|
Səhifələr : # 7 8 9 10 11 12 13 14 15 #
Yasamaldakı “Qurangah” qanuna zidd fəaliyyət göstərib
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) mətbuatda Bakının Yasamal rayonunda yerləşən “Hüseyniyyə məscidi”nin bağlanması barədə yayılan xəbərlərlə bağlı açıqlama yayıb. Komitənin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Yasamal rayonu, 1-ci Yasamal küçəsi - 37 ünvanda yerləşən “Hüseyniyyə” (“Qurangah”) adlandırılan ibadətxana əslində Azərbaycan Karlar Cəmiyyətinin 4 saylı Tədris-İstehsalat Müəssisəsidir: “Namazxana cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib. Belə ki, cəmiyyətin prezidenti Tapdıq Xalıqov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktubla müraciət edərək “Qurangah”ın yerləşdiyi sahənin cəmiyyətin balansında olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul əldə edildiyini bildirib. Məktubda qeyd olunub ki, “Azərbaycan Karlar Cəmiyyəti”nin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət göstərən Daimi Komissiya dəfələrlə həmin əraziyə baxış keçirib.
|
12.01.12 Məqaləni oxumaq
|
|
|
Qəddafinin pullarının 20 mlrd. dollarını çıxardılar
|
ABŞ və Avropanın bir sıra ölkələri Liviyanın lideri Müəmmar Qəddafinin və onun tərəfdarlarının dondurulmuş hesablarından 20 mlrd. dolları çıxarmağa razılıq veriblər. Həmin vəsait Liviyanın yeni hökumətinə verilib. «KƏLAMİNFO» xəbər verir ki, bunu «France-Presse» agentliyi Liviyanın xarici işlər naziri Aşur bin Xəyala istinadən yayıb. Nazirin sözlərinə görə, vəsait artıq hökumətin sərəncamındadır.
|
12.01.12 Məqaləni oxumaq
|
|
|
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin sayı artıb
|
Ötən ildə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (496-34-82; 496-37-61; faks: 496-37-61; qaynar-xett@edu.gov.az) 30124 müraciət daxil olub. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciətlərin 27135-i telefonla, 2989-u elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin 28893-ü (95,9 faiz) sorğu, 1231-i isə (4,09 faiz) şikayət xarakterlidir.
2010-cu illə müqayisədə 2011-ci il ərzində “Qaynar xətt” xidmətinə 2,3 dəfədən çox müraciət daxil olub. Bu, vətəndaşların Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə etimadının artdığını deməyə əsas verir.
|
11.01.12 Məqaləni oxumaq
|
|
|
Xələf Xələfov: Ermənistan beynəlxalq hüquqa hörmətsizlik göstərməkdə davam edir
|
Xarici işlər nazirinin müavini Xələf Xələfov Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlkka Kanervanın başçılıq etdiyi Finlandiya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, X.Xələfov Azərbaycanla Finlandiya arasındakı münasibətlərin hələ SSRİ dövründə inkişaf etdiyini və xüsusilə də Azərbaycanın müstəqillik illəri dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolunun, xüsusilə də parlament diplomatiyasının əhəmiyyətini qeyd edən nazir müavini Finlandiyalı parlamentarilərin Azərbaycana səfərinin ikitərəfli münasibətlərə töhvə verəcəyinə əmin olduğunu qeyd edib.
|
11.01.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın Batumidəki Baş konsulu Acarıstan hökumətinin sədri ilə görüşüb
|
Bu gün Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Hüseyn Nəcəfovun Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze ilə görüşü olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyindən veriblər.
Görüş zamanı Azərbaycanla Acarıstan Muxtar Respublikası arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
Görüşdə, həmçinin Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Vaja Bolkvadze və Acarıstanda «Socar Energy Georgia» şirkətinin rəsmi nümayəndəsi Fərid Məmmədov iştirak ediblər.
|
11.01.12 Məqaləni oxumaq
|
|
|
Drezdendə 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunan tədbir keçiriləcək
|
Yanvarın 18-də Almaniyanın Drezden şəhərində “Alm.az“ Cəmiyyətinin təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunan tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “KƏLAMİNFO“ya verilən məlumata görə, tədbirdə soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin, o cümlədən Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət göstərən konsulluqlar, eləcə də rus, yəhudi, ukrayn, qazax icmalarının təmsilçilərinin iştirakı nəzərdə tutulub.
Tədbirdə “Alm.az“ cəmiyyətinin sədri Ağahüseyn Babayev keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verəcək. Daha sonra “Azadlığa aparan yollar“ sənədli filmi nümayiş etdiriləcək.
|
11.01.12 Məqaləni oxumaq
|
|
|
|
Qisar " - İmam Əlinin qısa kəlamları qisar" - İmam Əlinin qısa kəlamları
|
(Əvvəli ötən saymızda)
* İmam Əli (ə) əziz övladı İmam Həsənə (ə) tövsiyələrindən: Yeniyetmə qəlbi xam torpaq tək boş-dur. Ona atılan hər bir şeyi qəbul edər. Buna görə də, qəlbin bərkiməmiş və ağlın məşğul olmamış sə-nə tərbiyə və ədəb verməyə tələsdim. * İmam Əli (ə) qarşısına gətirib faludə (un, su və baldan hazırlanmış halva) qoyduqda buyurmuşdur: "Sənin xoş ətrin, xoşagələn rəngin və ləziz dadın var. Ancaq mən nəfsimi ona adət etmədiyi bir şeyə öyrəşdirmək istəmirəm".
|
10.01.12 Məqaləni oxumaq
|
|
|
"Dəmbəlo şikəstəsi" - Masallı simfoniyası
|
Onun müəllifi SARƏNG böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin tələbəsi olub
Ədəbi təxəllüsü Sarəng olan təbib-alim, bəstəçi- şair Mir Kazım Aslanlını kim tanımır ki?! Görünür, bu təxəllüs də "Dəmbəlo şikəstəsi" kimi yarımçıq qalmış ömrünün qismət payı imiş! Deyilənlərə görə, əfsa-nəvi Səməndər quşu timsallı sarəng adlı balaca nəğməkar bir quş olub; Dəmbəlo dağının döşündən pər-vazlanıb, İstisuda yuyunub, Yanardağda pak vücudu ilə odlara tutuşub və yanaraq nəsli kəsilib... Sarəng tək alış, yan, alovun ərşə ucalsın, Can atəşinə qoy isinən millətin olsun!
|
10.01.12 Məqaləni oxumaq
|
|
|
Kərbəla hadisəsi sosial-fəlsəfi yanaşma
|
Məhərrəm ayı yaxınlaşanda müsəlman aləmi, xüsusən də şiələr Kərbala vaqiəsini çox yüksək sə-viyyədə qeyd edirlər. Hər yerdə olduğu kimi Azərbaycanda da insanların qan yaddaşına hopan bu hadisənin qeyd olunması sanki vacib bir əməl kimi formalaşmışdır. Məhərrəm ayı daxil olanda İmam Hü-seyn (ə) elə bil yenidən doğulur, yenidən dirilir və deyir: "Hüseyn və zillət?! Hüsyen heç vaxt zillətə dözməz. Heyhat! Biz (Əhli-beyt) hara, zillət hara?! Allah zilləti bəyənmir. Mənə Zəhra (ə) süd verib, mən Zəhranın (ə) qucağında böyümüşəm, biz zillətə, alçaqlığa dözmərik".
|
10.01.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 7 8 9 10 11 12 13 14 15 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|