görə, N.Əzməmmədov bildirib ki, plan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsinin anılması ilə bağlı müvafiq tədbirlərin keçirilməsini nəzərdə tutur: “Plana görə, 20 Yanvar qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq, lokomotivlər isə fit verəcək. Hazırda Abşeronun şəhərətrafı zonalarına elektrik qatarlarında gediş-gəlişin pulsuz olması məsələsinə baxılır.
    09.01.12 Məqaləni oxumaq
     
    Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib
    Bosniya və Herseqovinanın Ədliyyə Nazirliyinin UP08-07-1-1910/11 saylı qərarına əsasən, Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən veriblər. Sarayevo şəhəri, Muhamed Haciyahiç küçəsi, ¹ 29 hüquqi ünvanında yerləşən Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyasının sədri Cenita Özgünerdir. Assosiasiya Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında mədəniyyət, təhsil, iqtisadiyyat, idman və digər sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək, bu məqsədlə müxtəlif görüşlərin, dəyirmi masaların, seminar və s. tədbirlərin təşkilatçılığı, habelə ölkələr arasında hər iki tərəf üçün qarşılıqlı maraq doğuran məsələlərin həyata keçirilməsi üçün təcrübə və məlumat mübadiləsi ilə məşğul olacaq.
    09.01.12 Məqaləni oxumaq
     
    “Biz Türkiyə tarixçiləri ilə əməkdaşlığın yaradılmasında gecikmişik”
    Musa Qasımlı: “İnsan düşüncələri üzərinə qadağaların qoyulması Fransanı orta əsrlər dövrünə qaytarır”

    Azərbaycan Milli Məclisinin üzvü, tarixçi alim Musa Qasımlı suallarımızı cavablandırıb.

    - Musa müəllim, son vaxtlar dünya siyasi səhnəsində Türk dünyasına qarşı tarixi hadisələrdən bəhs edən iddialar güclənir. Proseslərin belə bir yön alması nədən qaynaqlanır?

    - ABŞ ilə SSRİ arasında soyuq müharibə ikincinin dağılması nəticəsində başa çatdıqdan sonra bölgədə yeni müstəqil dövlətlər yarandı ki, bunların da demək olar yarısı türk dövlətləri oldu. Yəni türk coğrafiyası yenidən dirçəldi. Bu da dünyada bir sıra ölkələri narahat edir. Atılan qeyri-obyektiv addımlar da türk dünyasının bu şəkildə güclənməsinə qarşı yönəlib. Xüsusilə də bu addımlar digər tük dövlətlərinin dəstəyindən ilhamlanan Türkiyənin Avropa Birliyinə gedən yolunun qarşısını almaq məqsədi güdür. Eyni zamanda, həmin qüvvələr Yaxın Şərqdə Türkiyənin artan rolunun məhdudlaşdırılmasına qarşı işləyirlər. Bu gün heç bir zaman olmayan uydurma erməni soyqırımı ilə bağlı sənədin Fransa kimi dövlətin parlamentində müzakirəyə çıxarılmasının da tarixi həqiqətlə heç bir əlaqəsi yoxdur.
    09.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Yan.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031